Müharibələrin sonu və onun beynəlxalq hüquqi nəticələri

Müharibələrin sonu və onun beynəlxalq hüquqi nəticələri

Dünyada baş vermiş müharibələr təcrübəsindən məlum olduğu kimi döyüşən dövlətlərin arasındakı hərbi əməliyyat ya qismən, ya ümumi, ya müvəqqəti dayandırıla və ya tam kəsilə bilər. Bizim zorla cəlb olunduğumuz müharibə müvəqqəti dayandırılıb. Çünki, biz yaxşı bilirik ki, Ermənistan Azarbaycanın, BMT-nin, ATƏT-in və eləcə də digər Dövlət, yaxud Mötəbər-beynəlxalq təşkilatların qərarlarına, təşəbbüslərinə hələ ki, məhəl qoymur. Vaxt isə gölzəmir, bir milyon iki yüz min nəfər soydaşımız öz doğma torpaqlarında qaçqın olmuş və üçdə biri minimum yaşayış tərzini dəyişmişlər.
Hərbi əməliyyatların dayandırılması barışıq və təslim akları ilə tənzimlənə bilər. Əslində isə müharibənin tamamilə və qəti surətdə qurtarması yalnız sülh müqaviləsinin bağlanması yolu ilə mümkün olur. Beynəlxalq hüquqda döyüşən tərəflər arasında sülh müqaviləsi bağlamadan hərbi hərəkətlərin dayandırılmasını şərtləndirən vəziyyəti barışıq adlandırırlar. Müharibə meydanının müəyyən yerində hərbi hərəkətlərin dayandırılması isə məhəlli barışıq adlanır.
Ermənistan-Azərbaycan müharibəsinin hazırki vəziyyətini isə atəşkəs adlandırırlar. Bunun beynəlxalq statusu hansı hüquqi bazalara əsaslanır. Bu da hələ ki, müəyyən edilməyib.
Məhəlli barışıq aktları, döyüşən orduların hərbi komandanlıqları arasında bağlanır. Belə aktların sonradan əlavə təsdiqinə ehtiyac yoxdur. Barışıq şərtlərini tərəflərin özləri müəyyən edirlər. Azərbaycanın barışıq haqqında danışıq aparmaq və saziş əldə etmək hüququ yəqin ki, Ali Baş Komandanlığın səlahiyyətinə daxildir.
Müharibələrdə hərbi istehkamların, qalaların düşmənə təslim olmasına, habelə döyüşən tərəflərdən birinin qarşı tərəfin siyasi, iqtisadi və hərbi tələblərini qəbul edib, öz silahlı qüvvələrini ona təslim etməsinə hərbi təslim deyilir. Bizim istehkam və qalalarımız, əsasən Laçın, Kəlbəcər, Şuşa bölgələri idi, onu da təslim etmişik, hərbiçilərimizi ya qırğına vermişik, yaxud qaçmağa məcbur etmişik. Başqa məqamları da bunlara əlavə etsək, deməli, hərbi tənzimlə bizim aramızda elə bir fərqin qalmadığı müəyyənləşər.
Beynəlxalq hüquqa görə, hətta, belə olan halda da hərbi və milli şərəf nəzərə alınmalıdır. Məsələn, beynəlxalq hüquqda, hələ 1907-ci il IV Haaqa sazaişinə edilən əlavənin 35-ci maddəsinə görə, hər iki tərəfə təslim şərtlərini ciddi gözləmələri tövsiyə olunur.
Hərbi tarixdən bəlli olduğu kimi SSRİ ilə Almaniya arasında 1945ci il 8 may tarixli hərbi təslim aktı da Haaqa sazişi müddəalarına əsaslanırdı.
Zaman keçdikcə bütün sahələrdə olduğu kimi, Beynəlxalq hüquqda da müharibənin və ya hərbi əməliyyatın qəti dayandırılması problemləri ilə bağlı qanunlar təkmilləşir, humanistləşir. Amma, Ermənistan-Azərbaycan müharibəsində bu barədə ciddi irəliləyiş hiss olunmur, hətta məsələ ilə məşğul olan nüfuzlu beynəlxalq təşkilatlar da nədənsə bu məsələdən yan keçirlər.
Müasir beynəlxalq hüquqda təcavüzkarlıq müharibələrin qadağan olunması haqqında xeyli maddələr olsa da, təcavüzkarın arxasında dayanan siyasi və hərbi qurumlar onun cilovlanmasına imkan vermir. Bəzən də təcavüzkarı cilovlamağı dini əqidə ilə bağlayırlar ki, bu da Ermənistanın Azərbaycana təcavüzündə özünü daha qabarıq şəkildə göstərir. Ümumi bir qayda olaraq, müharibədə iştirak edən dövlətlər düşmənlə birtərəfli sülh bağlamamalıdırlar. Necə ki, Azərbaycan Rusiya arasında bağlanmış dostluq, qarşılıqlı yardım və s. haqqında olan müqavilə kimi Rusiya, birbaşa Ermənistanının Azərbaycana təcavüzünün iştirakçısıdır. Bunun üçün kifayət qədər Azərbaycanın, hətta beynəlxalq aləmin əlində tutarlı faktlar vardır. Yəni müqavilə bir növ havadan asılı vəziyyətdə dayanıb qalıb. Belə müqavilələrin sülh müqavilələri adlandırılmasına baxmayaraq, əslində bu imperiya sülhünün şərtlərini əks etdirən işğalçılıq aktları olub. I Pyotrun vəsyyətlərini yerinə yetirməyəQafqazı erməni xristianlığın mərkəzinə çevirməyə yönəldilmişdir.

Beynəlxalq hüquqda bir qayda olaraq, sülh müqavilələrənin məzmunu və müharibə vəziyyətinin qurtarması sülh münasibətlərinin yaradılması, ərazi dəyişiklikləri, sərhəd məsələsi, maddi ziyanın ödənilməsi, hərbi əsirlərin, qaçqınların, köçürülmüş şəxslərin Vətənə qaytarılması, müharibə canilərinin məsuliyyəti və s. əhatə etdiyi halda, Azərbaycan söylənilən məsələlərin xeyli hissəsinin adını belə çəkmir. Bizcə bunları yaxşı-yaxşı təhlil etmək gərəkdir. ^üsusən, bütün danışıqlarda 20-ci ilin sərhədlərini, Azərbaycan Demokratik Cümhuriyyətinin sərhədləri məsələsini qoymaq mütləq lazımdır. Bu torpaqları Azərbaycan yox, Rusiya Ermənistana verdiyindən heç bir beynəlxalq hüquqi əsasi yoxdur. Bütövlükdə Yaxın Şərqdə olduğu kimi, Qafqazda da hələ öz həllini gözləyən beynəlxalq problemlər kifayət qədərdir.
Problemlərin həlli sahəsində təhlükəsizlik və əməkdaşlıq işlərinə dair 1975-ci ilin avqust ayında Helsinkidə 33 dövlətin imzaladıqları yekun aktı beynəlxalq sənəd olmaqla Azərbaycanın işinə yararlıdır. Çünki bu dövlətlər öz üzərlərinə bir çox öhdəliklər götürmüşlər ki, indi başlıca məsələ Helsenkidə əldə edilmiş bütün prinsipləri və razılıqları əməli işlərə çevirib, təcavüzkarı öz «yuvasına» çəkilməyə məcbur etməkdir.
Top