- Günel Məhərrəmova?...O da ölüb
- Nə qədər
- Elə dəqiq bə dəqiq bir tam onda yeddi qram...Yəni o bu faktı bilə bilərdi, axı özünü öldürən adamın bunu bilmək və bir simvolika məqsədilə dəqiq dozanı seçmək nəyə lazım...Həm də bir şey var ki, sianid-kaliy ac qarna daha tez təsir göstərir...
- Mənim özümə maraqlıdır ki, bizim şöbənin işlərini qoyub digər yerlərə burnuvu niyə soxursan...
- Çox maraqlıdır...Yarım saata əmimoğlu növbətçi verlişinə müsahibə verəcək baxarsan.
- Oldu- deyə öz otağına istiqamət almışdı ki, Aslan artıq əlini qapının dəstəyinə atan Talıbova
- Bir də, maraq xatirinə deyirəm,...bir də gördün də , lazım oldu, sianist-kaliyin padzəhri...
- Padzəhr nədi? Adam dilində danış...
- Padzəhr...öz dilimizi də bilmirsən...zəhər əleyhinə vasitə...yəni həmin zəhərin padzəhri...-maraq doğurmaq məqsədilə özü bilərəkdən bir neçə saniyəlik fasilə etdi...- adam heç ağlına da gəlməz...adi qənd tozu...qənd nə bilim şəkər...Dedim də bəlkə lazım oldu...Ax...Yadıma düşdü, qoy birini də deyim...
- Elə bilirsən sən mənə buları deyirsən, mənim hamsı yadımda qalır...sənin yerin Milyonçu verlişidi, ta burda nə işin var
- Qoy birində deyim, mən ölüm inciyərəm...Deyilənə görə sionid-kaliy acı badam dadı verir...Amma məzəli yeri ondadır ki, elmi mənbələrdə də "deyilənə görə", "təxminən" sözləri ilə göstərilir...Çünki onun həqiqi dadına baxanların yarısı psixiyatrik disponserda Napalyon-Qitler oynu-oynuyur yarsı da artıq o dünyaya təşrif buyurub...Dəqiq yoxlamaq istəsən ya gərək ölü olasan ya da dəli...Xa-xa-xa
Talıbov heç bir söz demədən otağına girdi, bir neçə raport yazandan sonra Günel Məhərrəmovanın intihar hadisəsilə bağlı reportaja baxdı.