Televiziya reportajı

Televiziya reportajı

1.1. İCTİMAİ ÇIXARLARIN GÜDÜLMƏSİ

ABŞ-ın radio verilişləri haqqında 1927-ci il tarixli Federal Qanunu radioyayımı təşkilatlarının missiyasını "cəmiyyətin çıxarlarına, onun tələbat və ya ehtiyaclarına" xidmət kimi müəyyənləşdirir. Bu təməl məqsəd ABŞ-da yayıma lisenziya verilərkən həlledici müddəalardan biri kimi indi də qüvvədə qalıb. Bir çox telestansiyalardan ötrü televiziya xəbərlərinin hazırlanması və ötürülməsi onların gündəlik fəaliyyətinin başlıca funksiyasıdır. Televiziya xəbərləri informasiya istehlakçılarının müxtəlif və plüralist auditoriyasına -sizin tamaşaçılara yönəlməlidir. Bir telereportyor kimi sizin vəzifəniz öz dinləyicilərinizə məntiqli və faydalı informasiya çatdırmaqdır. Bu informasiya aşağıdakı tələblərə cavab verməlidir:

- birincisi, həmin informasiya ona görə gərəkli sayılmalıdır ki, onu eşidənlər özünü yaxşıca məlumatlandırılmış hiss etsinlər;
- ikincisi, o informasiya seyrçilərin istəklərinə uyğun gəlməlidir.

1.2. DƏQİQLİK - SEYRÇİLƏRLƏ PARTNYORLUQ MÜNASİBƏTİDİR

Seyrçinin etibarını qazanmaq və sizə loyal olan bir auditoriya formalaşdırarkən özünüzə inam oyatmağı bacarmalısınız. Reportaj dəqiq və əsaslı olmalıdır. Yalnız bu cür öz seyrçinizlə partnyorluq münasibəti yarada bilərsiniz.
Seyrçilərin etibarını qazanmaq üçün reportyor yalnızyoxlanılmış faktlarla kifayətlənməyə borcludur. Beləliklə, sizin vəzisrəniz işıqlandırılan mövzuya birbaşa dəxli olan önəmli faktların toplanılması və informasiya qaynağı köstərilməklə, o faktların seyrçinizə çatdırılmasıdır.
Seyrçilərin etibarını qorumaq üçün reportyor faktların toplanılmasına və açıqlanmasına qərəzsiz yanaşmağa borcludur.Publikanın etibarını qazanmış informasiya xidmətləri dedi-qoduya yer vermir. Belə xidmətlər heç vaxt demir ki, daha nələr ola bilərdi. Seyrçilər çox vaxt həqiqətə uyğun olmayan dedi-qodulara güvənə, guya baş vermiş olaylara inana bilməzlər. Çünki bu cür "olaylar" çox zaman ekranda göründüyü şəkildə baş vermir.

1.3. MATERİALIN İFADƏ AYDINLIĞI

Reportyor materialı aydın və ağlabatan şəkildə açıqlamalıdır ki, seyrçilər də onu qavraya bilsinlər. Bu son dərəcə vacib tələbdir. Aydınlıq yoxdursa, telereportajın ybaşqa özəllikləri mənasını itirir.
Deməli, televiziya reportajları o dərəcədə aydın yazılmalı, çəkilməli və göstərilməlidir ki, seyrçiniz ilk baxışdan onları qavraya bilsin. Bir telejurnalist kimi öz seyrçinizə, adətən, yalnız bir dəsrə üz tutmaq imkanınız var. Seyrçilərin çox vaxt sizin süjetlərə təkrar baxmaq imkanı olmur. Beləliklə, aydın, dəqiq üslub və məntiqi montaj həlledici tələblərdir.
Müəllif şərhi dəqiq, aydın və möhkəm strukturlu olmalıdır.
Reportyorun sözlüyü dəqiq olmalı, seyrçiyə asanlıqla çatmalıdır.
Vurğulanma dəqiqliyi gözlənilməlidir. Süjetin temporitmi elə olmalıdır ki, seyrçi məzmunu izləyə bilsin və diqqəti yayınmasın. Süjetin intonasiyası onun məzmununa uyğun kəlməlidir.
Səs sırası və görüntü süjetin məzmununu dolğunlaşdırmalıdır, əks halda, həmin süjet çətin qavranacaq.Bütün bu elementlərin - ssenarinin, şərhin, materialın verilmə tərzinin, intonasiyanın, temporitmin, səs sırasının və körüntünün ustalıqla uzlaşdırılması televiziya reportajının bütövlüyünü təmin edir. Bu elementlərdən hər hansı biri materialın ruhuna uyğun gəlmirsə, reportaj yanlış qavrana bilər.
Telejurnalistin quruluş vermək bacarığı olmalıdır. Bu bacarıq hər süjetin efirə hazırlanması zamanı qaçılmazdır. Jurnalist məharətinə yiyələnmək fakt və videomaterialların toplanması və çeşidlənməsi üçün zəruridir. Jurnalistin hekayəçilik bacarığı da olmalıdır. Bu, efir materialını seyrçilərə yetirməkdən ötrü vacib keyfiyyətdir.

1.4. MONTAJ

Videomontaj ən önəmli görüntünü seçməyə və vaxtı sıxmağa imkan verir. Biz tək-tək hallarda olayları başdan-ayağa göstəririk, yoxsa xəbər buraxılışları bir neçə dəqiqə deyil, saatlarja sürə bilərdi.
Videomontaj prinsipcə mətn redaktəsinə bənzəyir. Dövri mətbuatda çalışan jurnalist müsahibə alarkən müsahibəverənin mətni müsahibin söylədiyi ardıcıllıqla yazılmaya da bilər. Eyni hal TV-də də mümkündür. Telejurnalist süjetin məntiqi ardıcıllığını doğruldan şəkildə kadrları və səs materialını seçib yerləşdirir. hər iki halda reportyorlar təhkiyəni daha da yaxşılaşdırmaq üçün faktları və deyilənləri yenidən sıralayır və yenidən qruplaşdırır. Montaj zamanı (eynən mətn redaktəsi kimi) seyrçini (oxucunu) yanlış səmtə yönəltməməkdən ötrü maksimum səy göstərmək vacibdir. Məsələn, künə yekun vuran xəbər buraxılışını hazırlayırsınızsa və tutalım, künorta buraxılışında yarım dəqiqəlik qeyri-dəqiq material efirə gedibsə, həmin materialın zaman və şəraitini dəqiqləşdirərək seyrçinizi yanlış qənaətdən qurtarmalısınız.

Bu qaydaları yadda saxlayın:
- siz olay yerində bütün seyrçiləri təmsil edirsiniz;
- - sizin vəzifəniz olayı olduğu kimi seyrçiyə çatdırmaq, baş verənlər haqda qısaldılmış məlumatı yetirməkdir;
- - sizin fikrinizcə, efirə hazırlanmış materialda bəzi vacib elementlərin yeri körünürsə və material olayı doğru və dəqiq əks etdirmirsə, bu çatışmazlıqları aradan qaldırmaq üçün bütün zəruri tədbirləri görməlisiniz.
Sizin işi peşəkar görüb-görməməyinizi çox vaxt dar macalda operativ material hazırlamaq qabiliyyətinizlə ölçürlər. Materialınızın efirə hazır olmadığını hiss edirsinizsə (əvvəl-axır, belə hallar olur), prodüserə bildirin ki, bu vəziyyətdə materialı efirə vermək olmaz. Ona da çalışmalısınız ki, məlumatı veriliş başlamadan xeyli əvvəl prodüserə çatdırasınız. Əks halda, o, materialı əvəz edə bilməyəcək.

1.5. QARŞILIQLI FƏALİYYƏT VƏ QARŞILIQLI ANLAŞMA

Operativ jurnalistikanın hər hansı başqa sahəsindən daha çox məhz televiziya jurnalistikasında reportyorlar öz həmkarları ilə vahid kollektivdə birgə çalışmağı öyrənməlidirlər. Reportyorlar, operatorlar, redaktorlar və prodüserlər səmərəli ünsiyyət vərdişlərinə yiyələnməlidirlər. Bu, olayı uğurlu işıqlandırmaq və veriliş hazırlamaqdan ötrü lazımdır. Reportyor və operatorlar informasiya toplamaq prosesinin bütün yönlərini əlaqələndirmək üçün süjetin çəkildiyi yerdə aravermədən peşəkar dialoq aparmalıdırlar.
Reportyor, operator, prodüser, quruluşçu rejissor və hətta inzibatçılar materialın esrirə verildiyi zaman ünsiyyət saxlamağı və bir-birini ruhlandırmağı bacarmalıdırlar.

1.6. MƏSULİYYƏT

Materialın efirə hazırlanması və köstərilməsi xəbərlər redaksiyasının ayrı-ayrı əməkdaşlarının (eləcə də, telestudiyanın digər bölmələrində çalışan quruluşçuların, mühəndislərin və b.) boynuna düşür. Ancaq son nəticədə insrormasiya və faktları bilavasitə toplayan insan kimi yalnız reportyor göstərilən materialın dəqiqliyinə, doğru-dürüstlüyünə və çatımlı olmasına cavabdehdir. Məhz reportyor təminat verməlidir ki, efirə gedən materialda olaylar ölçü-biçili və dəqiq əks etdirilib.

1.7. PEŞƏKARLIQ PRİNSİPLƏRİ

Peşəkar xəbər agentliklərinin çoxunda:
- dəqiqlik operativlikdən yüksək qiymətləndirilir;
- ədalət sensasiyadan daha üstün sayılır;
- olayların ölçü-biçili təsviri materialı vermək bacarığından üstün qiymətləndirilir.

Mənbə: Televiziya reportajı peşəkarlar üçün praktik vəsait
Müəllif: Pol Steynli, Mayami Universiteti
Tərcümə etdi: Zeynal Məmmədli

Top