Metabolik sindrom insanda ürək-qan damar sisteminin xəstəliklərinin (insult, infarkt və s.) və şəkərli diabetin olma riskini yüksək olmasını müəyyən edən maddələr mübadiləsi pozğunluğudur. Səbəbi toxumalarda insulinə qarşı həssaslığın asağı olmasıdır.
Metabolik sindromun aşkarlanmasının əsas məqsədi şəkərli diabetin və ürək-qan damar sisteminin xəstəliklərinin risk faktorlarını aradan qaldırmaqdır.
Risk qrupuna kimlər daxildir?
Piylənmə və artıq çəki problemi olan insanlar;
Azhərəkətli həyat tərzi olan insanlar (daima evdə və işdə oturanlar);
İrsi faktorları olanlar (yaxın qohumlarında şəkərli diabet, insult, infarkt, arterial təzyiqi olanlar).
Əgər artıq çəkidən əziyyət cəkirsinizsə, bel dairənizi ölcün. Qadınlarda bel dairəsinin ölcüsü 80 sm, kişilərdə 94 sm artıqdırsa metabolik sindrom inkar olunmalı.
Hansı göstəricilərə baxılmalı?
Arterial təzyiq;
Qanda şəkər, insulini, xolesterin, triqliseridlər, asağı və yüksək sıxlıqlı xolesterin yoxlanmalı.