Beynəlxalq hava hüququ

Beynəlxalq hava hüququ

Aviasiyadan insanların həyatının təsərrüfat, nəqliyyat kimi müxtəlif sahələrində çox istifadə olunur, dövlətlərin siyasi, iqtisadi və mədəni əməkdaşlığının mühüm vasitəsi hesab edilir.
Təbiidir ki, öz ölkəsində, uzaq ölkələr və bütün qitələr arasında çox çətin və mürəkkəb şəraitdə həyata keçirilən uçuşlar beynəlxalq hüquqi tənzimə malik olmalıdır. Hava sahələrinin hüquqi rejimi əvvələr nəzəri xarakter daşımış və bəşəriyyətin hava sahələrindən istifadə etmək səyləri ilə əlaqədar olaraq, hava ərazi sahələri haqqında aşağıdakı üç əsas istiqamət irəli sürülmüşdür.
Özünün   torpağı   üzərindəki   hava   sahibkarın   qeyri-məhdud hakimiyyətindədir. Bu fikir XVI -XIX əsrlərdə İngiltərə, Fransa və s.
Qərb dövlətlərində çox yayılmışdır. Havanın azadlığı, uçuşların azadlığı nəzəriyyəsi isə Belçikada, İngiltərədə, Rusiyada 1913-1915-ci illərə kimi yaşamışdır. Fransız hüquqşünası Foşil uçuşların azadlığını məhdud etmək nəzəriyyəsi göstərilən iki ziddiyətli istiqamətlər arasında, bir növ orta vəziyyət yaratmaq fikrində olmuşdur.  O,  dövlətin hava sahələrini hündürlüyü Eyfel qülləsinin hündürlüyünə (330 m) bərabər olan birinci, yəni tamamilə dövlət suverenitetinə tabe edilən milli zolağa, bundan yuxarıda olan xaricilərin uçuşuna azad yol verilən ikinci-beynəlxalq zolağa, nəhayət, tam azad zolağa bölür. Bu cür nəzəriyyələrin heç biri tam təşəkkül tapa bilmədi.
Bu məsələlər, əsasən beynəlxalq hava hərəkətləri haqqında 1919-cu ilin 13 oktraybr tarixli Paris sazişi və beynəlxalq mülki aviasiya haqqında 1944-cü   il   1   noyabr  tarixli   Çikaqo   sazişi   ilə,   habelə   BMT Nizamnaməsində rəsmən göstərilən müasir beynəlxalq ümum-tanınmış prinsipi ilə təsdiq edilmişdir. Bununla belə, dövlətin suverenliyi texniki imkan daxilində hava sahələrinin aşağı təbəqəsinə, yəni hündürlüyü 3-11 km olan traposferə, 11-60 km stratosferə və 60-400 km olan ionosferə aiddir. Hava sahələrinin hüquqi vəziyyəti beynəlxalq uçuşları və hava nəqliyyatını nizama salmaq, təhlükəsizliyi təmin etmək məqsədləri ilə dövlətlərin müəyyən etdiyi müqavilənin və adi normaların beynəlxalq hava hüququ deyilir.
Beynəlxalq hava hüququ mənbələri aeronoviqasiya məsələləri üzrə çox tərəfləri, ikitərəfli beynəlxilq müqavilə və sazişlərdən, dövlətlərin daxili qanunlarından ibarətdir.
Hazırda beynəlxalq hüququn normalarına uyğun olaraq, dövlətin su və quru əraziləri üzərindəki, habelə məhəlli suları üzərindəki, bütün hava sahələri ərazisinin tərkibinə daxil olur, həmin dövlətin tam suvereniteti və yuristiksiyası altında hesab olunur.
Hər bir dövlət öz hava sahəsi üzərində tam suverenliyə malik olduğu üçün, o, öz ərizisi üzərindəki bütün havalardan xarici hava gəmilərinin keçməsini və hərəkətini qadağan etmək hüququna malikdir. Dövlətin bütün hava ərazisi həmin dövlətin tam suveren və müstəsna hakimiyyətinə tabe olmaqla, onun qanun və qaydalarının təsiri altında hesab olunur. Bu qanun və qaydaların pozulması beynəlxalq hüquq normalarına ziddir və dövlət suverenitetinin pozulması deməkdir. Dövlətin quru və su sərhədləri kimi hava ərazi sərhədləri də toxunulmazdır. Bunun pozulmasına qarşı hər bir dövlət lazımi özünü müdafiə tədbirləri görə bilər.
Azərbaycan Respublikası da suveren dövlətdir, onun da quru, su, hava sərhədləri beynəlxalq hüquqa görə toxunulmaz olmalıdır. Təəssüf ki, respublikamızın həm quru, həm də hava sərhədləri əsrimizin əvvəlirdnə Ermənistan tərəfindən pozulmaqda davam edir. Azərbaycan torpaqları o dərəcədə Ermənistan tərəfindən beynəlxalq hüquqa məhəl qoyulmadan tutulmuşdur ki, onun 1990-cı illər sərhədləri daxilində öz quru sahəsinin 85 faizini Azərbaycan torpaqları təşkil edir. ermənistan respublikasının hava və quru sərhədlərini keçərək yeni-yeni torpaq sahələri zəbt etmişdir ki, bu da heç bir beynəlxalq hüquqla bir araya sığmır. 17 ildən artıq davam edən bu qeyri-qanuni ilhaq çox təssüf ki, dünya ictimaiyyətinin gözü qarşısında baş verir.
Beynəlxalq hüquqlara zidd olan zorakı sərhəddəyişmə həqiqətlərini isə bəzi dövlətlər qulaqardına vurur və hətta Ermənistana müxtəlif tərəflərdən köməklik göstərirlər.
Azərbaycan və xarici hava gəmilərinin beynəlxalq uçuşları, yalnız nazirliyin xüsusi icazəsi əsasında ola bilər. Həm də bu uçuşların istiqamətləri dürüst müəyyən edilməli və dövlət sərhədlərinin hansı «hava qapıları»ndan keçməsi göstərilməlidir. Belə razılaşmalar olmadan Ermənistan hər gün Azərbaycan hava sərhədlərini pozaraq hərbi texnikasını, əsgərlərini Xocalı hava limanı vastitəsilə Azərbaycanın içərilərinə gətirir və hərbi təcavüzünü davam etdirir.

Müəlliflər: Ziyаdхаn Nəbibəyli, İsrаfil Cəlilbəyli
Mənbə: BEYNƏLXALQ HÜQUQ,İDARƏÇİLİK VƏ İQTİSADİYYAT
Top