Vitamin və minerallar orqanizmdə olduqca böyük rol oynayır, müxtəlif vacib proseslərdə iştirak edir. Nəticədə onların kəskin çatışmazlığı müxtəlif ciddi pozulmalara səbəb olur. Bu pozulmalar arasında
— immun sisteminin zəifləməsi, ürək-damar, sinir, endokrin sistemində pozulmalar, qanazlığı, dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi və s.
Vitamin və mineralların əsas hissəsi orqanizmdə toplanmır və bu o deməkdir ki, insan onları daim qəbul etdiyi qidadan almalıdır. Yazda bir çox insanlar vitamin və mineral çatışmazlığından əziyyət çəkir.
Bu pozulmanın əsas simptomları bunlardır:
— Daim yorğunluq, əsəbilik, yaddaşın və diqqətin azalması
— Damaqların qanaması
— Dodaqların qıraqlarında çatların əmələ gəlməsi
— Üz dərisinin quru və solğun olması, qabıq vermə, sızanaqlar, furunkullar
— Gecə vaxtı yuxusuzluq, günorta vaxtı yuxululuq
— Saçların güclü tökülməsi
— Tez-tez təkrarlanan soyuqdəymələr.
Sizdə sadaladığımız simptomlardan 3-4 varsa, bu orqanizminizdə vitamin və mineral çatışmazlığından xəbər verə bilər. Bu halda terapevtin müayinəsindən keçmək lazımdır. Lazım olduqda terapevt sizə vitamin-mineral kompleksi təyin edə bilər.
saglamolun.az