Şəkildəki erməni əsgərinin Azərbaycan ərazisinə kəşfiyyat xarakterli keçməsinə görə öldürüldüyü bildiririlir. Maraqlıdır ki, qarşı tərəf bunu inkar edir. 2000-ci ildən indiyəcən Ermənistanda əsgərlərimiz tərəfindən vurulmuş hərbçilərin gizlədilməsinə görə bu ölkə dünyada üçüncü yerdədir. Ən qapalı ordulardan olan Ermənistan ordusunda hətta ölmüş əsgər bir neçə gün sonra ailəsinə təhvil verilir. Əksər hallarda öldürülmüş əsgərlərinin meyidlərini tanınmaz hala salan erməni ordusu cəsədi ailəyə təhvil verərkən hansısa hərbi tikintidə bədbəxt hadisə, qar uçqunu, və ya hansısa təbi fəlakətin qurbanı kimi təqdim edirlər. Mübariz İbrahimovun məlum olayından sonra isə erməni əsgərlərinin bu cür şəkillərinin sosial şəbəkələrdə daha çox yayılmasından sonra erməni ictimaiyyəti arasında şok yaşandığı bildirilir. Məşhur qərbyönümlü erməni saytlarından birində gedən məqalədə bildirilir ki, azərilər heç vaxt öz əsgərlərinin meyidlərini belə çəkib sosial şəbəkələrə erməni əsgəri adıyla yerləşdirməzlər. Bu onlarda tanınma riski də yaradar. Amma Ermənistan kimi informasiya qıtlığı yaşanan bir ölkədə hansısa ucqar kənd sakinin əsgərlikdə düşmən tərəfindən vurulub öldürülmüş şəkilinin yerləşdirilməsi adi haldır. Onsuzda onu tanıyan olmayacaq- deyə bildirilir. Maraq üçün onu da bildirim ki Rusiya hərbi jurnallarından birində ötən il gedən yazıya görə Azərbaycan daha çox itki verən tərəf olsa da bunu onlar ildə bir dəfə kiçik hərbi əmliyyat və ya kəşfiyyat tədbirləriylə cvablayrlar. Qısası ermənilər il boyu snayperlərlə atəş açır azərbaycan ordusu isə bir dəfə edir tutarlı edir...