Dronqo hiss olunmadan qonağına baxırdı.Yaxşı qulluq görmüş, saçları qəşəng yığılmış, səliqəli geyinmiş bu xanım əsla təslim olmaq fikrində deyildi.Belə bir qadın sonacan duruş gətirəcəkdi.Lakin onun təklif etdiyi avantürayla razılaşmaq əxlaqa zidd hərəkət deyildimi? Əgər onun əri doğrudan da, intihar edibsə, onda axtarışlar heç nə verməyəcək.Bütün faktlar isə məhz intiahara dəlalət edir.Belə çıxır ki, imtina etmək lazımdır.Son mərhəmətə belə yer qoymayıb imtina etmək.Lakin doğrudanmı, o, bunu etməyə qadirdir? Bəs onda sonralar bu qadının gəlişini necə xatırlayacaq?
-Gəlin belə edək, - deyə Dronqo təklif etdi, - mən sizinlə Riqaya gedim və nəyi isə aydınlaşdırmağa çalışım.Amma mən sizin ehtimalınızı təsdiq edən dəlillər tapmayınca, heç bir qonorardan söhbət belə gedə bilməz.Siz mənim yol pulumu və yaşayış xərclərimi ödəyərsiniz, qalan şeylər isə ancaq mənim təhqiqatı başa vurduğumdan sonra olacaq.
-Sag olun, - qadın həyəcanla dedi, - mən istənilən şərtlə razıyam.
-Onda danışdıq.Sabah bir yerdə Riqaya gedirik.Yaxud uçuruq?
-Sizə necə münasibdirsə.Mənim üçün fərqi yoxdur .
Qadın onun əlini sıxıb içəridən çıxdı.Edqar ehmalca Dronqonun çiyninə toxunub başı ilə işarə etdi.
-Mən yola salaram.
Veydemanis yarım saatdan sonra Dronqoya zəng etdi.
- Mən nə biləydim ki, bu işdə heç bir ümid yeri yoxdur, - deyə o, etiraf etdi. - Səncə, sən Riqaya getməlisən? Bəlkə mən ona izah etməyə çalışım ki, sən məşğulsan?
- Yox gedəcəyəm, - deyə Dronqo qətiyyətlə bildirdi. – Zaponka ilə bağlı şübhələnirdə o haqlıdır.Bir halda digərləri ilə uyuşmayan bircə fakt belə varsa, onda onu yoxlamağa dəyər.
- Sən bunu ona yazığın gəldiyinə görə edirsən, - Veydemanis gümanını bildirdi. – Mən ki səni tanıyıram, sən ona, sadece, yazığın gəlir.
- Elədir, - deyə Dronqo təsdiqlədi, - mənim ona çox yazığım gəlir.O, yaxşı bir şeyin baş verməyəcəyini bilə-bilə son qüvvəsini sərf edir.Dəhşətdir, o ki lap cavandır...Sən onun geyimini, özünü necə aparmasını, danışıq qabiliyyətini gördünmü? Əgər bizim hər birimiz ölümü belə cəsarət və ləyaqətlə qarşılasaydıq, onda həyat daha gözəl olardı.Mən Riqaya gedirəm, Edqar, güman edirəm ki, sən bunu hələ dünən, mənə zəng etdiyin vaxt bilirdin.
Veydemanis növbəti dəfə susdu.Onun susması həmişəkitək danışılan hər cür sözdən daha mənalı idi.
- Mən nə biləydim ki, bu işdə heç bir ümid yeri yoxdur, - deyə o, etiraf etdi. - Səncə, sən Riqaya getməlisən? Bəlkə mən ona izah etməyə çalışım ki, sən məşğulsan?
- Yox gedəcəyəm, - deyə Dronqo qətiyyətlə bildirdi. – Zaponka ilə bağlı şübhələnirdə o haqlıdır.Bir halda digərləri ilə uyuşmayan bircə fakt belə varsa, onda onu yoxlamağa dəyər.
- Sən bunu ona yazığın gəldiyinə görə edirsən, - Veydemanis gümanını bildirdi. – Mən ki səni tanıyıram, sən ona, sadece, yazığın gəlir.
- Elədir, - deyə Dronqo təsdiqlədi, - mənim ona çox yazığım gəlir.O, yaxşı bir şeyin baş verməyəcəyini bilə-bilə son qüvvəsini sərf edir.Dəhşətdir, o ki lap cavandır...Sən onun geyimini, özünü necə aparmasını, danışıq qabiliyyətini gördünmü? Əgər bizim hər birimiz ölümü belə cəsarət və ləyaqətlə qarşılasaydıq, onda həyat daha gözəl olardı.Mən Riqaya gedirəm, Edqar, güman edirəm ki, sən bunu hələ dünən, mənə zəng etdiyin vaxt bilirdin.
Veydemanis növbəti dəfə susdu.Onun susması həmişəkitək danışılan hər cür sözdən daha mənalı idi.
Onları Riqanın hava limanında Liliya Kraulinin bacısı oğlu qarşıladı.İyirmi beş yaşlı bu cavan oğlan onların dalinca köhnə “AUDİ”sində gəlmişdi.Görünür, bu onun öz pulu ilə aldığı ilk maşını idi və buna görə o, çox qürrələnir, Dronqoya onun yaxşı cəhətlərindən danışırdı.Amma xalasına nəzər salarkən cavan oğlanın gözləri qüssələnirdi.Onlar Dauqavanın o biri sahilinə keçdilər, burada yerləşən “Radisson” otelində Dronqo üçün təkadamlıq nömrə sifariş edilmişdi.Moskvadan gələn gecə reysi Riqaya xeyli gec çatdı və Dronqo yol yoldaşı ilə ertəsi günün səhəri görüşəcəyini bildirdi.Sonra isə pəncərələri çaydan əks tərəfə açılan otağa qalxdı.Çantasını yerə qoyanda nəsə bir uğultu eşitdi, səs deyəsən, aşağıdan gəlirdi.Deyəsən, aşağıda bu zəhlətökən uğultunu yaradan kondisoner-hava sistemi işləyirdi.O, üz-gözünü turşudaraq pəncərəni bağladı.Sonra aşağı düşüb qapıçının yanına getdi.
- Bağışlayın, - Dronqo rusca dedi, - mənə elə gəlir ki, nömrəm çox səs-küylüdür.Siz mənim nömrəmi dəyişə bilərdinizmi? Otağın nömrəsi beş yüz qırx altıdır.
- Bu dəqiqə baxaram, - xidmətçi cavab verdi.Kompüterdə kodu yığıb ekrana baxdı və təsdiq mənasında başını tərpətdi. – Buyurun, doqquz yüz iyirmi üçüncü otaq.Şeylərinizi bu saat ora apararlar.
Bir neçə dəqiqədən sonra Dronqo artıq başqa nömrədə idi.Otağın pəncərələri çaya baxırdı.Çayın o biri tərəfində qədim Riqanın işıqları sayrışırdı.Dronqo çarpayıda əyləşdi.Bir gör neçə illər idi ki, o, buralarda olmamışdı!Gəncliyində valideynləri ilə bura gəlməyi sevirdi.Yurmala və Sirqulda, ötüb-keçənlərdən qalan xatirələr!Pribaltika həmişə xarici ölkəni xatırladırdı, burada nəsə bir Avropa cizgiləri vardı və bu, ümumölkə birgə yaşayışının bir neçə onilliklərində belə yox olmamışdı.Onlar, adətən mərkəzi mehmanxana olan “Latviya”da qalırdılar, onun gözəlliyi pilləkənlərindən başlayırdı.O, gözlərini yumdu.Bu lap çoxdan olmuşdu!O vaxtdan artıq iyirmi beş il keçirdi.İlahi, doğrudandamı, bu qədər çox? O, buraya ilk dəfə anası ilə yetmiş doqquzuncu ildə gəlmişdi.O zaman onun yaşı iyirmiyə yaxın idi.Və o, anasını dilə tuturdu ki, onu Riqada tək qoyub getsin.Anası onu üç günlüyə qoyu getdi.Yad şəhərdə o tam tək idi.Ona elə gəlirdi ki, böyük oğlandır!Dronqonun ötən illərin həsrətindən az qala ürəyi partlayırdı, telefonu götürüb nömrə yığmağa başladı.Xeyli gözləməli oldu.
Nəhayət, tanış, doğma bir səs eşidildi.
- Ana, - deyə o pıçıldadı. – Bağışla ki, son iki gündə sənə zəng etməmişəm.Mən Riqadayam, elə indicə çatmışam.
- Biz elə sənin zəngini gözləyirdik, - anası cavab verdi. – Yeri gəlmişkən, bizdə artıq gecə saat üçdür, sənin zəngin atanla məni yaman qorxutdu.
- Bağışla, - Dronqo dedi, - sadəcə, səsini eşitmək istədim.Yetmiş doqquzuncu il məni Riqaya gətirməyin yadındadır? Burada tək qalmağıma mənə icazə verdin.Yadındadır?
- Əlbəttə, yadımdadır, - ananın yaşı artıq səksəni ötsə də, səsi elə əvvəlki kimi təravətli və gənc idi.O, hələ də tələbələrə dərs deyir, hətta öz məzunlarının hər birini üzdən və adıyla xatırlayırdı.
- Bir halda ki, Riqadasan, mənim tanışlarımın ailəsinə də baş çək, - deyə anası xahiş etdi, - o qadın sənin yadında olar.Suzanna Silvesterovna Yakovlevanı deyirəm.O, universitetin rektoru idi.Onların səksəninci ildə Bakıya bizə gəldikləri yadındadırmı? Onlar sənin xatirində olmalıdı.Onu üç nəvəsi də var idi.
- Hökmən zəng edərəm.Məndə onların telefonu var.
- O, yəqin, ölmüş olar, - deyə anası köks ötürdü. – Amma sən onun qızına və nəvələrinə baş çəkə bilərsən.Eşidirsənmi? Onlara mənim salamımı çatdır.
- Çatdıraram.Mən sənə sağ ol demək istəryirdim.
- Nəyə görə?
- Hər şeyə görə.Həm o zaman məni burada tək qoyduğuna görə, həm mənə inandığına görə.Ümumiyyətlə hər şeyə görə.
- Sən nə yaman ürəyiyuxa olmusan! – anası təəccübləndi.Amma səsindən , eşitdiyi sözlərin onun üçün çox xoş olduğu hiss olunurdu. – Özündən muğayət ol.Sən Cili və uşaqları bizə gətirsəydin, çox yaxşı olardı.Biz onlar üçün yaman qəribsəmişik.
- Gətirərəm, əlbəttə, gətirərəm.Atama salam söylə.Onun kefi-halı necədir?
- Lap yaxşıdır.Sən tez-tez zəng etsən, bizim əhvalımız daha yaxşı olar.
- Sağlıqla qalın, - deyə Dronqo gülümsündü və dəstəyi qoydu.İndi onun kefi xeyli durulmuşdu.
Səhər Liliya Kraulin taksi ilə onun yanına gəldi.Onun əynində qadını xeyli cavan göstərən nazik tünd-qırmızı vodalazka, dama-dama yubka və tünd rəngli gödəkçə var idi.Artıq səhər yeməyinə də macal tapan Dronqo otelin hollunda onu qarşıladı və əlini öpdü.Qadın kədərlə gülümsündü...
Müəllif: Çingiz Abdullayev
Bədii əsər: Unudulmuş Röya