Beynəlxalq hüquqda dövlətlərin ərazi məsələləri

Beynəlxalq hüquqda dövlətlərin ərazi məsələləri

Ərazi anlayışı beynəlxalq aləmdə bu gün daha kəskin olub, Yer kürəsində quru və sulardan, onların üzərindəki hava boşluqlarından, habelə yerin altından, dənizin dibindən ibarət olan bütün sahələrə deyilir.
Dövlətlərin beynəlxalq hüquqi münasibətlər və onları tənzim edən hüquq normaları müəyyən məkanda yaradılıb fəaliyyət göstərir. Belə beynəlxalq hüquqi normaların obyektləri də başlıca olaraq cografi mühitlə bağlıdır. Yer Kürəsinin bütün sahələri ayrı-ayrı dövlətlərin dövlət ərazisinin tərkibinə daxil olmaqla onların qanunlarının təsiri altında olur. (Antarktida, dünya okeanı, onun dibi, açıq dənizlər, kosmik fəzadan başqa.)
Ərazi həm dövlət hüquqi, həm də beynəlxalq hüquq əsasında tənzim olunan predmetdir. Beynəlxalq münasibətlərdə ərazi həm müxtəlif dövlətlərin hakimiyyət fəaliyyətinin hüdudu, həm də onların arasında xarici siyasətini və beynəlxalq hüquqi münasibətlərin obyektidir.
Beynəlxalq hüququn bir subyekti kimi nə əhalisiz, nə də ərazisiz normal dövlət varlığı mümkün deyildir. Elə bu səbəbdən də ermənilər Azərbaycanın torpaqlarını tutduqca yerli əhalini yox edib, başqa-başqa dövlətlərdə yaşayan erməniləri oraya köçürür, yaxud yalandan həmin ünvanda qeydiyyata götürürlər. O, səbəbdən də Ermənistanda əhalinin ümumi sayı, yaşayanlardan çox olur, hətta belə yalançı statistika ilə ermənilərin «genosid»ini də sənədləşdirməyə səy göstərirlər.
Dövlət ərazisinin yalnız dövlətə məxsus olub onun tam və müstəqil hakimiyyəti altında olmasına, beynəlxalq hüquqda ərazi başçılığı və ya ərazi üstünlüyü deyilir.
Ərazi başçılığının hüquqi təbiəti haqqında tarixən üç nəzəriyyə mövcud olmuşdur. Bunlar ərazini hökmdarın ali hakimiyyət — yəni onu dövlətə və ya millətə məxsus olan mülkiyyət hesab edən obyekt nəzəriyyəsi ərazinin dövlət hakimiyyətinin sahəsi hesab edən hakimiyyət nəzəriyyəsi: əraziyə coğrafi anlayış deyil, hüquqi cəhətcə dövlət fəaliyyətinin həyata keçirildiyi yer kimi baxış səlahiyyətlər nəzəriyyəsidir.

Hazırki beynəlxalq hüquqda bütün xalqların hüquq bərabərliyi və öz müqədəratını təyin etmək hüququnu, əsasən, hər bir xalq ərazisində siyasi-iqtisadi və mədəni həyatını təşkil etmək, ictimai qaydanı təmin etmək və s. kimi funksiyaların müstəqil həyata keçirməlidir. Deməli, həmin ərazidə sahibkar dövlətdən başqa heç kəs qanunlar vermək hüququna malik deyildir. Ərazi başçılığı dövlət suverenliyinin ayrılmaz hissəsidir. Ona görə də beynəlxalq hüquq nöqteyi-nəzərindən ərazi başçılığının pozulması, dövlət suverenliyinin pozulması deməkdir.
Bəzi dövlətlər buna məhəl qoymasalar da dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı müasir beynəlxalq hüququn ən mühüm və ümumi tanınmış prinsiplərindən biridir. Qanun BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində öz rəsmi ifadəsini tapmışdır.
Hər hansı bir dövlətin tam və müstəqil suverenliyi altında olan bütün sahələr, o cümlədən quru və sular, yerin altı və müvafiq hava sahəsi dövlət ərazisinin tərkibinə daxildir.
Suveren dövlətlərdəki bütün torpaqlar və onların təki, adalar qütb torpaqları anklavlar həmin dövlətin quru ərazisidir. Dövlətin hər tərəfdən başqa dövlətin quru ərazisi ilə əhatə edilən və su sahilinə malik olmadan ərazi hissəsini anklav adlandırırlar. Bu isə başqa dövlətlərlə əlaqə saxlamaq üçün ona yol verilməsi məsələsini, hər dəfə zəruri bir məsələ kimi qarşıya qoyur. Bu mənada Azərbaycan dövlətinin yerləşdiyi coğrafi məkan nəinki Rusiya, İran, Gürcüstan, Ermənistan, Türkiyə ilə hətta ondan çox-çox uzuqlarda olan dövlətlərlə siyasi-iqtisadi mənafeləri nizamlamaqda bizim üçün böyük üstünlük verir. Burada Şərqlə Qərbi birləşdirəcək və Azərbaycandan keçəcək neft kəmərindən daha çox faydalanmaq olar. Azərbaycan iqtisadi əlaqələr üçün də təkcə Qərblə Şərq arasında olmayıb, demək olar ki, bütün dünya dövlətləri üçün də həddindən artıq maraqlı bölgədir. Dünya dövlətlərinin bu marağından respublikamızın xeyrinə daha çox istifadə etmək bizim vətəndaşlıq borcumuzdur.
Dövlətlərarası münasibətlərdə — xüsusən siyasi, iqtisadi və ərazi məsələlərində beynəlxalq hüquq nöqtəyi nəzərdən Azərbaycan ermənistandan Zəngəzurun geri qaytarılmasını ön plana çəkməlidir. Əvvəla, Zəngəzur əzəli azərbaycan torpağıdır, heç bir Dövlət beynəlxalq hüquq qanunlarına söykənmədən verilib, bu aktda Azərbaycan iştirak etməyib və Naxçıvanla Azərbaycan arasında heç bir əlaqə yoxdur ki, bu da dünya dövlətləri tarixində və beynəlxalq hüquqda təsadüf olunmayan anomal haldır.
Müstəqil dövlətin quru ərazisinin altı kimi dəniz dibi, dəniz dibinin altı da heç bir hüquqi məhdudiyyət olmadan həmin dövlətin ərazisinə daxildir.
Dövlətin quru və su ərazisinin sərhəd xətləri həndəsi qayda üzrə şaquli qoyulan və yer altına doğru uzanan düz xətlə müəyyən edilir. Hər bir dövlət öz ərazisi tərkibinə daxil olan yerin altında və dəniz dibində tədqiqat və kəşfiyyat işləri aparmaq, orada sərvətləri çıxarmaq, və ya istədiyi kimi onları istismar etmək hüququnu özündə saxlayır. Çox təəssüflər ki, bu işlərdə də biz özümüz öz hüququmuzu müdafiə edə bilmirik, Laçındakı, Kəlbəcərdəki və Zəngilandakı qızıl, mis, mərmər, giymətli daşlar, tikinti materialları mineral bulaqları və Kiçik Qafqazın şirin su problemlərini buna misal gətirmək kifayyətdir.
Dövlətin quru və su ərazisi üzərində fəza boşluğu da dövlətin ərazisinə daxildir.
Dövlətin bayrağını daşıyan hər bir dəniz və çay gəmiləri, hava gəmiləri, uçuş aparatları, dövlət ərazisinin tərkib hissəsidir, hərbi gəmilər və digər dövlət gəmiləri, onların olduğu yerdən asılı olmayaraq öz dövətinin ərazisi heçab olunur.
Dəniz və çay gəmiləri, hava gəmiləri yalnız öz dövlətinin milli qanunlarına, xarici dövlətin ərazisində isə onun qanunlarına tabedir.
Belə bir məsələni də qeyd etməmək də mümkün deyildir ki, ərazi dəyişikliklərinin hüquqi əsasları beynləxalq hüquqda yox dərəcəsindədir. Lakin, özgə torpaqların işğal etmək, başqa xalqları əsarətə almaq, bütün dövrlərdə olmuşdur. Azərbaycan xalqı, onun torpaqları isə belə işğlallara zaman-zaman məruz qalmış və öz varluğunu tam itirməmiş bəlkə də yeganə gədim xalqdır. Hazırki ədalətsiz müharibə də bunu öz xalqımıza daha çox açıqlayır.
Dünya tarixində bir dövlətin ərazisinin tam, yaxud bir hissəsinin satılması, icarəsi, mübadilə edilməsi halları da olmuşdur. Qalan halların hamısında ərazi dəyişiklikləri ancaq əvvəlsə güclə həyata keçirilmiş, sonra buna «qanun» donu geydirilmişdir.
Dövlət ərazisini göstərmək üçün dövlət sərhəd xətləri olur ki, dövlətlərin əraziləri, biri digərindən bu xətlərlə ayrılır.
Müasir beynəlxalq hüquqda oroqrafik, həndəsi, astronomik və qarışıq sərhədlərə çox rast gəlinir. Oroqrafik sərhədlər yerin relyefini (su, çay axını, su boğucu xətt, dəniz, dağ və s.) nəzərə alınmaqla çəkilən xətlərdir.
Həndəsi sərhədlər kəndi, şəhəri, binaları, yaşayış yerlərini dağıtmaq şərti ilə çəkilən xətlərdir. Astronomik sərhədlər isə coğrafi dərəcə torunun paralel və meridianları ilə müəyyən olunur. Lakin, hazırda beynəlxalq hüquqla müəyyənləşdirilməyən sərhədlər də mövcuddur. Belə sərhədlərə geopolitik sərhədlər deyilir ki, bu da böyük və güclü dövləti dünyanın bu və ya digər hissəsində öz mənafelərini qoruyub saxlamağa xidmət sərhədləridir. Dövlət sərhədləri dövlətin öz qanunları və bağladığı saziş, müqavilə ilə beynəlxalq sərhəd qanunlarına qovuşur və bütün dövlətlərin qəbul etdiyi status səviyyəsinə qalxır.
Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi ərazi məsələləri, dövlət sərhədləri, dövlət sərhəd xətləri işlərinin bərpasında çox ciddi cəhdlə səy göstərməlidirlər.
Top