Məhşur baş geyimi beret bu gün dünyanın bütün ölkələrində istifadə olunur. Beret həm də əksər ölkələrin Silahlı Qüvvələrində istifadə olunan hərbi baş geyimidir.
İlk beretin istehsalı Fransa ilə bağlıdır. Fransanın ən totemik əşyalarından biri olan beretin tarixi kökləri Pireney sıra dağlarının ətəklərində yerləşən kiçik Nay şəhərinə gedib çıxır. Bir zamanlar beret burada kişilər üçün məcburi baş geyimi imiş və regiona məxsusluğu fəxrlə nümayiş etdirirmiş.
2-ci Dünya Müharibəsindən sonra bu şəhər və onu əhatə edən regionda beret istehsalı ilə məşğul olan 50 fabrik var idi. Sonradan beret istehsalı tədricən bütün dünyaya yayılıb.
Beret hərbi geyim kimi ilk dəfə Şotlandiya və İsveçrə ordusunda tətbiq olunub. Sonradan digər ölkələrin də ordularına onun tətbiqi gerçəkləşdirilib.
Türk Silahlı Qüvvələrində beret xüsusi ordu hissələrində istifadə olunur. Belə hissələrdən biri Türk Silahlı Qüvvətlərinin gözbəbəyi, ordunun terrora qarşı bel sümüyü sayılan Tünd qırmızı Beretlilərdi. Türkiyədə onlara Bordo Berelilər deyirlər.
Bu gün türk əsgəri hər cür şərtlərdə, hər cür mühitdə - ölkənin bölünməz bütünlüyünü qorumaq üçün dağda, quruda, dənizdə və havada - göz qırpmadan hərbi vəzifə yerinə yetirir.
Türkiyə Ordusunun xüsusi qüvvələri - Bordo Berelilərin adı gələndə düşmənin canına qorxu dolur. Bordo Berelilər iti nişançılığı, çətin dağ şərtlərində hər cür əməliyyatı müvəffəqiyyətlə reallaşdıra bilmələrilə ad-san qazanıblar.
İç və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində hərbi görəvi yerinə yetirən Bordo Berelilər xüsusi təlimlərlə yetişdirilən əsgəri qüvvələrdir.
Türk Bordo Berelilərindən ibarət hərbi hissələr 1992-ci ildə yaradılıb və illər keçdikcə inkişaf etdirilib. Bordo Berelilər birbaşa Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına bağlı olaraq vəzifə yerinə yetirirlər.
Bu hərbi hissələrdə əsgərlik keçən əsgərlər xüsusi olaraq seçilirlər. Onların şəxsiyyətləri də daim gizli saxlanılır.
Türk Bordo Bereliləri 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Qüvvələr Çempionatında 26 xüsusi ordu hissəsi arasında birinci yeri tutub.
Onlar eyni zamanda dövlət rəhbərlərinin yaxın qoruma vəzifəsini də yerinə yetirirlər.
Türk Bordo Berelilərinin adı gələndə Türkiyədə bölücülük etməyə çalışan terrorçu təşkilatın - PKK-nın silahlılarının da canına vəlvələ dolur. Təsadüfi deyil ki, PKK lideri Abdullah Öcalanın ələ keçirilməsini də Bordo Berelilər icra ediblər.
Türki Silahlı Qüvvələrinin dağlardakı terrorçulara qarşı apardığı əməliyyat zamanı PKK-çıların gizləndiyi bir mağaranın divarında belə bir yazı aşkarlanıb.
"Əgər bir əsgər sizi gördüyü zaman durmadan atəş açırsa, bilinki o naşıdır, gülləsinin bitməsini gözləyin, bitdiyi zaman isə gedin kafasna sıxın.
Əgər bir əsgər sadece sizi gördüyü zaman atəş açırsa, siz gizləndiyiniz zaman atəşi dayandırısa, o bir komandodur, qaçın və canınızı qurtarın.
Əgər bir əsgər sizi gördüyü zaman ortadan itirsə və ətrafa səssizlik çökürsə, bilinki o bordo berelidir, nə edirsinizsə edin, o mütləq sizi tapacaq!".
PKK-çıların bu yazısı onların Türk Bordo Berelilərindən necə qorxduqlarının göstəricisir.
Müəllif:Adəm Qorxmaz-modern.az