Beynəlxalq hüquq normaları

Beynəlxalq hüquq normaları

Beynəlxalq hüququn təbıətini bə əsas xüsusiyyətlərini açıqlayarkən biz gördük ki, bu anlayışın əsasında dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranış modeli kimi çıxlş edən hüquq normaları dayanır. Bundan sonrakı mövzuların daha aydın başa düşülməsi üçün bu normaların anlayışını bə təsnifini şərh etməyə ehtiyac bardır.Beynəlxalq hüquq normaları dövlətlər bə beynəlxalq hüququn digər subyektləri  arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.
Beynəlxalq hüquq normalarını dövlətlərin öz qarşılıqlı münasibətlərində əməl etdikləri digər normalardan, o cümlədən hüquqi xarakter daşımayan beynəlxalq adət normalarından və nəzakət normalarından (diplomatik etik qaydalarıdan) fərqləndirmək lazımdır. Bu normalar dövlətlər üçün məcburi deyildir və onlara əməl olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur.
Beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin (subyeklərin) həmin hüquqa uyğun olaraq öz üzərinə götürdüyü vəzifədən (öhdəlikdən) ibarətdir. Doğrudur, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BTM Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyanat da müvafiq öhdəliklər doğura bilər.
Beynəlxalq hüquq normaları, yuxarıda qeyd etdiyimiz kimi, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. Lakin xüsusi vurğulamaq lazımdır ki, hər hansı ümumi beynəlxalq hüquq normasının, yəni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heç də bu dövlətlərdən hər birinin razılığı tələb olunur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq, ondan qabaq artıq təşəkkül tapmışvə hamılıqla qəbul edilmiş normadan imtina edə bilməz və ona riayət etməyə borcludur. Məsələn,dövlətimiz müstəqillik qazanan andan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, genosid aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq öz üzərinə götürmüş sayılırdı.

Beynəlxalq hüquq normalarının növləri

Beynəlxalq hüquq normaları öz məzmununa və formasına görə olduqca müxtəlifdir. Bir sira meyarlara əsaslanmaqla, onları müxtəlif növlərə ayırmaq olar.
     Subyekt-ərazi dairəsinə görə beynəlxalq hüquq normalarının üç növü fərqləndirilir: 1) ümumi normalar; 2) regional normalar; 3) iki tərəfli (bilateral) normalar.
Ümumi beynəlxalq hüquq normalarının tərifini biz yuxarıda verdik. Bu normaların içərisində jus cogens normaları (ümumi beynəlxalq hüququn imperativ normaları) xüsusi yer tutur. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 53-cü maddəsində jus cogens normasının anlayışı verilmişdir: həmin maddəyə əsasən, jus cogens-ümumi  beynəlxalq hüququn normasıdır; bütövlükdə dövlətlərin beynəlxalq birliyi tərəfindən qəbul edilir və tanınır; bu cür normadan geri çəkilmək yolverilməzdir; bu norma yalnız ümumi  beynəlxalq hüququn eyniylə bu xarakterdə olan yeni bir norması ilə dəyişdirilə bilər. Jus cogens normalarına misal olaraq aşağıdakıları göstəmək olar: təcəvüzün qadağan olunması, başqa dövlətlərin sərhədlərini pozmamaq, dinc əhalini zorla bir ərazidən başqa bir əraziyə köçürməmək, başqa dövlətlərin daxili işlərinə qarışmamaq və s. Dövlətlər hətta qarşılıqlı razılıq əsasında jus cogens normasının ziddinə hərəkət edə bilməzlər. Belə ki, istənilən belə bir müqavilə tam etibasız sayılır və onun heç bir hüquqi qüvvəsi ola bilməz. Eyniylə, yeni bir jus cogens norması yarandıqdan sonra bu normaya zidd olan bütün beynəlxalq müqavilələr hüquqi cəhətdən etibarsız olur və onlar xitam olunmuş sayılır. Jus cogens normasının pozulması ilə bütün dövlətlərin hüquq və mənafeləri pozulmuş sayılır.
Reqional normalar müəyyən bir coğrafi regionda yerləşən dövlətləri bağlayan beynəlxalq hüquq normalarıdır. Məsələn, Latin Amerikası ölkələri arasıda elə normalar mövcuddur ki, onlar digər regionlarda qəbul olunmamışdır. Buna misal olaraq diplomatik sığıncaq hüququnu göstərmək olar.
İkitərəfli normalar iki dövlət arasıda bağlanmış müqavilədə əks olunmuş normalardır.
Nizamasalma üsuluna görəbeynəlxalq hüquq normalarının iki növünü ayırmaq olar: 1) imperativ normalar və 2) dispozativ normalar.
Imperativ normalar o normalara deyilir ki, onlarda nəzərdə tutulmuş yeganə davranış variantından dövlətlər heç cür kənara çıxa bilməzlər. Yuxarıda biz imperativ normaların xüsusi bir növü olan jus cogens normalarının izahını vermişdik. İmperativ normaya misal kimi nüvə silahının yayılmamasını nəzərdə tutan beynəlxalq hüquq normasını göstərmək olar.
Dispozitiv normalar alternativ davranış variantı nəzərdə tutulan normalardır. Dövlətlər başq cür razılığa gəlməklə, normada göstərildiyindən fərqli hərəkət edə bilərlər. Məsələn, dövlətin hava məkanından onun birbaşa razılığı olmadan istifadə olunmasını qadağan edən norma dispozitiv normadır.
Normada nəzərdə tutulmuş göstərişin xarakterinə görə beynəlxalq hüquq normalarının aşağıdakı növləri fərqləndirilir:1) səlahiyyətverici normalar (dövlətə və ya beynəlxalq hüququn digər subyektinə hər hası bir hərəkəti etmək hüququ verən normalar);
2) məcburedici normalar (hər hası bir hərəkəti yerinə yetirmək vəzifəsi müəyyən edən normalar) və 3) qadağanedici normalar (müəyyən hərəkətin edilməsini qadağan edən normalar).
Formasına görə beynəlxalq hüquq normaları iki nöbə ayrılır: 1) yazılı rəsmi təsbit olunmuş normalar və 2) yazılı təsbit olunmamış normalar.
Birinci növ normalara müqavilə normaları daxildir. Yazılı təsbit olunmamış normalara isə dövlətlərin praktikasında meydana gələn və bu praktikanın özündə mövcud olan beynəlxalq adət hüquq normaları və hüquq ümumi prinsipləri aiddir.
Qüvvədə olma müddətinə görə beynəlxalq hüquq normalarının iki növünü göstərmək olar: 1) müddətsiz normalar və 2) müddətli normalar.
Müddətsiz normaların hüquqi qüvvəsi heç bir formal müddətlə məhdudlaşdırılmamışdır. Beynəlxalq hüququn əsas prisiplərini, digər beynəlxalq adət hüquq normalarını buna misal göstərmək olar. Bəzi hallarda beynəlxalq müqavilə müddəalarının da müddətsiz qüvvədə olması nəzərdə tutulur.
Müddətli normalar qüvvəsi müəyyən müddət üçün (adətən, bir ildən başlayaraq iyirmi ilə qədər) nəzərdə tutulan normalardır.
Beynəlxalq hüquq normaları, habelə maddi və prosessual normalara bölünür. Maddi normalarda dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin hüquq və öhdəlikləri ehtiva olunur (məsələn, ayrı-ayrı əsas insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı dövlətlər üçün beynəlxalq öhdəliklər müəyyən edən normalar). Prosessual normalar isə maddi normalarının həyata keçirilməsinin təşkilati-prosedur aspektlərini müəyyən edir (məsələn, insan hüquqları üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə yaradılan orqanların səlahiyyətlərini, təşkili və fəaliyyət qaydasını müəyyən edən normalar). Maddi normalar öz növbəsində tənzimləyici və mühafizəedici normalara, prosessual normalar isə təşkilati, prosedur, protokol normalarına bölünür.

Beynəlxalq hüquq normalarının ierarxiyası

Beyəlxalq hüquq normalarının yaradılması prosesinin dövlətdaxili normaların yaradılması qaydasından fərqli olması özünü habelə ierarxiya, yəni hüquqi qüvvəsinə görə hüquq normalarının bir-birindən asılı olması məsələsində biruzə verir. Beyəlxalq hüquqda milli hüquq sistemində olduğu kimi dəqiq müəyyən olunmuş və bütün normativ massivi əhatə edən ierarxiya yoxdur. Beyəlxalq hüquq normasının forması, məsələn, hər hansı beynəlxalq müqavilədə təsbit olunması və ya beynəlxalq adət hüququ şəklində mövcud olması və yaxud ikitərəfli və ya çoxtərəfli müqavilədə təsbit olunması onu müxtəlif hüquqi qüvvəyə malik olmasına prinsip etibarilə təsir göstərmir. Bunula belə, beyəlxalq hüquqda da müəyyən ierarxiya mövcuddur. Belə ki, müasir beyəlxalq hüquqda müəyyən olunmuşdur ki:
1) jus cogens normaları, yuxarıda artıq qeyd edildiyi kimi, bütün digər beyəlxalq hüquq normalarına nisbətən üstün hüquqi qüvvəyə malikdir. Jus cogens-ə zidd olan norma hüquqi baxımdan etibarsızdır (bu barədə bax: Beynəlxalq müqavilələr və hüquqi haqqında Vyana Konvensiyasının 53-cü maddəsi).
2) Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin hüquqi qüvvəsi bütün digər beynəlxalq müqavilələrin hüquqi qüvvəsindən üstündür. Bu Nizamnamənin 103-cü maddəsində birbaşa ifadə olunmşdur. Həmin maddədə deyilir: “Birləşmiş Millətlər Təşkilatı Üzvlərinin bu Nizamnamədən irəli gələn öhdəlikləri ilə onların istənilən digər beynəlxalq sazişdən irəli gələn öhdəlikləri arasıda ziddiyyət olduqda, onların bu Nizamnamədən irəli gələn öhdəlikləri üstün qüvvəyə malik olur”.
3) beynəlxalq müqavilələri bağlayan dövlət orqanlarının dövlət mexanizmində yeri və konstitusion statusundan asılı olaraq, bu müqavilələr aşağıdakı ierarxiyaya malik olur: 1) dövlətlərarası müqavilələr; 2) hökumətlərarası müqavilələr və 3) idarələrarası müqavilələr.

Beynəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı

Beynəlxalq hüququn məcəllələşdirilməsi (kodifikasiyası) daxilən uzlaşdırılmış iri hüquqi akttların yaradılması məqsədilə beynəlxalq hüquq normalarının rəsmi sistemləşdirilməsinədeyilir.
Məcəllələşdirmə zamanı  beyəlxalq hüquq normaları nəinki vahid sistemə gətirilir,
həmçinin bu normalar daha dəqiq ifadə olunur bə beynəlxalq adət hüququ şəklində təşəkkül tapmış normalar da buraya daxil edilir. Lakin məcəllələşdirmə prosesi heçdə bununla məhdudlaşmır və praktikada bu proses mövcud normaların dəyişdirilməsi və yaxud yeniləşdirilməsi, habelə tamamilə yeni normaların yaradılması ilə, yəni  beyəlxalq hüququn mütərəqqi inkişafı ilə müşaiət olunur.
Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı aşağıdakı vəzifələri yerinə yetirir: a) qüvvədə olan beyəlxalq hüququ beynəlxalq münasibətlərin həmin inkişaf dövrünün təlabatına uyğunlaşdırmaq; b) ona tələb olunanyeni hüquq normaları əlavə etmək; c) köhnəlmiş normaları kənar etmək və mövcud normalar arasındakı ziddiyyətləri aradan qaldımaq; ç) beyəlxalq hüququn müvafiq sahəsini və ya insitutunu bir normativ kompileks şəklinə salmaq.
Məcəllələşdirmə rəsmi və qeyri-rəsmi olur. Rəsmi məcəllələşdirmə, əsasən, BTM çərçivəsində aparılır. Qeyri-rəsmi məcəllələşdirmə isə ayrı-ayrı amillə, milli insitutlar və yaxud beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən (bunların içərisində hər ikisi 1873-cü ildən fəaliyyət göstərən və müxtəlif ölkələrin alimlərini özündə birləşdirən Beynəlxalq Hüquq Assosiyasiyasını və Beyəlxalq Hüquq İnstitunu xüsusilə ayırmaq lazımdır) həyata keçirilir.
Beyəlxalq hüququn məcəllələşdirilməsi və mütərəqqi inkişafı işinin təşkili BTM Baş Assambleyasının səlahiyyətinə daxildir (BTM Nizamnaməsinin 13-cü maddəsi). Baş Assombleya tərəfindən bu məqsədlə 1947-ci ildə xüsusi kömıkçi orqan — Beyəlxalq hüquq komissiyası təsis edilmişdir. Komissiya müxtəlif hüquqi sistemləri təmsil edən, Komissiyada şəxsi keyfiyyətdə fəaliyyət göstərən, Baş Assambleya tərəfindən 5 il müddətinə seçilən 34 tanınmış beynəlxalq hüquşünasdan ibarətdir. İndiyə qədər  Beyəlxalq hüquq komissiyası bir sıra məcəllələşdirimiş beynəlxalq aktların, o cümlədən Diplomatik əlaqələr haqqıda 1961-ci il Vyana Konvensiyasının, Konsulluq əlaqələri haqqında 1963-cü il Vyana Konvensiyasının, Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının, Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsinin (1995-ci il) və digər mühüm aktların mətinlərini işləyib hazırlamışdır. Hazırda Komissiya aşağıdakı məsələlər üzrə Məcəllə layihələri üzərində işləyir: Dövlətlərin məsuliyyəti; Sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə cinayətlər; Beynəlxalq müqavilələrə qeyd-şərtlər;  Beyəlxalq hüquqla qadağan olunmayan hərəkətlərin zərərli nəticələrinə görə beynəlxalq məsuliyyət və b.

Top