Beynəlxalq müqavilə

Beynəlxalq müqavilə

Beynəlxalq müqavilə beyəlxalq hüququn əsas mənbələrindən biri olub, iki və ya daha artıq dövlət (və ya beynəlxalq hüququn digər subyekti) arasında bağlanan, qarşılıqlı beynəlxalq hüquq və vəzifələr müəyyən edən razılaşma kimi başa düşülür.
      Beynəlxalq müqavilələrin xüsusiyyətləri, onlarin bağlanması və xitam ollunması qaydası haqqında irəlidə ətraflı bəhs ediləcəkdir. Aşağıda isə beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbəyi kimi qısaca şərh edilir.
      Beynəlxalq müqavilələr vasitəsilə dövlətlər və habelə beynəlxalq hüququn digər subyektləri, məsələn, beynəlxalq təşkilatlar öz aralarında ortaya çıxan müxtəlif xarakterli məsələləri həll edirlər. İndiki dövrdə beynəlxalq münasibətlərin elə sahəsini göstərmək olmaz ki, orada beynəlxalq sazişlər mövcud olmasın. Beynəlxalq müqavilələrdə dövlətlərin hüquq və vəzifələri daha dəqiq  və birmənalı təsbit olunur, onların beynəlxalq səviyyədə və dövlət daxili hüquq sistemində həyata keçirilməsi üçün zəruri zəruri hüquqi mexanizm nəzərdə tutulur. Bu baximdan beynəlxalq  müqavilə müasir beynəlxalq hüququn ən mühüm mənbəyikimi çıxış edir.
 Dövlət yalnız öz razılığı ilə hər hansı beynəlxalq müqavilənin iştirakçısı ola bilər. Müqaviləyə razılıq verdiyi andan dövlət həmin müqavilənin bütün tərəfləri qarşısında öz üzərinə müvafiq öhdəliklər götürür. Müqavilə yalnız onun iştirakçılari üçün hüquq və öhdəliklər yaradır; üçüncü dövlətlər üçün isə o, beynəlxalq hüququn mənbəyi ola bilməz.
 Beynəlxalq müqavilələr şifahi formada da bağlana bilər.Buna indi praktikada çox nadir hallarda rast gəliinən “centlmen sazişləri”ni misal göstərmək olar.
Top