— Hesablanmışdır ki,b.e.ə. 3500 ildən üzübəri (yəni son 5500 il ərzində) insanlar yalnız 292 il müharibəsiz yaşamışlar.
— 1911-ci ildə İngiltərə ərazisində arxeoloqlar tərəfindən tapılmış sınmış ağac nizənin 200 min ilə yaxın yaşı vardır.O,görünür, hücum silahlarının ən qədim nümunələrindən biridir.
— Ən uzun müharibə İngiltərə ilə Fransa arasında sürmüş Yüzillik müharibədir.O,115 il 1337-1452-cü ilədək davam etmişdir.
Rusiyanın nə vaxtsa apardığı müharibələrdən ən sürəklisi Qafqaz müharibəsi olmuşdur.Məqsədi Dağlıq Dağıstanı,Çeçenistanı və Şimal-Qərbi Qafqazı ilhaq etmək olan bu müharibə yarım əsrdən bir qədər az 1817-1864-cü ilədək davam etmişdir.
— Böyük Britaniya və Zanzibar(hal hazırda Tanzaniyanın bir hissəsi) arasında müharibə 1896-cı ildə başlamış və cəmi 38 dəqiqə davam etmişdir.Həmin gün admiral Rousonun komandalığı altında olan ingilis hərbi donanması yalançı-sultan Səid Xalidə ültümatum təqdim etdi.Ültümatum dənizdən qısa bombardmandam sonra qəbul olundu və bundan sonra müharibə başa çatdı.
— Dövrümüzün nəhəng vuruşması 1916-cı il martın 31-də baş vermiş Yutland döyüşüdür. Bu döyüşdə 151 Britaniya gəmisi 101 alman hərbi gəmisinə qarşı vuruşurdu.İngilislər orad 14 gəmi və 6097 adam itirmişlər.Almanların itkisi isə 11 gəmi və 2545 adam olmuşdur.
— Sovet İttifaqı dövründə dünyada ən çox sualtı qayıqlara malik olmuşdur-375.Onlardan 127-si atom sualtı qayıqlarıdır. ABŞ 80-cı illərin sonunda 92 atom sualtı qayığına malik idi.
— Ən çox Silahlı Qüvvələr SSRİ-yə məxsus olmuşdur.1989-cu ildə onun sayı 4.258.000 nəfər idi.Həmin dövrdə Çin ordusunun sayı 3.200.000, ABŞ ordusunun sayı 2.138.000, Böyük Britaniya ordusunun sayı 318.000 nəfər idi.
— Qadın-təyyarəçilər arasında vurulan təyyarələrin sayına görə rekord sovet təyyarəçisi Lidiya Litvaka məxsusdur. O,1941-43-cü illər ərzində 12 faşist təyyarəsi vurmuşdur. Lidiya Litvak 1 avqust 1943-cü ildə hava döyüşündə həlak olmuşdur.
— II Dünya Müharibəsində vurulan təyyarələrin sayına görə rekord(352 təyyarə)alman təyyarəçisi Erix Hartmana məxsusdur. Sovet ası İvan Kojedub-62,ingilis pilotu,kral HHQ-nin polkovniki Edqar Conson -38 təyyarə vurublar. Bir uçuş zamanı ən çox müvəffəqiyyət alman təyyarəçisi Erix Rudofferə məxsusdur. O,6 noyabr 1943-cü ildə 17 dəqiqəyə 13 rəqib təyyarəsi vurub.
— II Dünya müharibəsi zamanı alman donanmasının kapitan-leytenantı Lotar fon Arnold de la Peryer alman «U-35» və «U-139» sualtı qayıqlarına komandanlıq edərək 195 müttəfiq gəmilərini batırmışdır. O,bir yürüş zamanı 54 sualtı qayığı suyun dibinə oturtmuşdur.