Dada İdi Amin — 1971-1979-cu illərdə Uqandanın prezidenti olmuş, Afrikada ən totalitar və qəddar rejimlərdən birinin əsasını qoymuşdu. O, XX əsrin ən qorunxc və qəddar siyasətçilərindən hesab edilir. Onu məşhurlaşdıran təkcə öz xalqına qarşı etdiyi vəhşiliklər deyildi. Müxtəlif “oyunlar” və qəribə bəyanatlar İdu Amin siyasətinin ayrılmaz hissəsi idi.
İdi Aminə müraciəti mütləq bu cür etmək lazım idi: “Zati-ailələri, ömürlük prezident, feldmarşal Əl-Həci Doktor İdi Amin, yerdəki bütün heyvanların və sudakı bütün balıqların hökmdarı, Britaniya İmperiyasının ümumi olaraq Afrikada, xüsusilədə Uqandada fatehi, “Viktoriya xaçı”, “Hərbi xaç”, “Döyüş fəaliyyətinə görə” ordenlərinin sahibi”. Müraciəti tam şəkildə düzgün edə bilməyən ölümə məhkum idi.
Onun hakimiyyəti dövründə 300-500 min arası insan qətlə yetirilmişdi. Deyilənlərə görə, 2 minə yaxın insanı İdi Amin şəxsən o dünyaya göndərmişdi.
Vətəndaş müharibəsi zamanı İdi Amin özü-özünü general elan edir. O, öz əsgərlərinə “dəyərli” məsləhətlər verirdi, məsələn, əgər acsansa və yeməyə heç bir şey yoxdursa, öz silahdaşını yeyə bilərsən.
2 fevral 1971ci ildə İdi Amin özünü ali baş komandan və prezident elan edir. Bu münasibətlə ziyafət təşkil edən diktator, xarici səfirlərə qarşılayaraq onlara bu gün menyuda insan ətinin olmayacağını söz vermişdi.
Amin “vətən xainləri” ilə çox sərt davranırdı. İlk qurbanların siyahısına dövlət çevrilişi zamanı ona qarşı çıxan 70 zabit daxil idi. Zabitlərdən birinin başını İdi Amin soyuducuda mükafat şəklində saxlayırdı.
Edamlar o qədər adi hal alır və qurbanlar o qədər çoxalırdı ki, qəbir qazmağa sadəcə vaxt çatmırdı, ona görə də meyitləri birdəfəlik Nil çayına atırdılar. Orada isə meyitlər timsahlara yem olurdu. Qeyd etmək lazımdı ki, bir müddətdən sonra timsahlar o qədər insan ətini yemişdilər ki, artıq onu həzm edə bilmirdilər. Buna görə də meyitlər su borularının içinə atılırdı, və xalq cəsədlərdən zəhərlənmiş suyu içməli olurdu.
İdi Amin tərəfindən keçirilən iqtisadi siyasət, elə də güclü iqtisadiyyata malik olmayan Uqandanı bir az da çökdürdü. Ölkə xəzinəsini pulla doldurmaq üçün Amin “çıxış yolu”nu tapdı. Belə ki, dövlət araşdırmaları bürosu yoldan keçən istənilən şəxsi həbs edib, öldürmək hüququna malik idilər. Öldürdükdən sonra isə onlar onun ailəsindən meyiti qaytarmaq üçün pul tələb edirdilər. Uqandada- qədim adətlərin kök saldığı yerlərdə dəfnetmə ritualı çox vacib hesab edilir, ona görə də ailələr bu pulu vermək məcburiyyətində olurdular.
1972ci ilin avqustunda Amin bildirdi ki, gecə onun yuxusuna girən Allah ona Cənubi Asiyadan gələn və Uqandada ticarətlə məşğul olan qəsbkarları ölkədən qovsun. Məhz o insanları Amin ölkənin bütün iqtisadi çətinliklərində günahlandırdı.
İngiltərə bu addıma görə zərərçəkən inglis kompaniyalara dəymiş ziyan üçün təzminatı tələb edəndə isə İdi Amin bildirdi ki, əgər şahzadə və baş nazir İdi Aminin prezident sarayına şəxsən təşrif buyurarlarsa onda bu təklifi gözdən keçirəcək. Həmçinin, o II Yelizavetaya Millətlər Birliyinin başçısı səlahiyyətlərinin verilməsini təklif etmişdi.
İdi Amin medal və ordenləri çox sevirdi. O, hətta öz geyiminin uzunluğunu bütün mükafatların yerləşməsi üçün artırmışdı. O, müxtəlif kolleksionerlərdən müxtəlif dövrün ordenlərini alaraq öz əyninə taxırdı.
1974cü ildə Amin BMT-nin baş qərargahını Uqandaya köçürmək təklifi ilə çıxış etmişdi. Onun sözlərinə görə məhz Uqanda Yer kürəsinin coğrafi ürəyidir.
O, Adolf Hitleri öz kumiri kimi görürdü. Hətta, Hitlerə heykəl qoymaq istəsə də, SSRİ ilə yaxşı münasibətlər buna mane oldu.
Bir dəfə o ABŞ-a müharibə etmiş, növbəti gün isə özünü qalib elan etmişdi.