Döyüşü dayandıran və ya təslim olan düşməni öldürmək və ya yaralamaq qadağandır.
Xəstə və yaralılar döyüşən tərəflərdən hansının əlinə keçərsə, həmin tərəf də onları döyüş gedən ərazilərdən çıxarmalı və onlara lazımı qayğı göstərməlidir. Sanitariya ləvazimatları, nəqliyyat vasitələri, sanitariya müəssisələri və sanitariya heyyəti də himayə olunmalıdır. Qızıl xaç və Qızıl Aypara emblemləri qorunmaq üçün rəmzdir və onlara hörmət edilməlidir.
Əsir düşmüş döyüşçülərin, qarşı tərəfin əlinə keçmiş mülki şəxslərin həyat, ləyaqət, şəxsi hüquq və inanclarına hörmət olunmalıdır. Bu onların hüququdur. Onlar hər cür cəza tədbirləri və ya zorakılıqdan qorunmalıdır. Onların ailələri haqqında məlumat almaq, onlara özləri haqqında məlumat vermək və yardım almaq hüquqları var.
Hər bir insan əsas hüquqi zəmanətlərdən istifadə etməlidir. Heç kəs görmədiyi iş üçün məsuliyyət daşımamalıdır. Heç kəs əqli və ya fiziki işgəncələrə məruz qalmamalıdır. Çismani cəza və alçaldıcı rəftar yol veriməzdir.
Müharibə aparmağın vasitə və metodlarını seçmək baxımından müharibə edən tərəflərin və onların hərbi qüvvələrinin ayrı-ayrı üzvlərinin hüquqları məhdudlaşdırılır. Gərəksiz itkilərə və hədsiz ağrılara səbəb olan silah və müharibə metodları işlətmək qadağandır.
Vuruşan tərəflər mülki əhalini və mülki əmlakı məhv etməmək məqsədilə mülki əhali ilə hərbiçiləri bir-birindən seçməlidirlər. Nə mülki əhali, nə də ki, ayrı-ayrı mülki şəxslər hücuma məruz qalmamalıdırlar. Hücumlar yalnız və yalnız hərbi obyektlərə yönəldilməlidir.
Vyanada 1965-ci ildə Qızıll Xaçın ХХ Beynəlxalq Konfransının IX qətnaməsinə görə Qızıl Xaç və Qızıl Ayparanın əsas müddəaları aşağıdakılardır.
İnsansevərlik. Ayrı-seçkilik etmədən döyüş meydanlarındakı yaralılara yardım zərurətindən yaranmış Qızıl Xaç və Qızıl Aypara istər beynəlmiləl, istərsə də milli görkəmdə hər bir vəziyyətdə insan əzablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır. О, insanın həyatı və sağlamlığı ilə yanaşı şəxsiyyətinə hörmət olunmasını da himayə etmək məqsədi güdür. О, bütün xalqlar arasında möhkəm sülh və əməkdaşlıq, dostlaq, qarşılıqlı anlaşma olması üçün çalışır.
Qərəzsizlik. О heç kəsə dini, irqi, milli xüsusiyyətlərinə və ya siyasi görüşü və sosial mövqeyinə görə fərq qoymur. О, adamlar düşdükləri əzab-əziyyətin ölçüsünə görə yardım edir; ilk növbədə ən ağır bəlalara düçar olanların köməyinə tələsir.
Neytrallıq. Hamının ona olan inamını qorumaq məqsədilə düşmənçiliyə qarışmır, siyasi, irqi, dini və fəlsəvi mübahisələrdə bitərəf mövqe tutur.
Müstəqillik. Qızıl Xaç və Qızıl Aypara müstəqildir. Öz insanpərvərlik fəaliyyətində mövgud hakimiyyətə yardımçı olub, ölkəsində hakim olan qanunlara tabe olmaqla Milli Cəmiyyətlər muxtarlıqlarını qoruyub saxlayırlar.
Könüllülük. Qızıl Xaç və Qızıl Aypara heç bir maraq güdməyən könüllü yardım müəssisəsidir.
Birlik. Bir ölkədə yalnız bir Qızıl Xaç və bir Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları hamının üzünə açıq olmalı və öz insansevərlik işini bütün ərazidə görməlidir.
Universallıq. Qızıl Xaç və Qızıl Aypara universal bir qurumdur ki, bu qurumda bütün Cəmiyyətlərin bərabər hüquqları var və onlar birbirilərinə kömək etməyə borcludurlar.