Mən də müdirimlə onun bu hərəkətinə gülürdük. Çünki mağazadakı ən bahalı basketbol topunu almaq istəyirdi. Ancaq bütün bunlara baxmayaraq, deyəsən, o bu qərarında çox ciddi idi… Bu hadisə demək olar ki, bir neçə ay davam etdi. Hər dəfə də uşaq mağazaya gəlir və basketbol topunun satılmadığını görəndə sevinirdi. Bundan sonra isə onun topu əlinə götürmək, orabura çevirmək və sonra da diqqətlə yerinə qoymaq vaxtı idi...
Nəhayət, bir gün uşaq mağazaya bir ayaqqabı qutusu ilə gəldi. Üzündə böyük bir təbəssüm basketbol topunu almaq istədiyini bildirdi. Müdirim topu yerindən götürdü və asta addımlarla kassaya doğru apardı. Uşaq o vaxt ayaqqabı qutusundakı xırda pullarını sayırdı. Uşağın cəmi 9 dollar 99 sent pulu var idi (Görünür, uşaq, topun üzərindəki “7” rəqəmini “1” rəqəmi kimi oxumuşdu). Müdirim mənə baxıb gülümsədikdən sonra uşağın pullarını diqqətlə saydı və ona: — Düzdür! Tam 9 dollar 99 sentdir, — dedi. Sonra da topu bir torbaya qoyub uşağa uzatdı. Uşaq mağazadan çıxandan sonra müdirimdən niyə belə etdiyini soruşdum. O isə mənə: — Oğlum, mən bu 60 dolları bəlkə başqa bir yerdən ala bilərəm, ancaq bu uşağın sevincini heç bir yerdən ala bilmərəm, — deyə cavab verdi.