Vətəndaş vəziyyəti sənədlərinin qeydiyyatına aid beynəlxalq komissiya

Vətəndaş vəziyyəti sənədlərinin qeydiyyatına aid beynəlxalq komissiya

Yaşadığımız dövr elə bir dövrdür ki, beynəlxalq hüquq, ayrı-ayrı dövlətlərin quruluşu və onları bir-birindən fərqləndirən cəhətlər bütün dünya xalqları üçün maraq dairəsinə çevrilmişdir. Maraq kəsb edən digər bir sahə də quruluş modelindən asılı olmayaraq bu və ya digər ölkələrin insanlarının beynəlxalq aləmdə vətəndaş vəziyyəti aktlarının qeydə götürülməsi beynəlxalq komissiyası məsələsidir.
Bu komissiya 1948-ci ildə Niderlandın Amsterdam şəhərində yaradılmışdır. İlk olaraq bu beynəlxalq komissiyanı Belçika, Lüksemburq, Niderland, Fransa və İsveçrə tanımışdır. 1952-ci ildə qəbul edilmiş qərara əsasən digər dövlətlərdə bu komissiyaya daxil olma hüququ əldə etmişlər.
Sözügedən komissiyanın əsas məqsədləri:
— xüsusi hüquq və vətəndaşlıq məsələlərini nizama salan hüquq üzrə qanunvericilik və məhkəmə icraatı üzrə sorğu kartotekasını yaratmaqla yanaşı onu aparmaq;
— komissiyaya üzv olan dövlətlərinin qanun vericiliklərinin uyğunlaşdırılması üçün tövsiyələr və konvensiya layihələri hazırlamaq;
— komissiyaya üzv dövlətlərdə vətəndaşlıq vəziyyəti aktlarını aparan xidmətlərin vaxtaşırı təkmilləşdirilməsi;
— şəxsin və ailə hüququ sahəsində beynəlxalq təşkilatlarla fəaliyyətin əlaqələndirilməsi, əməkdaşlıq və s.

Komissiyanın 12 üzvü var və bu dövlətlər Avstriya, Almaniya, Belçika, Yunanıstan, İspaniya, İtaliya, İsveçrə, Lüksemburq, Niderland, Portuqaliya, Türkiyə və Fransadır. Təbii ki, bu sıra çoxala da bilər. Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı üzrə beynəlxalq komissiyanın əsas orqanlarından biri Baş Məclisdir.

Baş Məclis Milli dövlətlər təyin olunan milli bölmələrin üzvlərindən ibarətdir. Baş Məclis ildə bir dəfə yığışır və başqa orqanlara həvalə edilmiş məsələlər istisna olmaqla Komissiyanın fəaliyyətinin bütün məsələlərinə Aid qərar qəbul etmə səlahiyyətindədir.
Komissiyanın digər əsas orqanlarından biri də onun Rəyasət Heyətidir.
Rəyasət Heyəti milli bölmələrin nümayəndələrindən ibarət olub, ildə iki dəfədən az olmayaraq Baş Məclisin növbəti iclasına kimi həll edilməsi zəruri olan bütün məsələlər üzrə qərarlar qəbul edir, büdcəni, Baş Məclisin növbəti iclasının gündəliyini hazırlayır, həmçinin sədri, sədrin müavinini və Baş Katibi təyin edir. Komissiyanın sədri iki il müddətinə təyin olunur və Komissiyanı rəsmi təşkilatlarda təmsil edir. O, həmçinin Baş Məclisin və Rəyasət Heyətinin yığıncaqlarına rəhbərlik edir, Rəyasət Heyətinin iclaslarının gündəliyini müəyyən edir.

Komissiyanın Baş Katibi üç il müddətinə seçilir və yenidən seçilmək hüququna malikdir. O, Komissiyanın qərarlarını həyata keçirir,sədrin göstərişi ilə Baş Məclisi və büronu çağırır, Baş Məclis və büronun iclaslarında məsləhətçi kimi iştirak edir, məlumatları Milli bölmələrə verir, aktları, reyestri və onun arxivini mühafizə edir. Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı üzrə beynəlxalq Komissiya konvensiya və tövsiyələr qəbul edir. Konvensiyalar xaricilərə vətəndaşlıq vəziyyəti aktlarının surətlərinin verilməsi, vətəndaşlıq vəziyyəti aktlarının surətlərinin leqallaşdırılmasından imtina, vətəndaşlıq vəziyyəti aktlarının aparılması sahəsində beynəlxalq informasiya mübadiləsi, ad və familiyanın dəyişdirilməsi, qaçqınlara yardım sahəsində beynəlxalq inzibati əməkdaşlıq və s. məsələlərə şamil edilir. Onu da qeyd edək ki, 28 iyul 1958-ci il Cenevrə konvensiyasına müvafiq olaraq qaçqınlara sənədlərin verilməsi və onların tanınması, nigaha hüquq verən vətəndaşlıq vəziyyəti aktlarının razılaşdırılması, sığınacaq verilməsi haqqında işlərə baxılarkən beynəlxalq inzibati əməkdaşlığa aid məsələlərə də Komissiyada baxıla bilər və qiymət verirlər.
XXI əsrin əvvəlində Azərbaycan Respublikası üçün ən vacibi qaçqınlarla bağlı və bu Komissiyada həll olunması mümkün olan məsələlərin qabardılması mühüm əhəmiyyət kəsb edir. Bir çox sahələrdə olduğu kimi Azərbaycanın günümüzdə qaçqınlarımızın insan hüququ, mülki hüququ, mənəvi ziyanları və s. Dövlət əhəmiyyəti kəsb edən bir çox icraatlar bu qurumla işlənmir.
Nəzərə alsaq ki, bu işlərin siyasi tərəfləri, Azərbaycan reallığının təbliği, onun başına gətirilən müsibətləri də buraya əlavə etmiş olsaq Respublikamızın deyilən Komissiya ilə işləmənin əhəmiyyəti daha dərindən dərk edirlər.
Top