Energetik içkilərin dişləri zədələməsi ilə bağlı iddialar səsləndirilməyə başlayıb. RİA «Novosti» agentliyinin verdiyi məlumata görə, energetik içkilərdə turşuluğun miqdarı çox yüksəkdir. Turşuluğun isə dişlərin mina təbəqəsini zəiflətdiyi deyilir. Energetik içkiləri qəbul edən şəxslərdə dişin mina təbəqəsində eroziyanın yaranması üçün bəzən 5 gün də kifayət edir.
Ekspertlər isə 13 idman və 9 energetik içki üzərində tədqiqat aparıblar. Onlar dişin mina qatını həmin içkidə saxladıqdan sonra iki saat ağız suyunda saxlayıblar. Bu zaman 5 gündən sonra həmin təbəqədə aydın görünən zədələnmələr baş verdiyi müşahidə olunub.
Alimlər energetik içkilərin qəbulundan sonra dişin mina təbəqəsinin iki dəfə daha çox zədələndiyi bundan sonra dişlərdə həssaslıq yarandığını müəyyənləşdiriblər. Həssaslaşmış dişlərdə isə kariesin yaranma ehtimalıdaha yüksək olur. Mütəxəssislər bunun qarşısını almaq üçün belə içkilərin qəbulundan sonra ağızı su ilə yaxalamağı və ya şəkərsiz saqqız çeynəməyi məsləhət görürlər.