Podaqra maddələr mübadiləsinin pozğunluğu ilə müşayiət olunun xəstəliklər qrupuna daxildir. Bu xəstəlik zamanı orqanizmdə sidik turşusunun mübadiləsi pozulur və nəticədə qanda sidik turşusu yüksəlmiş olur.
Qeyd edək ki, xəstəliyin baş qaldırmasına bilavasitə səbəb olan sidik turşusu nuklein turşularının (genlərdəki informasiyanı kodlaşdıran DNT) mübadiləsi nəticəsində əmələ gəlir. Bildiyiniz kimi, nuklein turşuları da qəbul edilən qidaların hüceyrələrinin tərkibində var. Normal halda sidik turşusunun artıq miqdarı böyrəklər vasitəsi ilə sidiklə xaric olunur. Lakin maddələr mübadiləsi pozulduğu halda sidik turşusu orqanizmdən kifayət qədər xaric ola bilmir və müxtəlif orqanlarda urat duzları şəklində toplanmağa başlayır. Mütəxəssislər podaqra xəstəliyini əmələ gəlmə mexanizminə görə 1-cili və 2-cili olaraq ayırırlar. İlk növbədə bu mübadilənin pozulması özünü böyrək daşlarının və oynaqlarda kristalların əmələ gəlməsi ilə göstərir. Bu kristallar mexaniki olaraq oynaqların səthini zədələyir. Bu da oynaqların iltihabı ilə nəticələnir. Bu, podaqranın əsas əlamətlərindən biridir. Əsasən ayaqlarda baş barmaqla ayaq darağı arasındakı oynaq, nisbətən az hallarda isə diz, baldır-topuq, dirsək oynağı, bilək vətərləri və daban vətərləri ətrafındakı oynaqlarda, qulaq seyvanlarında bərkimə müşahidə olunur. Bu düyünlər 2-3 sm ölçüdə olur. Artrit kəskin ağrılarla, yüksək temperaturla, qızartı ilə müşahidə olunur. Adətən podaqra ağrıları tutmalar şəklində gecələr baş qaldırır. Bəs oynaqlarda baş verən ağrı nə ilə əlaqədardır? -Natrium uratın kristalları iynə kimi iti uclu olaraq oynaqlara batır. Oynaqda yerli iltihab əmələ gəlir. Həddindən artıq qidalanma, alkoqol, xüsusilə pivə içmək, stress, soyuqlama və ya əksinə, isti hamam və ya sauna xəstəliyin kəskinləşməsinə gətirib çıxarır. Xəstəliyin böyrək üçün nə kimi fəsadı ola bilər? -Sidik daşlarının əmələ gəlməsi böyrəklər üçün ağır simptomdur və müalicə olunmadıqda xroniki böyrək çatışmazlığına gətirib çıxara bilər. Böyrək fəaliyyəti pozulduğundan bu zaman arterial qan təzyiqi də yüksəlmiş olur. Podaqranın müalicə və profilaktikası necədir? Adətən podaqra tutmaları gecə vaxtı baş verir. Çox zaman buna həddindən artıq yemək, alkoqol (xüsusən pivə) qəbul edilməsi, stress və ya soyuqdəymə şərait yaradır. Qadağandır: Bütün subməhsullar (qaraciyər, böyrək, dil, beyin), cavan heyvanların əti, balıq, toyuq, hisə verilmiş kolbasalar, konservlər, ət və balıq bulyonları. Bitkilərə gəldikdə isə bu siyahıya göbələk və onlardan hazırlanan hər növ qidalar, bütün paxlalı bitkilər ( noxud, lobya, mərci), turşəng, brüssel və gül kələmləri, moruq, əncir, şokolad daxildir. Pəhrizdə o cümlədən xörək duzu gündəlik 6-7 q. qədər məhdudlaşdırılmalıdır. Çay, kofe, kakao və bütün alkoqollu içkilərdən imtina etmək və əksinə, daha çox su içmək məsləhət görülür. Çünki suyun köməyi ilə orqanizmdən sidik turşusunu çıxarmaq mümkündür. Qeyd etmək vacibdir ki, qızardılmış və yağlı yeməklər orqanizmdən sidik turşusunun çıxarılmasını ləngidir. Ona görə də həddindən artıq bu cür yeməklərə üstünlük vermək məsləhət deyil. Məsləhət görülür: Meyvə (əsasən sitrus), giləmeyvə, tərəvəz şirələri, qələvi mineral suları, itburnu dəmləməsi içmək. Tutmalar dövründə isə sulu yeməklər daha məsləhətdir. Eləcə də yumurta, kartof, çörək, yarmalar, çiy meyvə və tərəvəzlər , daha çox sitrus meyvələri yemək lazımdır. Həftədə 1-2 dəfə yağsız ət yeməyə icazə verilir. Ədviyyatlardan sirkə, dəfnə yarpağı, limon şirəsindən istifadə etmək olar. Məhdudlaşdırılmalıdır: Xəmir xörəkləri, tomatlar, ketçup, souslar, çiy pomidor. Böyrəklərdə dəyişiklik baş verdiyi üçün süd və turş-süd məhsullarına da məhdudiyyət qoyulmalıdır.
Orqanizmdə maddələr mübadiləsini normallaşdırmaq üçün şübhəsiz ki, kifayət qədər vitaminlər, minerallar, doymamış yağ turşularının qəbul edilməsi vacibdir. Onlar artıq toplanmış sidik turşusunun xaric olunmasına, iltihab əmələ gəlməsinə və antioksidant proseslərinin getməsinə kömək edirlər. C, E, B qrup vitaminlər, mis, silisium məhz bu xüsusiyyətlərə malikdirlər. Onlar zülal və lipid mübadiləsində və oksidləşmə-reduksiya proseslərini tənzimləyən fermentlərin əmələ gəlməsində, iltihab əleyhinə təsir göstərən hormonların sintezində iştirak edirlər. C vitamini - kollogen birləşdirici toxumanın əsas tikinti zülalının sintezində iştirak edir. Zədələnmiş oynağın qığırdaq səthinin bərpasında iştirak edir. Podaqra zamanı istifadə olunan və xalq təbabətində də sınaqdan çıxmış reseptlərin bir neçəsini təqdim edirik: Ev şəraitində ağrıyan oynaqlarda ağrını azaltmaq üçün dəmləmə hazırlamaq olar: Şirin qazlı suların qəbul edilməsi kişilərdə podaqra əmələ gəlməsi riskini artırır. ABŞ alimlərinin apardığı çoxillik tədqiqatın nəticələri göstərdi ki, podaqranın inkişafına şirin qazlı sularda fruktozanın olması təsir edir. 12 il müddətində 46 min müxtəlif peşə sahibi olan kişilər üzərində aparılan müayinələr nəticəsində onlardan 755-də podaqra xəstəliyi aşkar edilmişdir. Təqiqatçılar bunun səbəbini şirin qazlı suların tərkibinə xüsusi maddənin əlavə edilməsi ilə əlaqələdirirlər. Bu isə qanda sidik turşusunun artmasına səbəb olur. Əslində bir çox mübadilə xəstəlikləri kimi podaqranın da gedişi çox vaxt insanın özündən, daha doğrusu, insanın həyat tərzindən asılıdır (düzgün qidalanma, fiziki aktivlik). Onu yaxşı tərəfə dəyişmək isə heç zaman gec deyil. Hazırladı: S.Aytən
Podaqra (yunan dilində podos – ayaq, aqra – tələ deməkdir, yəni ayağın tələsi). Xəstəliyin tarixinin qədim olduğu, hələ b.e.ə. yaşamış Hippokrata məlum olması haqqında məlumatlar vardır. Xəstəliyin sidik turşusunun artması ilə əlaqədar yaranması isə 20-ci əsrin ortalarında sübut edilmişdir.
Podaqra xəstəliyi əsasən 40 yaşdan yuxarı kişilərdə, qadınlarda isə menopauzadan sonra rast gəlinir.
Qeyd edək ki, sağlam insanın qanında sidik turşusunun miqdarı 4,0-4,5 mq % olduğu halda, podaqra zamanı onun miqdarı 5,0-16 mq % yüksəlmiş olur.
1-cili podaqra genetik defekt sayılır və sidik turşusunu həll olunan maddəyə çevirən fermentin olmaması nəticəsində yaranır. Artıq olan sidik turşusunun konsentrasiyası kritik həddə çatdıqda isə kristalların bir hissəsi böyrəklərdə daş şəklində, digər hissəsi də oynaqlarda toplanır. Mübadilə pozğunluğu olduğundan digər metobolik xəstəliklərlə – hipertoniya, artıq çəki, şəkərli diabetə meylliklə yanaşı addımlayır.
2-cili podaqra isə endokrin patologiyalar fonunda, böyrəklərin, qan-damar sisteminin xəstəlikləri, bəzi dərman preparatlarının qəbulundan sonra inkişaf edir.
Bütün hallarda ya sidik turşusunun səviyyəsi yüksəlmiş olur, yada onun orqanizmdən çıxarılması çətinləşir.
Kəskin ağrı tutmaları zamanı ağrını kəsmək o qədər də çətin deyil. Əsas məsələ tutmalar arası dövrdə xəstəliyi müalicə etməkdir ki, gələcək ağırlaşmaların qarşısı alınsın. Müalicənin effekti ilk növbədə pasiyentin özündən asılıdır.
Xəstəliyin başlanması pasiyentin və ya həkimin qeydə aldığı ilk tutma hesab edilsə də, əslində uratların çökməsi prosesi illər öncəyə təsadüf edir. Qəfil baş verən və güclü ağrılarla müşayiət olunan tutmalar 3-4 gün davam edir və sonra keçib gedir. Əslində bu, xəstəliyin sonrakı inkişafı üçün çox təhlükəli olub xəstələri bir qədər arxayınlaşdırır və müalicə-profilaktika tədbirlərindən yayındırır. Mütəxəssislərin hesablamalarına görə xəstələrin çoxuna bu diaqnozun qoyulması podaqranın başlanmasından 7 il sonra mümkün olur. Vaxt ötdükcə heç bir müalicə tədbiri görülmədikdə tutmalar daha tez-tez təkrar olunur, onlar arasındakı məsafə isə getdikcə azalmış olur. Nəhayət, heç bir tədbir görülmədiyi halda oynaqlardakı ağrılar daimi xarakter alır və xəstəni hər zaman müşayiət edir. Podaqra nəticəsində oynaqlarda yaranan bərkimələr tədricən böyüyür və oynaqların formasını dəyişir.
Kəskin tutma zamanı oynaq üzərinə buz qoyulmalı, ağrı azalandan sonra isə isti kompress edilməlidir. Şiddətli ağrılar olduqda ağrıkəsicilərdən, iltihab əleyhinə dərman maddələrindən istifadə etmək olar.
Podaqranın müalicəsində əsas prinsip qanda sidik turşusunun səviyyəsini azaltmaqdır. Müalicənin erkən başlanması vəziyyəti xeyli yüngülləşdirir. Pasiyentin özündən çox şey asılıdır. Belə ki, digər mübadilə xəstəlikləri kimi burada da qanın tərkibini daim nəzarətdə saxlamalı, bunun üçün isə ən əsası gündəlik qida rasionuna diqqət yetirmək lazımdır. İlk növbədə tərkibində purinlər olan qida məhsulları rasiondan çıxarılmalıdır.
Podaqra xəstəliyi həmçinin uzun müddət sidikqovucu preparatların, nikotin turşusunun qəbulundan sonra da inkişaf edə bilər.
-3 limon və 150q. sarımsaq ət maşınından keçirilir, üzərinə 0,5 stəkan qaynar su əlavə edilir və 1 sutka saxlanılıb, süzülür. Hər səhər 50q. içilir.
-1stəkan qaynanmış suya 1 x.q. bal və 1 x.q. alma sirkəsi əlavə edilir. Hər səhər acqarına 1 x.q. qəbul edilir.
-Sidik qovucu və ağrıkəsici kimi cökə çiçəkləri və çobanyastığı 1:1 qədərində götürülür. Bu qarışıq orqanizmdən sidik turşusunu çıxarır. 1 x.q. qarışıq üzərinə 2 stəkan qaynar su əlavə edilir, 30-40 dəq. saxlanılır, süzülüb, gün ərzində 4 dəfə 0,5 stəkan içilir.
1 limon, 2 x.q. mərsin (brusnika) yarpaqları, 1 x.q. mərsin giləmeyvələri üzərinə 2 stəkan qaynar su əlavə edilib, 2 saat emallı qabda dəmlənir, süzülür və gündə 3 dəfə 0,5 stəkan yeməkdən 20 dəq. əvvəl içilir.
Gicitkan, kalendula, buynuzbaş (pion), bağayarpağı, peyğəmbərçiçəyi (vasilyok), zəncirotu (oduvançik) kökü, cökə, tozağacı, şamağacının bəzi növləri, kərəviz, yulaf, çiyələk yarpaqlarının dəmləməsi, nanə iltihab əleyhinə, ağrıkəsici, sakitləşdirici, sidikqovucu təsir göstərirlər.
-1 neçə sarımsaq dilimi üzərinə bir qədər su əlavə edib 20 dəq. odda saxlamaq və 1 ç.q. limon şirəsi əlavə edib, qarışdırmaq, ağrı nahiyəsinə kompres qoymaq.
-Kələm yarpaqları ilə kompress də yaxşı effekt verir. 1 neçə kələm yarpağını yumaq, döymək, üzərinə bal çəkib ağrı nahiyəsinə qoymaq lazımdır. Proseduru 1 ay ərzində gecələr etmək məsləhət görülür.
-Yayda pıtraq (lopux) yarpağından da kompress qoymaq olar. Yarpağı soyuq suda isladıb qoymaq, ağrı kəsənə qədər saxlamaq lazımdır. Yarpaqları qurudub qışa da saxlamaq olar.
-Oynaqların müalicəsində təmiz bal yaxşı effekt verir. Balın oynağa sürtülməsi oynaqdaxili sürtkü maddəsinin əmələ gəlməsinə kömək edir ki, bu da sidik turşusunun orqanizmdən xaric edilməsində iştirak edir. Balı oynağa çəkməzdən əvvəl oynağı isitmək, daha sonra kompres qoymaq lazımdır. 3-4 saat sonra kompress götürülür, oynaq yuyulur. Kurs müalicə 10-12 seansdır. 2 həftə sonra kurs müalicəni təkrar etmək olar.
Parafinlə müalicə də yaxşı effekt verir.