Dahilər və idman

Dahilər və idman

Ernest Miller Heminquey amerikanın məşhur yazıçısıdır. Uşaqlıqdan atası onu ovçu tüfəngindən atmağı öyrədirdi. 10 yaşına çatanda uçan nişanların vurulmasında ustadlığını göstərdi və babası ona ovçu tüfəngini bağışladı. Böyüdükcə idmanın başqa növlərinə də fikri verirdi.
Ernest boksla çox məşğul olurdu. Onun bədəni pəhləvanların bədəninə bənzəyirdi. Hətta maddi çətinlikləri çəkəndə o, çörəyi boksla qazanırdı. Qeyri-rəsmi olaraq təşkil edilmiş orta və yüngül çəkidə olan çempionlar arasında boks yarışı zamanı tamaşaçı kimi Heminquey iştirak edirdi. 10-cu raundda orta çəkili boksçu öz çəkisinin hesabına üstünlük qazanaraq rəqibinə güclü zərbələr endirir. Nəticənin ölümlə sona çatmasından ehtiyat edərək Ernest rinqə atılaraq qəzəblənmiş boksçunun qabağını alır.
Əla üzməyi bacarırdı. Bir dəfə restorana qayıq ilə getmək istədiyi zaman dənizdə fırtına qopur. Ernest dostlarına sahil tərəfə üzməyini təklif etdi. Restorana yaş paltarda buraxmadığı halda o, öz kostyumunu qayış ilə bağlayıb bir sağ əl ilə sahilə gedib çıxır. Sonra onun dostu yada salırdı ki, o heç iki əlin köməyi ilə ona gedib çala bilmirdi.
Orta yaşlı Heminquey haqqında amerikanın ən yaxşı atıcısı olan Teylor Uilyams, onun barəsində belə demişdir: «Bir dəfə mən, Ernestin atdan sıçrayıb 100 yard qaçaraq, 270 yard məsafədə olan ovun necə ustalıqla vurulmasının şahidi oldum və buna heyran qaldım.»
Hətta o, iri ağır çəkili balıqları tutmaq üzrə uzun müddət dünya rekordu qazanır. O, həmişə deyirdi ki, idman canının sağlamlığıdır.

İngiltərənin böyük şairi Corc Noel Qordon Bayron idmana öz meylini salmışdı. Bayron dünyaya gələndə, bir ayağı zədələnmişdi və ömrünün axırına kimi axsayırdı. Bundan çox əziyyət çəkən şair idmanla məşğul olur və bununla öz nöqsanını kompensasiya edirdi. C.Bayron güclü idi, onun bədəni atletlərin bədəninə oxşayırdı. O, idmanın bir neçə növləri ilə məşğul olurdu. Corc 5 m-ə qədər suyun altına üzürdü, Temza çayını və Dardanel boğazını Abidosdan Sestosa kimi bir dəfəyə (7,412 km) üzüb keçirdi. O, öz çəkisinə fikri verirdi, buna görə də gündə bir dəfə yeyirdi, pivə içmirdi. Nahardan sonra o, ancaq idmanla məşğul olurdu. Hər gün meşədə at sürürdü və sonra göldə qayıq ilə məşq edirdi. Çox yaxşı boksu və qılıncbazlığı bacarırdı. Çoxlu piyada gəzməyini xoşlayırdı.

Məşhur rəssam Leonardo do Vinçinin fizika, riyaziyyat, astronomiya və s. sahələri ilə də məşğul olduğunu yəqin çox adam bilir. Lakin çox az adam bilir ki, o, bütün bunlarla yanaşı həm də qızğın şəkildə alpinizm həvəskarı olmuş və bir sıra yüksəkliklərin fəthində iştirak etmişdir.

Məşhur fizik Nils Bor həm də gözəl futbolçu olmuş və ölkənin yığma komandasının tərkibində mərkəzi hücumçu kimi ölkənin idman şərəfini qorumuşdu.

Məşhur fransız fiziki,Nobel mükafatı laureatı Frederik Jülio-Küri gənc yaşlarında elmlə və yaxud futbol ilə məşğul olmaq seçimi qarşısında qalmışdı. Hər halda fransızlarla ingilislərin gənclərarası futbol matçından sonra o müqavilə bağlamaq barədə rəsmi dəvət almışdı. Bütün dünyada məşhurlaşdıqdan sonra da o idmanla məşğul olmağı davam etdirmiş, qışda ayaq xizəyi ilə, yayda — balıq tutmaqla və alpinizmlə məşğul olmuşdu. O hətta bir dəfə 4665 m hündürlükdəki zirvəni fəth etmişdi.

Rus klassiklərindən biri Aleksandr İvanoviç Kuprin idmanın bütün növlərini camaat arasında geniş yayılmasında fəaliyyət göstərib və bu barədə öz məqalələrini jurnalda dərc edirdi. Kuprin özü də idmanla məşğul olurdu. Səhər tezdən o ya çayda üzürdü, ya da soyuq su ilə çimirdi, sonra gimnastika və brusyalarda məşq edirdi. Aviasiya ilə çox maraqlanırdı, suyun altına üzürdü, dənizdə yelkənlə gəzintiyə tez-tez çıxardı, yaxşı atlı idi, konkiləri sürürdü.

Rus şairi Mixail Yuryeviç Lermontov idmanı hər şeydən həmişə üstün tutub. Şair C.Bayrona da bənzəmək istəyirdi. O, rus güləşinə maraq göstərirdi, hətta özü kazaklarla çox güləşərdi. Qarabağ ayğırında igidlərlə bərabər öz məharətini göstərirdi və atlı kimi bacarıqlı idi. Konki ilə məşğul olurdu. Qılıncbazlığın bütün növlərində də öz bacarığını neçə dəfə sübut edib. Kənddə olarkən çoxlu piyada gəzirdi.

Görkəmli rus şairi Aleksandr Serqeyeviç Puşkin, idmana şiddətli həvəsi var idi. Onun idmana marağı şeirdə, məktubda, sənəddə, hətta şəkillərdə də rast gəlmək olar. O, şahmat həvəskarı və boksçu idi, güləşlə maraqlanırdı, atı və konkini sürürdü, qılıncbazlıq təlimini keçirdi, soyuq çayda çimirdi, tapançadan atmağı, piyada gəzməyi hətta ağır əşyaları da qaldırmağı xoşlayırdı

Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Top