Təcili xəbərlərin verilməsi

Təcili xəbərlərin verilməsi

Təcili xəbərləri çəkərkən operativlik həlledici amil sayılır. Operativ çəkiliş tələb edən olay yerində, adətən, nə reportyorun, nə də operatorun məsləhətləşməyə vaxtı çox qalmır. Reportyor komandası bütün faktları əhatə etmək üçün tez və müstəqil fəaliyyət köstərməlidir.
Bu cür olaylardan material hazırlayanlara məsləhətlərimizi diqqətinizə yetiririk. Bu mənada öncədən hər hansı sərt qayda təklif etmək çətindir, ancaq tövsiyələrimizdən faydalanan və sıx əməkdaşlıq şəraitində çalışan reportyor və operator dar macalda yaxşı süjet çəkə bilərlər..Belə süjetdə mətnlə görüntünün uyarlığı da lazımi səviyyədə olacaq. Məsləhətlərimizə əməl edən reportyor, operator (və montajçı) işlərini maksimum çevik və səmərəli təşkil edə bilərlər.

1.KÖKLƏNMƏ PLANI

Hər bir reportaj, xüsusən təcili lentə alınmalı olan olaylardan reportajlar köklənmə planından başlanmalıdır. Köklənmə planı deyərkən, olay yerində lentə alınmış dəqiq, statik kadr nəzərdə tutulur. Bu plan olayın harda baş verdiyini seyrçiyə anladır, olay yerindəki müxtəlif obyektlər arasında qarşılıqlı bağlılığı seyrçinin diqqətinə yetirir və olayın miqyası haqqında təsəvvür oyadır. Köklənti planı reportyora imkan verir ki, heç bir əlavə çıxışa vaxt itirmədən birbaşa olayı açıqlasın.
Köklənmə planı, adətən, genişbucaqlı obyektivlə çəkilir. Məsələn, süjetdə təyyarə qəzasından söz açılırsa, qəzaya uğrayan təyyarə də, ətrafdakı mənzərə də həmin planda əksini tapmalıdır. Beləliklə, qəza yeri haqqında müəyyən təsəvvür yaranır. Köklənmə planı olay yerindən aparılan bütün reportajlarda olmaya da bilər, ancaq montaj üçün nisbətən əlverişli kadr sayıldığından operator uzunluğu 10 saniyədən az olmayan belə plandan mütləq faydalanmalıdır.

2.İRİ PLAN

İri plan seyrçilərdə nisbətən güclü təsir oyatmalıdır.Yanğın haqqında reportaj verirsənsə, binanın tüstülənənpəncərələrindən çıxan alov dilimlərini iri planda göstərmək təsirli vasitələrdən biridir. Hadisə şahidlərinin duyğulu sifətlərini iri planda göstərmək həmişə işə yarayır.
Yanğını öz gözü ilə görənlərin narahat sifətini iri planda əks etdirmək montaj zamanı olayın ciddiliyini vurğulamağa imkan verir. həmişə uğur kətirən iri planları sadalamaqla qurtarmaq olmaz, ona görə də özü-özlüyündə olay barədə təsəvvür yaradan belə planlar heç vaxt operatorun diqqətindən yayınmamalıdır.

3.ARA PLANLAR

Ara plan göstərilən olayın qısaldılması üçün istifadə edilən klassik üsuldur. Adi bir misalla bunu aydınlaşdıraq.Tutaq ki, küçəni keçən adamı çəkirsiniz. Bütün bu prosesi əvvəldən axıradək çəksəniz, təxminən 20 saniyə vaxtınız gedə bilər. Ancaq küçəkeçmə görüntüsünü 5-6 saniyəyədək sıxlaşdırmaq mümkündür. Məhz bu zaman ara plandan sraydalanırlar. Montaj variantında birinci kadr kimi 20 saniyəlik videoyazıdan götürülmüş ikidəqiqəlik görüntüdən istifadə edə bilərsiniz - məhz adamın küçəni keçməyə başladığı anı.
Prosesi sıxlaşdırmaq, qısaltmaq üçün daha sonra ikinci kadrı artırırsınız. Bu zaman başqa bir körüntünü - adamın üz tutub getdiyi yol köstəricisinin 2-3 saniyəlik təsvirini götürürsünüz (yol köstəricisini xeyli göstərmək lazımdır ki, seyrçi onu oxuya bilsin). Bu kadr ara plan adlanır, buna qoşma plan da demək olar, çünki yeriyən adamın görüntüsünə əlavə təsvir qoşur.
Üçüncü kadr süjetə yekun vurur. Bu zaman 20 saniyəlik videoyazıdan son 2-3 saniyəni götürür, küçənin o başına keçmiş adamı göstəririk.
Bu üç kadr imkan verdi ki, 20 saniyəlik gerçək zamanı 6 saniyəlik ekran zamanına yerləşdirək.
Videoyazının eyni kadrlarından da ara planı kimi faydalanmaq mümkündür. Məsələn, küçəni keçən adamın ayaqlarının görüntüsünü iri planda verə bilərik (ikinci kadr). Bu üsul nisbətən mürəkkəbdir, çünki hərəkəti sinxronlaşdırmaq lazım gəlir. Məsələn, birinci kadrın sonunda adamın səkiyə sağ ayağını qoyduğunu körürüksə, ikinci kadr bu sağ ayağın eyni pozisiyada görüntüsünü əks etdirməlidir. Məqsəd - hərəkətin arakəsilməzliyini çatdırmaqdır.
Operatora məsləhət görülür ki, daha keyfiyyətli montajı təmin etməkdən ötrü bir neçə (4-5) ara planı çəksin. Yalnız bu halda montaj prosesində hərəkətin fasiləsizliyi təmin edilir.

4. OLAY YERİNİ AÇIQLAYAN İNCƏLİKLƏR

Olay yerində çəkilmiş, iri və yaxud orta planlarla göstərilmiş bəzi detallar həmin yer haqqında təsəvvür yarada və hətta ayrıca informativ dəyər daşıya bilər. Yol göstəriciləri, lövhələr və bənzər detallar ara planları üçün çox əlverişlidir. Məsələn, yanğınsöndürən maşınının qapısında yanğın idarəsinin iri planda köstərilən adını oxuyuruqsa, zəruri informasiyanı alırıq və şərhə ehtiyacımız qalmır.

5. PANORAM

Panoram çəkilişlər montaj vaxtı imkan yaratmaqdan çox, problem törədir. Səbəb odur ki, statik kadrlarla müqayisədə panoram xeyli ekran vaxtı aparır. Ancaq bəzən panoramsız ötüşmək mümkün olmur. Məsələn, "vertolyot xəstəxananın yaxınlığında qəzaya uğrayıb" qəbilindən süjetlər olay yerinin panoram çəkilişinin göstərilməsindən çox qazanır: həm vertolyotu görürük, həm xəstəxananı və bu obyektlərin qarşılıqlı bağlılığına şübhə etmirik.Hansı panoramı çəkmək üçün operatorun reportyorla məsləhətləşməsi məqsədəuyğundur.

6. OLAY İŞTİRAKÇILARINDAN VƏ ŞAHİDLƏRDƏN MÜSAHİBƏ

Olay iştirakçılarından müsahibə almaqla.süjetə insani nəfəs kətiririk. Adətən, olayların emosional yönünü əks etdirməyin ən yaxşı üsulu müsahibədir: "Mümkünsə, öz sözünüzlə deyin görək, körpü uçandan sonra nə oldu?" Tutaq ki, şəhər merinin təmsilçisi olaya daha yaxşı yekun vura, incəliklərə nisbətən çox bələd olduğundan hadisənin önəmlilik dərəcəsini də dəqiq müəyyənləşdirə bilər. O, həmçinin kördüklərimizin çərçivəsində olayın yerini də bilir: "indi xəstəxananın baş həkimi bu xəstəliyin nə dərəcədə ciddi olduğunu aydınlaşdıracaq".

7. HƏLLEDİCİ AN

Həlledici an deyiləndə hər hansı süjetə baxandan sonra seyrçinin yadında qalan şeylər nəzərdə tutulur. Məsələn:
- yanan evdən çıxarılan balaca uşaq;
- kamera önündə ağlayan siyasi xadim;
- uçuş zolağında partlayan təyyarə.
Əgər bəxtiniz gətiribsə və olay yerində bu cür həlledici anı əks etdirə bilmisinizsə, özünüzü rejissorun yerinə qoyub bu sualları verin:
- bu həlledici ana necə yanaşa bilərəm və olayın sonrasına necə keçə bilərəm?
- daha hansı ən çox yadda qalan ara planlardan faydalanmaq mümkündür?
- bütün süjeti göstərməkdən ötrü daha nə qədər videomaterial lazımdır?
- bu süjetdən başqasına məntiqi keçiddən ötrü videomaterialım varmı?
Məhz həmin suallara təsdiqləyici cavab tapmaqla həlledici anı əks etdirən kadrlardan faydalanıb yaxşı reportaj hazırlamaq olar.
Bunu da yaddan çıxarmaq olmaz ki, olaydan təsirlənən və həlledici səciyyəli kadrları lentə alan reportyor çox vaxt daha ümumi, fon materialını çəkməyi unudur.

8. YEKUN KADR

"Əvvəlcə nə danışmaq istərdinizsə onu deyin. Sonra söyləmək istədiyinizi danışın və nəhayət, məhz nə dediyinizi onlara söyləyin!" Pol Uayt, Si-Bi-Es-in keçmiş prezidenti.
Öncə diqqətə yetirdiyiniz süjet barədə seyrçiyə qısa məlumat verin; sonra süjeti açıqlayın; daha sonra son cümlə ilə deyilənlərə yekun vurun.Birinci kadr seyrçini nə görəcəksə ona hazırlayır. Sonuncu kadr -süjetin məna və önəmini vurğulamaq üçün daha bir imkandır. Çəkiliş zamanı danışdıqlarınıza nöqtə qoyan yekun kadrı tapmağa çalışın. Məsələn, belə bir şey: dəfələrlə özünüz də futbol reportajlarında görmüsünüz ki, yorğun oyunçular bir-biri ilə danışa-danışa meydanı tərk edirlər.
Axırıncı kadrı seçmisinizsə, onu azı 15-20 saniyə çəkin. Bu vaxt reportyora süjetin son cümləsini deməyə və soyadlarınızı söyləməyə kifayət edəcək.
Yekun kadr seyrçinin yaddaşında qalmalıdır. Bu kadrı seçməkdə çətinlik çəksəniz, genişbucaqlı obyektivlə lentə alınmış köklənmə planını təkrar göstərin.

9. ƏLAQƏNİ İTİRMƏYİN

Təcili informasiya süjeti üzərində çalışarkən reportyor və operator əvvəlcədən necə əlaqə saxlayacaqlarını şərtləşməlidirlər. Axı, adətən, olay yerinə çatandan sonra onlar ayrılmalı olur və bir müddət bir-birindən aralı çalışırlar.
Beləliklə, onlar harda və nə zaman körüşəcəklərini, eləcə də ən geci nə vaxt görüşəcəklərini dəqiqləşdirməlidirlər. Vaxtaşırı öz redaktorunuza harda olduğunuzu və süjet üzərində işin necə getdiyini bildirmək lazımdır. Redaktor informasiyanı necə toplamaq və ya dəqiqləşdirməklə bağlı sizə lazımi kömək göstərə bilər, görüşünüzün təşkili ilə məşğul olar və s. Ancaq bundan ötrü o, mütləq sizin yerinizi bilməli, sizinlə necə əlaqə saxlayacağını öyrənməlidir.

10.ÖZ SÜJETİNİZİ AÇIQLAYA BİLƏRSİNİZMİ?

Çəkilişdən sonra istər reportyor, istərsə operator bu suala cavab verməlidir:
- Süjeti artıq bildiyimiz dərəcədə açıqlamaq üçün zəruri materialın hamısı varımızdırmı?
Üzbəüz danışmaq və məsləhətləşmək çox önəmlidir. Başqasının fikrini oxumağı, çətin ki, bacararsınız. Təcili xəbər hazırlayanda özünüzdən heç nə uydurmayın. Siz bir komandada çalışırsınız. Ünsiyyət saxlayın. Bir-birinizə dəstək verin. Unutmayın ki, professional hazırlıq və fərdi keyfiyyətinizin hesabına olayın mənzərəsini tamamlayacaq, ona müxtəlif bucaqlardan baxa biləcəksiniz. Yalnız bu zaman olay barədə söylədikləriniz çox səmərəli olacaq.

Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait
Müəllif: Pol Steynli, Mayami Universiteti
Tərcümə etdi: Zeynal Məmmədli

Top