Beynəlxalq hüquqda tanıma

Beynəlxalq hüquqda tanıma

Tanıma bir dövlətin, başqa bir dövlətə beynəlxalq hüququn subyekti kimi nəzərdən keçirilməsini və onunla rəsmi münasibətlər qurmağa hazır olmasını bəyan edən birtərəfil aktdır. Tanınma, habelə bir dövlətin başqa bir dövlətədə və yaxud onun ərazisinin bir hissəsində qeyri-kostitusion yolla bərqərar olmuş, səmərəli idarəçilik həyata keçirən, müvafiq ərazidə situasiyaya tam nəzarət edən hakimiyyəti həmin dövlətin (və ya müvafiq ərazinin əhalisinin) beynəlxalq münasibətlərdə nümayəndəsi kimi qəbul etməsinə də deyilir.
Əslinə qaldıqda, tanıma bilavəsitə beynəlxalq-hüquqi məsələ deyil, çünki bir dövlətin başqa dövləti tanımaq vəzifəsi və ya, müvafiq olaraq, ikinci dövlətin tnınmaq hüququ yoxdur. Başqa sözlə, tanıma dövlətin tam öz ixtiyarındadır və onu heç kim məcbur edə bilməz ki, yeni yaranməş dövləti və ya hökuməti tanısın. Bir dövlət başqa bir dövləti (və ya hökuməti) tanıyarkən öz siyasi və iqtisadi maraqlarını əldə rəhbər tutur. Məsələn, Mərakeş Sahara Ərəb Demokratik Respublikasını (Qərbi Saharanı) tanımır, çünki ona qarşı ərazi iddiaları vardır (baxmayaraq ki, Qərbi Sahara Afrika Birliyi Təşkilatının üzvüdür).
Dövlətin və ya hökumətin tanınması mühüm beynəlxalq-hüquqi nəticələr doğurur. Tanıyan və tanının dövlət (hökumət) üçün normal ikitərəfli münasibətlər qurmaq, o cümlədən diplomatik nümayəndəliklər təsis etmək və müqavilələr bağlamaq üçün zəruri şərtdir.
Tanıma birbaşa və ya dolayı yolla ifadə oluna bilər. Bir dövlətin tanımadığı dövlətlə beynəlxalq konfransda iştirak etməsi dolayı tanıma hesab edilməməlidir. Lakin dövlətin hər haısı bir yeni dövlətin BMT-yə qəbul olunmasının lehinə səs verməsi dolayı tanıma sayıla bilər.

Tanıma nəzəriyyələri

Tanımanın yeni dövlət üçün hansı əhəmiyyət daşıması ilə bağlı iki bir-birinə mövcud nəzəriyyə mövcuddur: kostitutiv nəzəriyyə və deklarativ nəzəriyyə.
Konstitutiv nəzəriyyə (“təsis etmək”, “yaratmaq” sözündəndir) görə, dövlət yalnız tanındıqdan sonra beynəlxalq hüququn subyektinə çevrilir. Tanıma dövlətçiliyin, beynəlxalq-hüquqi subyektliyin ilkin zəruri şərtidir. Məsələn, əgər İsrail dövlət kimi tanınmayıbsa, deməli o, dövlət deyildir. Beləliklə, tanıma dövləti və ya hökuməti “yaradır”. Kostitutiv nəzəriyyənin bir sıra mühüm qüsurları vardır. Belə çıxır ki, yeni qurumlar  beynəlxalq-hüquqi subyektliyi üçüncü tərəflərin subyektiv mövqeyindən asılıdır. Beynəlxalq-hüquqi subyektlik obyektiv fakt olmalıdır və onun mövcudluğunu yalnız beynəlxalq hüquq normalarını tətbiq etməklə ortaya çıxmaq olar. İkinci bir tərəfdən, sözü gedən nəzəriyyədən aydın deyildir ki, hər hansı bir dövlətin beynəlxalq hüququn subyekti sayılması üçün nə qədər dövlət onu tanımalıdır: bir dövlət, yoxsa “aparıcı” dövlətlər, yaxud dünyanın bütün ölkələri.
Deklarativ nəzəriyyə (“bəyan etmək” sözündəndir) əksinə hesab edir ki, tanıma obyektiv fakt kimi artıq mövcud olan beynəlxalq-hüquqi subyektliyi yalnız bəyan edir. Yeni yaranmış dövlətin beynəlxalq hüququn subyekti olması onun başqa dövlətlər tərəfindən tanınmasından qətiyyən asılı deyildir. Deklarativ nəzəriyyə beynəlxalq praktikaya uyğun gəlir. Bu nəzəriyyə Avropa İttifaqının Yuqoslaviya üzrə Arbitraj Komissiyasının qərarında (1993-cü il) əsas görülmüşdür. Beləliklə, əgər hər hansı bir qurum dövlətçiliyin yuxaıda şərh etdiyimiz meyarlarına cavab verirsə, onda o, tanınmadan asılı olmayaraq dövlət olacaqdır.

Tanımanın forma və növləri

Tanımanın iki forması mövcuddur: de-fakto (de facto) və de-yure (de yure). Dövlət yeni dövləti (hökuməti) o zaman de-fakto tanıyır ki, onun sabitliyinə və uzun müddət qalacağına tam əmin deyildir. Məsələn, Azərbaycan 1921-ci ildə Böyük Britaniya tərəfindən de-fakto tanınmışdı. De-fakto tanıma zamanı müvafiq dövlətlər arasında, adətən, yalnız konsulluq münasibətləri qurulur. De-yure tanıma tam, tamımadır. Bu halda tanıyan dövlət tanımanın obyekti ilə diplomatik münasibətlər qurmağa hazır olduğunu bəyan edir; istənilən halda, diplomatik münasibətlərin qurulması de-yur tanıma hesab olunur. Beləliklə, tanımanın iki forması arasında fərq onların doğurduğu hüquqi nəticələrin həcmindədir.
Praktikada elə hallara rast gəlinir ki, iki bir-birini tamamlayan dövlət konkiret məsələlərin həlli üçün rəsmi əlaqəyə girməyə məcbur olurlar. Bu faktik, qeyri-rəsmi tanıma ad hoc tanıma (yəni bu hal üçün, bir dəfə üçün) adlanır.
Tanınmanın destinatorundan (obyektivindən) asılı olaraq, onun aşağıdakı növlərini ayırırlar: dövlətin tanınması; hökumətin tanınması; milli-azadlıq hərəkatının tanınması; vuruşan tərəfin tanınması, mühacirətdə olan hökumətin tanınması.

Top