Unudulmuş Röya - I Fəsil

Unudulmuş Röya - I Fəsil

Ertəsi gün günorta saat üçdə Dronqo Edqar Veydemanisi və onunla birlikdə gələn qadını öz mənzilində qəbul etdi.Görünüşü etiberı ilə qadına əllidən artıq yaş vermək olmazdı.Orta boylu olsa da, qəşəng, olduqca incə vücuduna ciddiyyət verən qara kostyumu ilə bir qədər hündür görünürdü, üzünün cizgiləri də son dərəcə zərif idi.Qadın quru nazik əllərini uzatdı.Onun uzun, aristokratik barmaqları və yalnız sağalmaz xəstələrə xas olan qəm-qüssə ifadəli dərin çuxura düşmüş gözləri var idi.Dronqo qonaqların əlini sıxaraq onları qonaq otağına dəvət etdi.
O, qadının içəri keçərkən bir qədər tərəddüdlə oturmaq üçün haranı-divanı, yoxsa kürsünü seçməsinə diqqət yetirdi.Bu, ev sahibinin özünəməxsus bir sinağı idi.Fərdiyyətçilər adətən, kürsünü üstün tuturlar, digərləri isə divanı seçirlər.Qadın divana nəzər salaraq keçib kürsüdə əyləşdi.Bu özünəməxsus sınaqdan xəbəri olan Edqar qımışdı və divanda əyləşdi.
-Bağışlayın ki, sizi şəxsi problemlərimlə məşğul olmağa vadar edirəm, -qonaq bir qədər həyəcanla, amma kübar xanımlara xas oln əda ilə sözə başladı.
-Mənə dedilər ki, siz mənimlə görüşmək istəmisiniz, -deyə onun davranışına diqqətlə göz qoyan Dronqo dilləndi.Qadın özünün təvazökarlığı və mədəniyyəti ilə onun rəğbətinə səbəb olmuşdu.
-Mənim adım Liliya Kraulindir, -qadın özünü təqdim etdi, -mən Riqadan gəlmişəm. -O, rus dilində xarakterik latış ləhcəsi olmadan danışırdı.Qadın qarşısındakı kiçik masanın üzərinə qoyulmuş butulkaya nəzər salaraq birdən xahiş etdi: -Sizdə su varmı? Adi, qazsız su.
-Əlbəttə. -Dronqo "Vittel" mineral su butulkasını açaraq stəkanı doldurdu və qonağa uzatdı.Edqara baxdı, amma o, başı ilə imtina elədi.
-Bağışlayın, -deyə qadın ikicə qurtum alaraq stəkanı masanın üstünə qoydu.
Dronqo səbrlə gözləyirdi.
-Mənim üçün bu haqda danışmaq çətindir, -qadın birdən etiraf etdi. -İş burasındadır ki, doxsan üçüncü ildə mənim ərim Armand Kraulin həlak olub.Bu, on bir il əvvəl baş verib.O, zaman mənim otuz doqquz yaşım var idi. -O, saçını düzəldərək sözünə davam etdi: -Onun qırx dörd yaşı var idi, o, təkcə Riqada deyil, həm də keçmiş sovet birliyində tanınmış adam idi.O, gəncliyində Latviya komsomolunun MK katibi işləmişdi, sonra biz o zamanlarda deyidiyi kimi, işləmək üçün Avropaya getdik.Doxsan birinci ildə geri qayıtdıq.Armand bizneslə məşğul olmağa başladı və kifayət qədər uğur da qazandı.Amma sonradan problemlər başladı.Doxsan üçüncü ilin sonunda onu itirdik...Biz demək olar ki, iyirmi il bir yerdə yaşamışdıq. -Qonaq stəkana nəzər salsa da, ona toxunmadı.
Dronqo səbrlə gözləyirdi.
-O, özünü asdı, -deyə Liliya Kraulin bildirdi və bu zaman dili bir qədər topuq çaldı.Onun həyəcanı göz qabağında idi. -Armandı onu atasının evində tapdılar - onların əvvəlki mənzilində.Polis və prokurorluq bunun intihar olması qənaətinə gəldilər.Onun əzik halda olan məktubunu tapdılar.Mənzilində heç kim olmayıb, qapı-pəncərə içəridən bağlanmışdı.Qapını bayırdan ehtiyat açar ilə açıblar.Bunu növbətçi konsyerj və həmin an ərimin yanına gələn firmanın qadın əməkdaşı etmişdi.Armandı tapan da onlar olmuşdular.Mən hesab edirdim ki, dəli olacağam, heç kimə inanmaq istəmirdim, düz iki ay xəstəxanada yatdım, -qadın yenə də stəkanı götürdü və iki qurtum aldı. -Hamı elə hesab edirdi ki bu özünəqəsddir.Bunu elə onun məktubu da, içəridən qıfıllı olan qapı-pəncərə də, aşağıda oturan konsyerj də təsdiq edirdilər.Mən buna inanmırdım, şikayət edirdim, polisə yazırdım ki, bu belə ola bilməz.Hamı - həkimlər, müstəntiqlər, prokurorlar, polislər, hətta mənim qohum-əqrabam da məni buna inandırmağa çalışırdılar.Mən isə bunu qəbul etmək istəmirdim.Mən Armanda bələd idim, o, güclü, mərd, cəsur adam idi.O, belə bir fikrə düşə bilməzdi.Bir dəfə onunla intihar mövzusunda söhbətimiz olmuşdu və onda o, bildirmişdi ki, bu qorxaqlığın təzahürüdür.Buna görə mən özünəqəsdə inanmırdım və bütün bu illəri də inanmamışam.
-Sualıma görə üzr istəyirəm.Yarılma olmuşdu?
-Əlbəttə, olmuşdu.Həm də təkcə yarılma yox.Dörd ildən sonra mən cəsədin ekshumansiya edilməsini təklif etdim.Bu elə dəhşətli idi ki...Mənə izah elədilər ki, mənim şəxsən gəlməyim və iştirak etməyim zəruridir.Mən bu dəhşətdən indiyənəcən qurtula bilmirəm.Elə qəbirstanlıqdaca hüşumu itirdim.Lakin təkrar ekspertiza bir nəticə vermədi.Ancaq özünəqəsd barədəki əvvəlki fərziyyə təsdiqləndi.
Edqarın ovqatı təlx idi.Dronqo isə qarşısındakı qadının əsl faciə yaşadığını fikirləşirdi.
-O vaxtdan neçə illər keçmişdir, -Liliya qayğılı-qayğılı dilləndi, -amma hərdən mənə elə gəlir ki, o vaxtdan bəri mən düz-əməlli yaşamamışam da.Ərimdən qalan yalnız xatirələrdir.Ancaq indi anlayıram ki, biz çox xoşbəxt imişik.Düşünürəm ki, bu təkcə mənim yox onun da həyatının ən yaxşı illəri olubmuş.Və gözlənilmədən hər şey elə qəflətən bitdi ki.İndi isə mən birgə həyatımızı çoxdan unudulmuş röya kimi xatırlayıram...
Qadın çantasını açdı, içərisinə baxdı və sanki ona gərək olan nəyisə götürməkdən vaz keçərək yenidən bağladı.
-Bağışlayın, -qonaq birdən qətiyyətsizliklə dilləndi, -siqaretiniz olmaz ki?
-Mən çəkən deyiləm, -Dronqo cavab verdi, -gərək bağışlayasınız.
Qadın Edqara baxdı, o da başını buladı.Yəqin, Liliya siqaret axtarırdı, çantasında tapmadı.
-Bağışlayın, -dedi, -həkimlər siqareti mənə qadağan ediblər, onların fikrincə, bu mənim ömrümü qısalda bilər, -Liliya birdən qüssə ilə gülümsündü və əlavə etdi: -Sizə yəqin deyilmiş olar ki, mən niyə belə tələsirəm?
Mənim cəmi iki-üç aylıq ömrüm qalıb.Mütəxəssislər belə söyləyirlər.Məni təəccübləndirən odur ki, bu niyə belə gec olur? Bütün bu illəri mən ölməyi arzu edirdim.Qətiyyəti çatmadı ki, özümə kömək edim...Armandın sözləri yadıma düşdü.Yaşamağı daha çox arzuladığım bir halda isə aydın olur ki, mənim dualarım həyata keçmişdir.Yoxsa bu bir şeytan zarafatıdır?
-İstətirsinizsə, mən sürücümə zəng edim, o sizə siqaret gətirsin, -deyə Dronqo təklif etdi.
-Lazım deyil.Bir halda ki, siz çəkən deyilsiniz, də burada tüstülətməyimə dəyməz. -Qadın onun gözlərinə baxdı. -Bilmək istəyirsinizsə, mən sizin yanınıza mütləq ədalət ümidi ilə gəlmişəm.Heç bilmirəm, görəsən, o biri dünyada Armandla görüşəcəyəmmi? Amma hər halda, mən ədalət istəyirəm.Ərimin qatilini tapmaq mənim üçün vacibdir.
-Onun ölümü ilə bağlı sizdə yeni məlumatlar varmı? -deyə Dronqo soruşdu.
-Hə,-deyə qadın çantasını bərk-bərk sıxaraq başını tərpətdi.Liliyanın həyəcanının getdikcə artdığı hiss olnurdu. -İş burasındadır ki, Armandı çıxışı həyətə olan otaqda tapmışdılar.Polis pəncərələrin üçünü də yoxladı, bütün pəncərələr içəridən bağlanmışdı.Bunun özü də şübhəli idi, çünki orada rəndsazlar işləmişdilər və gərək onlar pəncərələri açıq qoyaydılar ki, otağın havası dəyişilsin.İndi də bu malikanədə yenidən qurma işləri aparılır və gözlənilmədən pəncərə altlığının altından bax bunu tapıblar. -Qadın çantasını açdı, oradan kiçik bir şeyi çıxardaraq onu Dronqoya uzatdı.Dronqo da əlini uzatdı və naməlum bir cisim onun ovcuna düşdü.Bu, bir qədər iri, qızıl çənbərli qara zaponka idi.Onu tayı yox idi, bircə dənə idi.
-Armandın meyiti tapılanda əynində köynək var idi, bir zaponkası ilə... -deyə Liliya izahat verdi, -ikincisi tapılmadı, otağı, hətta mənzili ələk vələk elədilər.O zaman buna əhəmiyyət verən olmadı, amma ikinci zaponkanın tapılmaması mənim yadımdan çıxmadı.İndi isə budur, onu pəncərə altlığının arxasından, divardakı oyuqdan tapıblar.Bu əşya orada on bir il qalıb və pəncərəni dəyişən zaman onu taparaq mənə gətiriblər.
Dronqo zaponkanı nəzərdən keçirib onu qonağa qaytardı.

Müəllif: Çingiz Abdullayev


Bədii əsər: Unudulmuş Röya
Top