Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilatı formalarnıdan biri kimi beynəlxalq təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. İlk beynəlxalq təşkilatlar aşağıdakılar idi:
1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864);
2) Beynəlxalq teleqraf ittifaqı (1874);
3) Ümumdünya poçt ittifaqı (1874);
4) Beynəlxalq ölçü və çəki komitəsi (1875);
5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1883);
6) Ədəbi və bədii mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886);
7) Gömrük tariflərinin nəşri üzrə Beynəlxalq ittifaq (1890);
8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890);
9) Dəmiryol mal daşımaları üzrə Beynəlxalq ittifaq (1890).
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada beynəlxalq təşkilatların (qeyryi-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də artıqdır.
Beynəlxalq təklilatlar hüququ sahəsində vahid məcəllələşdirilmiş akt toxdur. Ona görə də beynəlxalq təklilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli beynəlxalq müqavilələrdə tapmaq olar:
Yuxarıda qeyd etmişdik ki, beynəlxalq tışkilatlar beynəlxalq hüququn törəmə subyektidir; onların beynəlxalq-hüquqi subyektliyi fuksional xarakter daşıyır. Beynəlxalq təklilatların aşağıdakı əlamətləri vardır:
a) müqavilə əsasında yaradılır;
b) müvafiq təşkilati struktura malikdir;
c) müəyyən məqsəd və vəzifələri vardır;
ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir;
Beləliklə, beynəlxalq təşkilat – müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik olan, üzv-dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər birliyinə deyilir.
Beynəlxalq təklilatların aşağıdakı növləri vardır:
I – üzv-dövlətlərin əhatə dairəsinə görə:
1) universal təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, Beynəlxalq əmək təşkilatı, YUNESKO və b.).
2) regional təşkilatlar (Avropa Şurası, İslam konfransı təşkilatı, Amirika dövlətləri təşkilatı və b.).
II – malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə:
1) ümumi səlahiyyətə malik təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, ATƏT, Amirika dövlətləri təşkilatı və b.).
2) xüsusi səlahiyyətə malik təşkilatlar (Ümumdünya ticarət təşkilatı, Beynəlxalq əmək təşkilatı, Ümumdünya səhiyyə təşkilatı və b.).
III – təşkilata daxil olma qaydasına görə:
Beynəlxalq təşkilatların fuksiyaları
Beynəlxalq təşkilatlar,bir qayda olaraq, aşağıdakı fuksiyaları həyata keçirir:
Hər bir beynəlxalq təşkilat öz təşkilatdaxili münasibətlərini, yəni təşkilatla heyət arasındakı və təşkilatın orqanları arasındakı münasıbətləri nizama salmaq məqsədilə müəyyən hüquqi normalar qəbul edir.
Beynəlxalq təşkilatda üzvlükBeynəlxalq təşkilatın üzvləri iki cür olur:
İlkin üzvlər (beynəlxalq təşkilatın yaradılmasında əvvəldən iştirak etmiş və ya onun təsis aktını imzalamış dövlətlər)
Qoşulmuş dövlətlər. BMT-nin ixtisaslaşdırılmış təsisatlarında iki kateqoriya fərqləndirilir:
1) BMT üzvü olan dövlətlər: bu dövlətlər üçün müvafiq təşkilatın nizamnaməsinə qoşulmağın sadələşdirilmiş qaydası nəzərdə tutulmuşdur;
2) BMT üzvü olmayan dövlətlər; onlar üçün daha sərt üzv olma qaydaları müəyyən edilmişdir.
Hər hansı dövlətin BMT üzvlüyünə qəbul edilməsi BMT Nizamnaməsinin 4-cü maddəsinin 1-ci bəndinə əsasn həyata keçirilir. Həmin maddəyə görə, “Təşkilatın üzvlüyünə qəbul nu Nizamnamədə göstərilmiş öhdəlikləri öz üzərinə götürməyə hazır olan bütün sülhsevər dövlətlər üçün açıqdır”. 4-cü maddəsinin 2-ci bəndinə görə, BMT üzvlüyünə qəbul Təhlükəsizlik Şurasının təqdimatına əsasən Baş Assambleyanın qərarı ilə həyata keçirilir (bax, habelə: BMT Beynəlxalq Məhkəməsinin 3 mart 1950-ci il tarixli məsləhət xarakterli rəyi).
Bundan əlavə, bir sıra beynəlxalq təşkilatlarda daimi müşahidəçi missiyası mövcuddur. Dövlətin universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə nümayəndəlikləri haqqında 1957-ci il Vyana Konvensiyasının 5-ci maddəsinə görə, daimi müşahidəçi missiyası aşağıdakı funksiyaları həyata keçirir: a) Təşkilatla əlaqədar saxlanması; b) Təşkilatın fəaliyyətinin bilavasitə öyrənilməsi və bu barədə göndərən dövlətin hökumətinə xəbər verilməsi; c) Təşkilatla əməkdaşlığa və onunla danışıqlar aparılmasına kömək göstərilməsi.
Beynəlxalq təşkilatda üzvlüyə iki üsulla xitam verilir: 1) təşkilatdan çıxma (yazılıərizə əsasında; çıxmadan qabaq maliyyə öhdəlikləri yerinə yetirilməlidir). Ərizənin qüvvəyə minməsi üçün müəyyn müddət nəzərdə tutulur.
2) təşkilatdan xaric etmə. Bu, təşkilatın nizamnamə müddəalarını kobud və ya sistematik qaydada pozan dövlətlərə qarşı sanksiya kimi tətbiq oluna bilər (məsələn, BMT Nizamnaməsinin 6-cı maddəsində deyilir: “Bu Nizamnamədə göstərilmiş prinsipləri sistematik qaydada pozan Təşkilat üzvü, Təhlükəsizlik Şurasının təqdimatı əsasında Baş Assambleya tərəfindən Təşkilatdan xaric edilə bilər” (misallar: OAPEK-dən (Neft ixrac edən ərəb ölkələri Təşkilatı)) Misirin 1979-cu ildə çıxarılması; Ümumdünya Poçt İttifaqından Cənubi Afrika Respublikasının 1979-cu ildə çıxarılması).
Beynəlxalq təşkilatda üzvlük aşağıdakı hallarda müvəqqəti dayandırıla bilər:
1) sanksiya kimi (əsasən, maliyyə öhdəliklərini pozmağa görə tətbiq edilir. Məsələn, 1968-ci ildə Haiti və Dominikan Respublikasının BMT-də üzvlüyü dayandırılmışdı);
2) üzv olan dövlətin iradəsi ilə (məsələn, İndoneziya 1964-1966-cı illərdə BMT ilə faktik əməkdaşlığı kəsmişdi).
Beynəlxalq təşkilatlar üzv-dövlətlərə qarşı müəyyən sanksiyalar tətbiq edə bilər:
I. Maddi normaların pozulmasına görə:
(Məsələn, təşkilatın nizamnaməsində təsbit olunmuş məqsəd və prinsiplərin pozulması; aralarında əməkdaşlıq haqqında saziş olan başqa bir təşkilata qarşı olan istınilən öhdəliklərin (məsələn, maliyyə öhdəliklərinin) pozulması və s.):
a) Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazların (səsvermə hüququ, texniki yardım almaq hüququ və s.) dayandırılması;
b) BMT-nin ixtisaslaşdırılmış təsisatlarının orqanlarının işində iştirakdan kənar etmə.
II. prosesual normaların pozulmasına görə:
(Məsələn: dövlətin, Təşkilatlardakı nümayəndəsinin səlahiyyətlərini rəsmləşdirməməsi, Təşkilatın iclaslarının aparılması qaydasına, səsvermə qaydasına riayət etməməsi və s.):
a) səsvermə hüququndan və sessiya və ya iclasın yekun aktını imzalamamaq hüququndan məhrum etmə;
b) Təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə;
c) dövlətin nümayəndəsinin çıxış müddətinin məhdudlaşdırılması və ya çixiş hüququndan məhrum edilməsi;
ç) səsvermənin nəticələrinin etibarsız hesab olunması.
Bir qayda olaraq, beynəlxalq təşkilat aşağıdakı orqanlardan ibarət olur:
Ali orqan (məsələn, Konqres (Ümumdünya Poçt İttifaqı); Assambleya (İKAO, İMO,
Ümumdünya Səhiyyə Təşkilatı); Baş Konfrans (YUNESKO, Beynəlxalq Əməkdaşlıq Təşkilatı) və s.) üzv olan bütün dövlətləri əhatə edir. O, adətən, aşağıdakı səlahiyyətləri hətata keçirir: a) Təşkilata yeni üzvlərin qəbul edilməsi; b) Təşkilatın baş vəzifəli şəxinin seçilməsı; c) icra orqanı üzvlərinin seçilməsi; ç) büdcənin müəyyən edilməsi; ğ) Təşkilatın fəaliyyəti barədə hesabatların dinlənilməsi; d) Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi.
Icra orqanı (məsələn, Şura (Beynəlxalq Mülki Aviasiya Təşkilatı İKAO), Beynlxalq Dəniz Təşkilatı (İMO), Ərzaq və Kənd təsərrüfatı Təşkilatı(FAO)); İcra Şurası (Ümumdünya Poçt İttifaqı), İnzibati Şura (Beynəlxalq Elektron Rabitəsi İttifaqı və s.) ali orqanın sessiyaları arasındakı müddətdə Təşkilatın fəaliyyətinə rəhbərlik edir. O, ali orqan tərəfindən, üzv olan dövlətlərin sırasından seçilir. İcra orqanının əsas fuksiyaları aşağıdakılardır: a) Təşkilatın səmərəli fəaliyyətinin təmin edilməsi; b) üzv olan dövlətlərlə və digər beynəlxalq təşkilatlarla əlaqənin həyata keçirilməsi; c) Təşkilatın müdcəsinin tərtib olunması; ç) ali orqanın iclaslarının gündəliyinin hazırlanması; d) heyətlə bağlı məsələlərə baılması.
Icra orqanlarında dövlətlərin təmsil olunması müəyyən prinsiplərə (meyarlara) söykənir:
1) ədalətli coğrafi təmsil olunma prinsipi (BMT Təhlükəsizlik Şurası, Ümumdünya Meteorologiya Təşkilatı);
2) xüsusi maraqlar prinsipi (İMO);
3) üst-üstə düşməyən maraqları olan dövlətlər qrupunun bərabər təmsilolunma prinsipi (dənizin dibi üzrə Orqanın Şurası);
4) daha çox maliyyə töhvəsi prinsipi (Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Bərpa və İnkişaf Bankı, İNMARISAT və s.).
İnzibati orqan (beynəlxalq təşkiatın katibliyi) bu cür funksiyalar həyata keçirir: a) Təşkilatın orqanları tərəfindən qəbul edilmiş sənədlərin dərc edilməsi; b) Təşkilatın fəaliyyəti barədə hesabatların trtib edilməsi; c) Təşkilatın fəaliyyətinə aid olan bütün məsələlər üzrə məlumat toplanması; ç) büdcənin layihəsinin hazırlanması və s.
Inzibati orqana, bir qayda olaraq, aşağıdakı əməkdaşlar daxildir:
Xüsusi komitə və komissiyalar təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış edir (məsələn, BMT-də; Tərksilah üzrə Komissiya, Təbii ehtiyatlar üzrə Komitə, Kosmik fəzadan dinc məqsədlərlə istifadə üzrə Komitə; İKAO-da Avronaviqasiya Komissyası).