Min illərlə davamm edən sayı bilinməyən müharibələrdən bəziləri insanlıq tarixi üçün təyinedici olub. Bu müharibələrin nəticələri milyonlarla insanın və dövlətlərin gələcəyini dəyişib. Tarixə unudulmaz hadisələr olaraq yazılıb.
E.ə. 216-cı il avqustun 2-də konsul Qay Terensi Varronun komandanlığı altında Roma ordusu (63 min piyada, 6 min süvari) ilə Hannibalın Karfagen 2-ci Pun müharibəsinin ən böyük vuruşması baş vermişdir. Karfagen süvariləri əvvəlcə Romanın süvari, sonra piyada qoşununu darmadağın etdi. Vuruşmanın 12 saatı ərzində romalılardan 48 min nəfər öldürüldü, 10 min əsir alındı. Karfagenlilərdən 6 min nəfər öldürüldü. Kanna yaxınlığındakı vuruşma hərb sənəti tarixinə düşməni az qüvvə ilə mühasirəyə alaraq onu tamamilə məhv etmək nümunəsi kimi daxil olmuşdur. ABŞ müstəqillik müharibəsinin ən son qarşıdurmasına şahidlik edən Yorktounda, Corc Vaşinqton İngiltərə qüvvələrinə liderlik edən Lord Kornvallisi mühasirəyə aldı. Açıq məğlubiyyətə uğrayan ingilislər, 13 koloniyanın təmsil etdiyi ABŞ-ın müqavimətinə boyun əydi. Bu müharibənin nəticəsində imzalanan Paris müqaviləsi ilə dünyanın yeni super gücü mövqesinə yüksələn ABŞ-ın müstəqilliyi də elan edildi. Bu gün, Kolonial milli parkının bir parçasını əhatə edən meydan – Yorktoun müharibə meydanı turistlərin böyük maraq dairəsindədir. 1066-cı ildə baş verən "Hastings" müharibəsi, İngiltərənin əsrlər boyunca Avropanın böyük gücü olmasını təmin etdi. 14 oktyabr 1066-cı ildə, Normandiya Duke Villiam, İngiltərə kralı və Anqlosakson qüvvələrinə liderlik edən Harold Qodvinsonla qarşı-qarşıya gəldi. Kral Harold, gözünə dəyən bir oxla müharibədə öldürülür. Villiam, qısa zamanda bütün İngiltərəni fəth etdi və ölkə sistemini dəyişdirdi. Bu gün qanlı müharibə baş verən sahədə olan muzey, müharibənin nə qədər şiddətli olduğu haqqında kifayət qədər nümunəyə sahibdir. ABŞ vətəndaş müharibəsisinin ən qanlı və əhəmiyyətə sahib olan "Gettysburg" müharibəsi 1863-cü ildə Pennsilvania ştatında baş verib. Konfederasiyanın ən məşhur generalı Robert Edvard Leenin ayaqları çılpaq əsgərlərə ayaqqabı tapmaq üçün "Gettysburg" qəsəbəsinə göndərdiyi gözətçilər Şimal birliklərinin generalı Corc Meadenin ordusuyla qarşılaşdı. 200 minə yaxın əsgərin üç gün davam edən qarşıdurmasında 50 mindən çox əsgər öldü. Konfederasiya ağır itkilərlə geri çəkildi. Müstəqillik ümidlərini də müharibə meydanında itirdi. Troya şəhərinin hekayəsi 2 min ildən çoxdur. Troya Yunan, Roma və hətta böyük İskəndərin də olduğu bir çox sivilizasiya və hökmdar görüb.Bu gün, turistlər bu zəngin qalıqlar arasında bir əfsanənin canlılığını hiss edə bilirlər. İkinci dünya müharibəsində ən dəhşətli döyüş olaraq qəbul edilən "Stalinqrad" müharibəsidir. 1942-ci ildən 1943-cü ilə qədər faşist ordusu qırmızı orduyla çox ağır bir müharibəyə başladı. Nəhayət, xarabaya dönən şəhərdə ruslar qalib gəldi. Bu gün Volqoqrad olaraq tanınan Stalinqradda baş verən müharibədən sonra almanlar Berlinə qədər geri çəkildilər. 1370-1382-ci illərdə tikilib. XV əsrdən həm də dövlət həbsxanası idi. XVI əsrin sonlarından Bastiliyada əsasən mütləqiyyətə düşmən olan dustaqlar saxlanılırdı. 1789-cu il iyulun 14-də Paris üsyançıları mütləqiyyət rəmzi olan Bastiliyanı hücumla aldılar və bu Böyük Fransa inqilabının başlanğıcı oldu. 1880-ci ildən Bastiliyanın alındığı gün Fransanın milli bayramı kimi qeyd edilir. Napoleon Bonapart, tarixdəki ən müvəffəqiyyətli generallardan biri olaraq qəbul edilir. Napolyon, orduları ilə Orta və Cənubi Avropanın böyük qisimini idarə edirdi. 1814-cü ildə məğlub olan və sürgünə göndərilən Napolyon, bir il sonra qaçdı və ölüm-dirim müharibəsinə Vaterlouda başladı. Napolyon, ehtiyat qüvvələrinin döyüş sahəsinə çox gec gəlməsi ilə Lord Vellinqtonun koalisiya ordusuna məğlub oldu və bir daha döyüş meydanlarında görünmədi. Bu gün müharibələrin baş verdiyi ərazidə çox sayda muzey və abidələr var. 7 dekabr 1941-ci ildə ABŞ-ın ikinci dünya müharibəsinə qatılmasına səbəb olan "Pearl Harbor" hücumunun baş verdiyi gündür. Bir çox tarixçilər 2 mindən çox ABŞ-lının öldüyü hücumu Yaponiyanın niyə etdiyini hələ də müzakirə edirlər. Amma suverenliyi təmin etmək üçün, iki gücün nəhayət qarşı-qarşıya gəlməsi qaçılmaz idi. ABŞ-ın Sakit okeandakı flotunun böyük qisimini məhv edən hücumdan sonra ikinci dünya müharibəsinin gedişatı yaponlar üçün böyük ölçüdə dəyişdi. İttifaqi qüvvələrinin, daha müharibə başlamamışdan böyük bir zəfər qazanacaqları inancıyla Osmanlı İmperiyasına qarşı Gelibolu yarımadasında başladıqları quru və dəniz müharibələrinin meydana gətirdiyi Çanaqqala müharibəsi, İttifaq qüvvələrinin aldığı ən böyük məğlubiyyətlərdən biri oldu. Birinci dünya müharibəsində Osmanlı imperiyasını kənarda buraxmaq üçün Rusiyaya kömək çatdırmaq və İstanbulu ələ keçərərək boğazlarda idarəni təmin etmək istəyən İngiltərə, fransız birlikləriylə müstəmləkə qüvvələri, heç gözləmədikləri qədər qüvvətli müqavimətin altında ağır itkilər verərək geri çəkildilər. Bosniya müharibəsi – Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər davam etmiş müharibə. 3 ildən artıq davam edən bu müharibədə 200 000-ə yaxın insan qətlə yetirilmiş (Beynəlxalq Qızıl Xaç cəmiyyətinin məlumatlarına görə, bu rəqəm 312 mindir), 2 milyondan çox insan yer-yurdundan didərgin düşmüşdür. Bu müharibədə qətlə yetirilənlərin əksəriyyəti bosniyalılar idi və müharibə onlara qarşı soyqırımı səciyyəsi daşıyırdı. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi üstündə Ermənistanla Azərbaycan arasında şiddətli hərbi ixtilaf. Müharibə 1988-ci ildən başlayaraq Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı irəli sürdüyü ərazi iddialarına əsaslanan Qarabağ münaqişəsinin dəvamı olmuşdur. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəslə başa çatmışdır. İxtilafın nəticəsində 30.000-ə yaxın insan həlak olmuş, Azərbaycanın Dağlıq Qarabağ ərazisi və ətrafında yerləşən 7 inzibati rayonu Ermənistan silahlı qüvvələrinin işğalına məruz qalmışdır."Kanna" müharibəsi
"Yorktoun" müharibəsi, ABŞ
"Hastings", İngiltərə
"Gettysburg", ABŞ
"Troya",Türkiyə
"Stalinqrad", Rusiya
"Bastiliya", Fransa
"Vaterlou" müharibəsi, Belçika
"Pörl Harbor" hücumu
"Çanaqqala", Türkiyə
"Bosniya" müharibəsi
Qarabağ müharibəsi