Beynəlxalq hüququn əsas prinsipləri

Beynəlxalq hüququn əsas prinsipləri

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.

Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində nəzərdən keçirilməlidir. Bəyannamədə beynəlxalq hüququn heç də bütün prinsipləri deyil, cəmi yeddi prinsipi əks olunmuşdur:
1) güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi;
2) beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi;
3) dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi;
4) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq bir-biri ilə əməkdaşlıq etmək prinsipi;
5) xalqların hüquq bərabərliyi və özünümüəyyənetmə prinsipi;
6) dövlətlərin suveren bərabərliyi prinsipi;
7) dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi prinsipi.
Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun aktında isə on prinsip göstərilmişdir; yuxarıda sadalanmış prinsiplərə burada daha üçü əlavə olunmuşdur:
1) sərhədlərin toxunulmamazlığı prinsipi;
2) dövlətlərin ərazi bütövlüyü prinsipi;
3) əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi.
Qeyd etmək lazımdır ki, Helsinki Yekun aktı özü-özlüyündə beynəlxalq müqavilə
deyildir və regional xarakterli bir sənəddir. Lakin onun təsbit etdiyi prinsiplər, o cümlədən bu üç prinsip onun qəbul olunmasına qədər artıq ümumi beynəlxalq adət hüququnun bir hissəsi idi və bütün dövlətlər tərəfindən tanınmışdı. Yəni Helsinki Yekun aktı, sadəcə olaraq, müasir beynəlxalq hüququn hamılıqıa qəbul edilmiş on əsas prinsipini bəyan etmişdir.
Yadda saxlamaq lazımdır ki, hər bir prinsip özü bir hüquqi normadır və deməli, özündə konkret normativ məzmun, yəni müəyyən beynəlxalq hüquqlar və müvafiq öhdəliklər ehtiva edir. Aşağıda əsas diqqət məhz bu məqama yetirilmişdir.

Dövlətlərin suveren bərabərliyi prinsipi

Bu prinsip öz birbaşa ifadəsini BMT nin Nizamnaməsini 2-ci maddəsinin 1-ci bəndində tapmışdır:  “Təşkilat onun bütün Üzvlərinin suveren bərabərliyi prinsipinə əsaslanır”.
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir.
1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və ikdisadi sistemini sərbəst və manesiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.
2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və hərbi-siyasi potensiallından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq təşkilatlarda, bir qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.
Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin həllində bərabər iştirakını təmin etməyə yönəlmişdir.

Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi

Bu prinsip dövlətlərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu tamamlayır. Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.
BMT Nizamnaməsinin 2-cı maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hası bir dövlətin əsas etibarilə daxili yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”.
Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər Təşkilatının üzərinə qoyulmuşdur. Lakin məntiqi təfsir belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətləin daxili işinə qarışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o cümlədən Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyin, onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT-nin 1965-ci il Bəyannaməsində,yuxarıda adı çəkilmiş 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır.
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici səfirliyin binasına basqın edilməsi, — heç də onun daxili işi sayılmır. Digər tərəfdən, ilk baxışdan, “beynəlxalq” sayılan hər hansı məsələ,- misal üçün, dövlətin başqa bir dövlət ilə üçüncü tərəfin hüquq və mənafelərinə toxunmayan müqavilə bağlaması, — həmin dövlətlərin daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər hansı məsələ üzrə dövlət öz üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu, artıq onun daxili məsələsi sayıla bilməz. Daimi Beynəlxalq ədalət məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki, “dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin sirf daxili işi olan insan hüquqlarının milli qanunvericilikdə təsbiti və qorunması məsələsi bu gün prinsip etibarilə beynəlxalq məsələyə çevrilmişdir. Nəhayət, burada bir məqamı da vurğulamaq lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya situasiya beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və BMT Təhlükəsizlik Şurası bu hallarda BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq məcburiyyət tədbirləri tətbiq edə bilər; təbii ki, həmin kollektiv sanksiyalar qətiyyən dövlətin daxili işlərinə qarışmaq deyildir.
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir:
1) dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı müdaxilə və digər müdaxilə formaları qadağandır;
2) heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi, siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz;
3) başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir;
4) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır;
5) hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.

Güc tətbiq etməmək və ya güclə hədələməmək prinipi

Müasir beynəlxalq hüquq üçün müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci il Bəyannaməsini xüsusilə qeyd etmək lazımdır.
“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də bu termin vasitəsilə əhatə olunmasını nəzərdə tutan fikirləri birmənalı qəbul etmək olmaz və demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir.
BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı “bəraətverici” məqsədlə, məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada güc tətbiq olunması (buna “humanitar müdaxilə” deyilir) beynəlxalq hüquqa, daha doğrusu, sözü gedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən haqq qazandırmaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda yolverilməzliyini təsdiq edir.
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:

  • digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq etmək və ya güc tətbiqi ilə hədələmək;
  • silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri; burada,qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin limanlarını blokadaya almasını (buna “dinc blokada”deyilir) göstərmək olar.
  • qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək verilməsi;
  • digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi;
  • digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi;
  • güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ keçirilməsi;
  • xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum edən zorakı hərəkətlərin törədilməsi.
    Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki, qarışdırmaq olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında (14 dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır.
  • bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya basqın etməsi, yaxud hər hansı işğal;
  • bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;
  • bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini blokadaya alması;
  • bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava qüvvələrinə, yaxud dəniz və  hava donanmasına basqın etmısi;
  • bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər hansı formada davam etməsi;
  • dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi;
  • bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı hərbi əməliyyatlar həyata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya muzdluların göndərilməsi.
    Qeyd etmək lazımdır ki, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının bu preroqativi, habelə “Təcavüzün tərifi haqqında” qətnamədə və Beynəlxalq cinayə məhkəməsinin Nizamnaməsində ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siysi mülahizələr ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqin faktları da daxil olmaqla, Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almışdır. Buna ən bariz misal kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar təcavüz aktları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal olunmuşdur. Təəssüflər olsun ki, konfiliktlə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar dövlət elan olunması barəsində heç nə deyilmir.
    Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki müstəsna halmövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol verilir:
  • Özünümüdafiə.Dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə fərdi qaydada və ya başqa dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər. BMT Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamənin heç bir müddəası, əgər Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.
  • Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik Şurasının qərarına əsasən.
    BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası “...hava, dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”.

Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi

BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndinə görə, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və ədalət təhlükəyə məruz qalmasın”.
Əsas bir cəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi yuxarıda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx surətdə bağlılıq və onun məzmununu tamamlayır. Doğrudur, sözü gedən prinsip ümumi beynəlxalq hüquq norması kimi bir qədər əvvəl- hələ ikinci dünya müharibəsindən qabaq formalaşmışdır. Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haqa Konvensiyasında (1-ci və 2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və 17-maddələr) məhdud çərçivədə təsbit olunmuş bu prinsip bu günkü anlamda, yəni heç bir qeyri-şərtsiz və imperativ formada ilk dəfə olaraq 1928-ci il Brain-Kelloq Paktında öz əksini tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz aralarında ortaya çıxan bütün mübahisə və ya münaqişələri, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər. Sonralar BMT Nizamnaməsində təsbit olunmuş bu mühüm norma, həmçinin əsas regional təşkilatların nizamnamələrində də birbaşa əks olunmuşdur.
Prinsipin normativ məzmununa keçməzdan qabaq “beynəlxalq mübahisə” anlayışını açıqlamağa ehtiyac vardır.
Heç bir müvafiq beynəlxalq sazişdə, o cümlədən BMT Nizamnaməsində beynəlxalq mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə iki dəfə bu məsələ ilə qarşılaşmışdır. Daimi Beynəlxalq ədalət məhkəməsi  Mavromatis işində (1924-cü il) qeyd edilmişdi ki, “mübahisə- iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidir”. Oxşar tərif Cənub-qərbi Afrika işində (ilkin etirazlar mərhələsi, 1962-ci il) də verilmişdir. Sadəcə belə demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə qarşı iddia irəli sürür, o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək olar:
1) iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması;
2) mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması;
3)mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması;
4) tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi;
5)mübahisənin taranması anının müəyyən edilməsi.
Mübahisə “situasiya” dan fərqləndirilməlidir. Doğrudur, çox zaman bu iki termin
bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habelə Beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyaların qarşısının alınması və aradan qaldırlmasıBMT-nin bu sahədə rolu haqqında Bəyannaməni göstərmək olar. Situasiyadövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır, lakin bu zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəflər olmur, yəni qarşılıqlı iddialar yoxdur. Belə demək olar ki, hər bir mübahısə situasiyadır, lakin heç də hər bir situasiya mübahisə deyildir. Mübahisə və situasiyanın fərqləndirilməsi nəzəri məsələ deyildir; bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-ci maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü qərar qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müdda situasiyalara şamil olunmur. BMT Nizamnaməsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası həmin mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya metodları tövsiyə edə bilər. 37-ci və 38-ci maddələrə görə isə, Təhlükəsizlik Şurası tərəflərə situasiyanın yox, mübahisənin həlli şərtlərini töfsiyə edə bilər. Nəhayət, BMT Beynəlxalq Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər.
Lakin istənilən halda, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi həm beynəlxalq mübahisəlrə, həm də beynəlxalq situasiyalara şamil olunur.
Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin aşağıdakı hüquq və öhdəliklərində öz ifadəsini tapır:

  • Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı olmayaraq, yalnız yə yalnız dinc vasitələrlə həll etməlidirlər. Lakin prinsipin məzmunundan belə alınmır ki, dövlətlər öz beynəlxalq mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq hüquqda dövlətlərdən bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn tələb etdiyi budur ki, əgər dövlət öz mübahisəsini nizamlamaq qərarına gəlibsə, bunu yalnız dinc yolla etməlidir.
  • Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hanı birini seçmək hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər hansı nizamlama vasitəsinə razılaşa bilərlər. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyasında mübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur ki, bunlardan hər birini hər hansı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən yazılı bəyanat vasitəsilə seçə bilər: 1) Dəniz hüququ üzrə Beynəlxalq tribunal; 2) BMT-nin Beynəlxalq məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4) Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj.
  • Dövlətlər arasında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisələrə aid deyildir.
  • Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən, habelə mübahisənin tərəflərindən birinin vəziyyətini pisləşdirə bilən hərəkətlər qadağan olunur.
  • Dövlətlər öz mübahisələrini beynəxalq hüquq və ədalət əsaında həll etməlidirlər.

Sərhədlərin pozulmazlığı prinsipi

Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi və ya suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır. Helsinki Yekun Aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı prinsipi digər regionlarda  — afrika və Cənubi Amerikada  da imperativ norma kimi tanınmişdır. Dövlətin razılığı olmadan onun sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsələ ifadə oluna bilər.
Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:

  • mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş sayılır;
  • dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;
  • dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina etməlidir.

Ərazi bütövlüyü prinsipi

Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit olunmuşdur. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir- birinin ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz gqc tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir prisipi – hələ xıx əsrdə Latın Amerikasında Formalaşmış və 1986- cı ildə Burkina Faso /Mali işində BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti prossidest prinsipinin məğzi ondan ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri tehi müstəqil dövlətlərin beynəlxalq sərhıdləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla bağlı demək olar ki, onun SSRİ dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia və ya qəsd sözü sözü gedən prinsipə tamamilə ziddir.

Xalqların özünümüəyyənetmə prinsipi

Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, İnsan hüquqları haqqında 1966-cı il Beynəlxalq Paktlarının 1-ci maddələrində, 1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci il) Beynəlxalq Məhkəmə qeyd etmişdir ki, xalqların özünümüəyyənetmə hüququ erga omens hüququdur, yəni bütün dövlətlər bu hüquqa hörmət etməlidirlər və onun həyata keçirilməsinə maneə törətməməlidirlər.
Prinsipin məzmununu açıqlamaq üçün iki anlayış – “xalq” və “özünümüəyyənetmə” anlayışlarının məna yükünü düzgün bilmək lazımdır.
Göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq hüquqda “xalq”, bir qayda olaraq, etnik anlamında başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi “xalq” hər hası milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qeyri-qanuni məhrum edilmiş ərazinin) bütün əhalisini bildirir. Yəni “xalq” etnos kimi deyil, demos kimi başa düşülmür. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Xalqın bir hissəsinin, o cümlədən, milli azlıqların belə bir hüququ yoxdur. Bu, beynəlxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir.
“Özünümüəyyənetmə” o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirə bilər. Müstəmləkə altında olan və ya ışğal olunmuş ərazinin bütün əhalisi üçün bu:

  • müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;
  • hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud
  • hər hansı bir müstəqil dövlətələ birləşməkdə ifadə oluna bilər.

Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da özünümüəyyənetmə hüququna
malikdir. Həmin xalq üçün özünümüəyyənetmə, hər şeydən öncə, demakratik idarəetmə hüququ deməkdir. Yəni xalq daxildən və xaricdən təzyiq və ya müdaxilə olmadan demokratik vasitələrlə öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək imkanına malik olmalıdır. Əlbəttə ki, bu xalq öz siyası statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər.
Xüsusi vurğulanmalıdır ki, özünümüəyyənetmə hüququnun həyata keçirilməsi dövlətlərin suvernliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyanı (dövlətdən müəyyən ərazinin ayrılmasını) sanksiyalaşdıra bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil, demokratik dövlətin parçalanması üçün əsas ola bilməz.

Əsas insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipi

Bu olduqca mühüm prinsib ilk dəfə olaraq BMT Nizamhaməsində (1-ci, 55-ci və 56-cı maddələr) ümumi formda təsbit olunmuş, sonralar bir sıra mühüm beynəlxalq sənədlərdə, o cümlədən 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində dəqiqləşdirilmişdir. Yuxarıda göstərmişdik ki, beynəlxalq hüququn müstəqil prinsipi kimi, o, Helsinki Yekun aktında əks olunmuşdur. Prinsipin dövlətlərin üzərinə qoyduğu başlıca öhdəlik ondan ibarətdir ki, onlar insan hüquqlarına  hörmət etsinlər və bun beynəlxalq səviyyədə dəstək versinlər. Bu gün, bütün insan hüquqlarına əməl etmək və onların həyata keçirilməsini təmin etmək kimi ümumi beynəlxalq hüquq normalarının mövcudluğundan danışmaq hələ tezdir.  Belə ki, əsas etibarilə, biz hər hansı bir dövlətin insan hüquqlarını kobud və kütləvi surətdə pozduğu halda sözü gedən prinsipə əməl olunmamasından danışa bilərik.

Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi

Dövlətlərin bir-biri ilə əməkdaşlıq etmək prinsipi ilk dəfə olaraq BMT Nizamnaməsində təsbit olunmuşdur. Beynəlxalq sülhün və təhlükəzliyin qorunmasında və iqtisadi, sosial, mədəni və humanitar xarakterli beynəlxalq problemlərin həllində əməkdaşlıq etmək dövlətlərin həm hüququ, həm də vəzifəsidir. Dövlətlərin əməkdaşlığı onların siyasi, iqtisadi, və sosial sistemlərindəki fərqlərdən asılı olmayaraq həyata keçirilməlidir.

Beynəlxalq öhdəlikləri  vicdanla yerinə yetirmək prinsipi

Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir və daha çox pacta sunt servanda (“müqavilələr yerinə yetirilməlidir”) kimi məlumdur. O, BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunmuşdur. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər”. Sözügedən prinsip habelə çox mühüm beynəlxalq müqavilədə — Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında (26-cı maddə) öz əksini tapmışdır.
Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlət BMT Nizamnaməsinə uyğun olaraq, öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına öz beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi müvafiq dövlətin beynəlxalq məhsuliyyətini doğurmur. Dövlətlər elə etməlidirlər ki, onların daxili qanunvericiliyi və inzibati praktikası üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə uyğun olsun. Belə bir norma mövcuddur ki, beynəlxalq müqaviləni yerinə yetirmədiyinə bəraət qazandırmaq üçün dövlət öz daxili hüququnun müddəalarına istinad edə bilməz (Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsi).

Top