Sakit okean dünyanın ən böyük və ən qədim okeanı olub, dünyanın 1/3-ni, dünya okeanının ½ hissəsini əhatə edir. Sahəsi 178 mln. km
2 olub, 5 materik ilə ( Afrikadan başqa) həmsərhəddir. Sakit okean dünyada yeganə ərazidir ki, o, yalnız bir okean tipli tavadan təşkil olunub. Ekvatorial və tropik qurşaqlarda okeanın daha geniş sahəyə malik olmasından o, dünyanın ən isti okeanıdır. O, Magellan və Dreyk boğazı vasitəsi ilə Atlantik okeanı ilə, Berinq boğazı vasitəsi ilə Şimal Buzlu okeanı ilə, Malakka və Zond boğazları vasitəsilə Hind okeanı ilə əlaqəlidir. Okeanın qərbi — Avrasiya sahilləri, dünyanın Ən girintili-çıxıntılı sahələrindəndir.
Gəmiçiliyin inkişafına görə Sakit okean Atlantik okeanından sonra dünyada 2-ci yeri tutur.
Dənizləri – Tasman, Cənubi və Şərqi Çin, Yapon, Sarı, Oxot, Berinq, Sulu, Sulavesi, Mərcan, Filippin, Fici.
Yarımadaları – Kamçatka, Koreya, Hind-Çin, Malakka, Kaliforniya, Keyp-York, Alyaska
Adaları – okean tropik enliklər arasında geniş ərazi tutduğundan, mərcan mənşəli adalar çoxdur. Okeanda 10 minə yaxın ada var. Ən böyükləri – Yeni Qvineya, Kalimantan, Yapon, Saxalin, Aleut, Yeni Zelandiya, Filippin, Havay.
Tədqiqi. Ilk dəfə Magellan burada olmuş və bu adı vermişdir. Daha sonralar C. Kuk, Belinshauzen, Lazerev burada olub. Okeanın öyrənilməsində «Çelencers» və «Vityaz» rolu böyük olub.
Relyefi. Dünyanın Ən dərin okeanı olub, Ən dərin yeri Marian çökəkliyində -11022m-dir. Sakit okean Bütövlükdə bir litosfer tavası üzərindədir. Bu tavanın kənarlarında tez-tez vulkan və zəlzələlər baş verir. Tavanın kənarında dərin çökəkliklər, dağ silsilələri, ada qövsləri yerləşir. Okeanın qərbində Sakit okean «odlu həlqəsi» yerləşir. Okeanda Şərqi və Cənubi Sakit okean sualtı silsilələri var.
Iqlimi. Sakit okean qütb qurşağından başqa bütün iqlim qurşaqlarında yerləşib. Okeanın mərkəzində passat, qərbində ( burada tez-tez güclü qasırğalar olur), musson və tayfun küləkləri hakimdir. Soyuq Şimal Buzlu okeanından quru sahələri və sualtı dağ silsilələri ilə qorunduğundan okeanın şimal hissəsi, cənubundan xeyli istidir. Okeanda yağıntı buxarlanmadan çox olduğundan duzluluğu xeyli azdır.
Cərəyanları. Sakit okean qərbdən şərqə doğru çox uzandığı üçün bu okeanda suyun en axınları üstündür. Okeanın Şimal və cənub hissələrində cərəyanlar halqavari hərəkət edir.
Şimal yarımkürəsində cərəyanlar saat əqrəbi istiqamətində hərəkət edərək aşağıdakı həlqəni yaradır: Şimali Passat → Kurosio → Şimali Sakit okean → ( və ya Alyaska)→ Kaliforniya.
Cənub yarımkürəsində cərəyanlar isə saat əqrəbinin əksinə doğru dairəvi hərəkət edirlər: Cənubi Passat → Şərqi Avstraliya → Qərb küləkləri → Çili → Peru.
Sakit okean tavasının materik tipli tavalarla toqquşması nəticəsində hazırda Sakit okeanın tədricən qapanması prosesi gedir.