Əliyev Ələsgər Sərhəd oğlu, 1960-cı ildə Sabirabad rayonunun Talış kəndində anadan olub.1977-ci il orta məktəbi bitirdikdən sonra Peterburq Texnologiya İnstitutuna daxil olmuş və 1982-ci ildə orani bitirib təyinatla Bakı məişət kondisionerləri zavoduna gəlmişdi.
1993-cü il oktyabrın 27-də könüllü olaraq Suraxanı batalyonunun tərkibində cəbhəyə yollanıb.İlk döyüşə Füzuli bölgəsində batalyon komandirinin müavini kimi başlayıb.Elə ilk gündən səngərlərin qazılmasında,yeraltı qazmaların tikilməsində Ələsgər özünü bacarıqlı zabit kimi göstərib.
Dekabrın 15-də ermənilər 7 tank və 200-ə yaxın canlı qüvvə ilə 1-ci rotanın mövqeyinə hücuma keçdilər.Gündüz saat 4 radərərində Ələsgər sol cinahda 2-ci rotanın mövqeyində idi.Onun komandirlik bacarığı sayəsində 2-ci rotanın əsgərləri düşmən qüvvələrinə güclü zərbələr endirdilər.Düşmənin iki tankı və xeyli canlı qüvvəsi məhv edildi.Ermənilər öz mövqelərinə çəkilməli oldular.
Yanvarın 5-də bütün cəbhə boyu erməni mövqelərinə hücuma keçdik.Ələsgər 2-ci rotaya təhkim olunduğundan onun komandanlığı altında 2-ci rotanın döyüşçüləri ermənilərin uzun müddət möhkəmləndiyi “Zelyonka” adlanan yüksəkliyi ələ keçirdilər.Ermənilər həmin axşam və yanvarın 6-da döyüş mövqeyindən geri çəkilməyə başladılar.Həmin vaxt biz 25 kilometr irəlilədik və taborumuz Aşağı və Yuxarı Kürdmahmudlu, 1-ci,2-ci və 3-cü Alxanlı, Aşağı Seyidəhmədli kəndlərini azad etdi.Döyüşdə Ələsgər özü xüsusi igidlik göstərmişdi.
Yanvarın 7-də Qaraxanbəyli kəndinin sol tərəfində aparılan mövqe döyüşlərində Ələsgərin iştirakı ilə bir zenit qurğusu, dörd ədəd hərbi maşını, iki tankı,onlarla canlı qüvvəsi sıradan çıxarılmışdı.
Martın 1-dən atəşkəs başlasa da, martın 3-də səhər saat 6-da ermənilər güclü hücuma keçdilər.Leytenan Əliyev ratsiyanı və plemyotu götürərək bizimlə, yəni zabit heyyəti ilə yüksəklikdəki mövqeyə getdi.Həmin müvqeni əlavə qüvvə gələnə qədər saat 4 müddətində 6 nəfərlə müdafiə etdik.Ələsgər burda da xüsusi igidlik göstərmişdi və igidliyinə görə Dövlət mükafatına layiq görülmüşdü.
Ələsgər çox həssas,nikbin adam idi və qələbəyə çox inanırdı.Məndən kiçik olsa da həmişə deyərdi “Şükür müəllim,sizi mənə tapşırıblar,ehtiyatlı olun”.Bakıya gəlib gedəndə ailəmizdən ətraflı məlumat gətirərdi.Heç vaxt yoruldum deməzdi.Yumorlu danışardı və dəqiqliyi sevən adam idi.
Aprel ayının 25-də hərbi hissəmizi Tərtər bölgəsinə apardılar.Ağır döyüşlər oldu.Həmin gün ermənilər Tərtər və Goranboy rayonlarını İşğal etmək istəyirdilər.Lakin Ələsgər kimi zabitlərimizin və döyüşçülərimizin igidliyi nəticəsində düşmən çoxlu itki verərək geri çəkilməyə məcbur oldu.
Atəşkəs olmasına baxmayaraq mayın 11-də saat 6 da ermənilər 20-yə yaxın texnika və 600-ə yaxın piyada qüvvə ilə hücuma keçdilər.Ələsgər Əliyev, mən və bir necə başqa zabit ehtiyyat qüvvə ilə müdafiə mövqeyini tutduq.Döyüş başladı.Başımız qarışdığından sağ tərəfdə “N” kəndindən bizimkilərin geri çəkilməsindən xəbərimiz olmayıb.Gündüz saat 1 radələrində sağ tərəfdən, 200 metrlik məsafədən erməni tankının üstümüzə gəldiyini gördük.Ələsgər burada da möcüzə göstərdi.Tankı yaxına buraxıb qumbaranı atdı,tank alışdı.Ələsgər qumbara atanla daha bir necə atəş açdı.Beləliklə Ələsgərin qəhramanlığı sayəsində mühasirədən çıxa bildik.Mən bu döyüşdə yaralandım.Ələsgər məni hospitala qədər yola saldı.
Döyüşlərdən sonra hərbi hissə ilə birlikdə Tərtər böləsinə göndərilib, 1994-cü ildə mayor Arzu Sadıxovu vuran erməni tankını məhv edib.
Sonradan aldığım məlumata görə, mayın 12-də bizim hərbi hissə hücuma keçib,Seysulan və Qapanlı kəndlərini ermənilərdən təmizləyib.Ələsgərin vurduğu tankı təmir etmək üçün Bakıya gətiriblər.Mayın 13-də döyüş mövqeyində telejurnalistlər Ələsgərdən müsahibə götürüblər.Ondan yarım saat sonra, yəni saat 18.25-də atılan tank mərmisi Ələsgərgilin dayandığı yerə düşüb.Ələsgərlə bərabər daha dörd nəfər şəhid olur.Məzarı Hacıqabul rayonundakı qəbirsanlıqdadır. Allah rəhmət eləsin.
Ölümündən sonra “Azərbaycan Bayrağı”ordeninə layiq görülməsi üçün hərbi hissədən təqdimat yazılıb.Oxuduğu orta məktəb indi onun adını daşıyır.Ələsgər Əliyevin iki yadigarı qalıb qızı Fidan, oğlu Turxan.