Beynəlxalq hüqüqdan bəzi məqamlar

Beynəlxalq hüqüqdan bəzi məqamlar

Hər bir dövlətin milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlərarası suveren-iradəvi münasibətləri də nizama salır. Beynəlxalq hüququn predmetini xüsusi subyektlər araısındakı siyasi, iqtisadi, mədəni və s. münasibətlər təşkil edir.
Digər hüquq münasibətlərindən fərqli olaraq, beynəlxalq hüquqi subyektləri başlıca olaraq dövlətlər, habelə öz müqəddəratını təyin etmək hüququnu həyata keçirərək, milii dövlət yaratmaqda olan millətlər sayılır. Bu isə müasir beynəlxalq hüququn məlum norma və prinsiplərinə zidd olmayıb BMT və digər beynəlxalq təşkilatların müddəalarına əsaslanmalıdır.
Beynəlxalq münasibətlər sahəsində subyekt kimi çıxış edən dövlətlər suveren hüquqlarından geniş istifadə etməklə bərabər, beynəlxalq məsuliyyət də daşıyırlar.
Hökümətlərarası rəsmi münasibətləri dövlət xadiməlri, diplomatlar, konsullar və s. kimi vəzifəli şəxslər icra edirlər. Qeyri-rəsmi ictimai təşkilat, cəmiyyətləri isə onların nümayəndələri təmsil edirlər ki, bunların hüquqi vəziyyəti milli qanınlarla müəyyənləşir. Hər iki halda forma yox mahiyyətə üstünlük verilir.
Bəzən də ərazi (xüsusən sülh müqaviləsi bağlananda) beynəlxlaq hüquqi obyekti olur. Bu zaman o, adi qayda üzrə dövlət hüququnun tənzim etdiyi torpaq üzərində dövlət mülkiyyəti hüququnu, suveren dövlətin həmin ərazi üzərindəki ərazi üstünlüyü kimi başa düşülür.
Beynəlxalq hüququn qaydalarına, normalarına toxunan maddi və ya qeyri-maddi təbiətli bütün münasibətlər də beynəlxalq hüquq oyektidir. Dövlətlərin suveren hakimiyyəti ilə əlaqədar olaraq bəzi qruplara daxil olan fərdlərin hüquqi vəziyyəti, beynəlxalq müdafiəsi də (milli azlıqların qorunması, genosid və s. kimi byenəlxalq cinayətlərə qarşı ümumi mübarizə) beynəlxalq hüququn obyekti ola bilər. Suveren dövlətlərin könüllü saziş əsasında yaradılan və qarşılıqlı olaraq onların əxlaq qaydalarına zidd olmayan hüquq da beynəlxalq hüquq obyektidir.
Hazır ki, dövrdə isə bir çox tərəqqilər olduğu şəraitdə, dövlətlər arasında beynəlxalq əməkdaşlıq getdikcə daha çox inkişaf tapır.
İlk növbədə beynəlxalq hüquq normaları dövlətlərin özlərini, əsasən müqavilə yolu ilə, bəyanət ilə, nota ilə, yaxud dinməzcə qəbuletmə, sazişə gəlmə yolu ilə yaradırlar.
Bəzi hallarda isə məcburi olaraq beynəlxalq normanı nozanlar BMT nizamnaməsinə əsasən təhlükəsizlik şurası tərəfindən (təcavüzkarlıq və sülhü pozma hallarında) həyata keçirilir.
Bir sözlə dövlətlərarası hüquq olan beynəlxalq hüquq suveren dövlətlərin könüllülüyü, hüquq bərabərliyi əsasında yarıdlan əməkdaşlığa əsaslanır, normalarının gözlənilməsi isə ya dövlətlərin özlərinin fərdi, yaxud dünya ictimaiyyətinin gücü ilə həyata keçirilir.
Beynəlxalq hüquq öz mənbələrinə görə də dövlətlərin daxili hüquqlarından fərqlənib, maddi və hüquq mənada mənbələri spesifik xüsusiyyətə malikdir. Beynəlxalq hüquqi mənbələri dedikdə, biz geniş addi mənada və dar huquqi mənada olan mənbələri nəzərdə tuturuq.
Birinci mənada beynəlxalq hüququn mənbəyi, bütün başqa hüquq sahələrində olduğu kimi onu meydana gətirən əsas qüvvəyə, bünövrəyə deyirik. Yəni, dövlətlərin, dövlət orqanlarının və nümayəndələrinin beynəlxalq meydanda əxlaq qaydalarını nizama salan üsullara, metodlara və formalara beynəlxalq hüququn mənbəyi deyilir ki, BMT Beynəlxalq Məhkəmə statusunda xüsusi maddəyə rəsmi istinad edilir.
Beynəlxalq hüququn başlıca və əsas mənbələrindən biri də beynəlxalq müqavilədir ki, bu da dövlətlərin suveren hakimiyyətinə və hüquqlarına əsasən öz hüquq və vəzifələrinə dair bağladıqları sazişdir.
Siyasi, iqtisadi və başqa münasibətlər sahəsində iki və ya bir neçə dövlət arasında qarşılıqlı hüquq və vəzifələrin yaradılmasına, dəyişdirilməsinə, ləğv edilməsinə dair müəyyən formada tərtib edilmiş saziş beynəlxalq müqavilə adlanır. Müqavilə dövlətlər arasındakı əməkdaşlığın ən geniş yayılmış və mühüm hüquqi forması sayılır. Bu şərt BMT nizamnaməsində də öz əksini tapmışdır.
Beynəlxalq müqavilə, iştirakçı tərəflər üçün hüquq və vəzifələr yaradan ümumi hüquqi aktdır, bu akta məcburi surətdə riayət edilməsi, onların şərtsiz və sözsüz icra edilməsi müasir beynəlxalq hüququn əsas prinsiplərindən biri sayılır. Digər tərəfdən beynəlxalq müqavilə müəyyən dövrdə beynəlxalq aləmdə gedən mübarizə və əməkdaşlıq şəraitində mövcud siyasi qüvvələrin qeyd edilməsinin və möhkəmlənməsinin hüquqi formasıdır.
Həyatda özünə yer tutmuş beynəlxalq hüquq formalarından biri də benyləxlaq adətdir. Dövlətlər və millətlər tərəfindən uzun müddət təcrübədə tətbiq edilərək hüquqi zəruriyyət əhmiyyəti kəsb etmiş əxlaq qaydaları beynəlxalq adət sayılır. Beynəlxalq adət də müasir beynəlxalq hüququn əsas mənbələrindən biridir.

BMT Nizamnaməsi və Benyəlxalq Məhkəmənin Statusu üzrə də beynəlxalq hüququn qüvvədə olan bir norması olub, xüsusi maddələri var. Belə adətlərin bəziləri, uzun müddət təcrübədə etiraf və tətbiq edildiyindən ümumi prinsiplərə çevrilir, hətta məcəllələşdirilir. Adət, davamlı bir forma olaraq qalarsa və tətbiq edilərsə, o, norma-qanun kimi qəbul olunur. Lakin, burada müasir beynəlxalq hüquqi mütərəqqi demokratik prinsiplərinə zidd olmayan beynəlxalq adətlər nəzərədə tutulmalıdır.
Müasir beynəlxalq hüququn normaları çoxdur, müxtəlifdir, mürəkkəbdir, lakin müəyyən bir sistemə gələndir. Bu sistem beynəlxalq hüquqa dair qanunların və digər normativ aktların sadəcə xronoloji cəmlənməsi deyil, qüvvədə olan beynəlxalq hüquq normalarının təyinatına görə yaxınlığı nəzərə alaraq, onların ayır-ayrı sahələr üzrə vahid bir qaydada sistemləşdirilməsi başa düşülməlidir. Başqa hüquq sistemi kimi beynəlxalq hüququn sistemi də müəyyən iqtisadi sistemə və mülkiyyət formasına uyğun olmalıdır.
Mühüm siyasi, iqtisadi və s. xarakerli dövlətlərarası münasibətləri nizama salan beynəlxalq ümum hüquqdan fərqli olaraq, əsasən iqtisadiyyat və ticarətlə əlaqədar olan beynəlxalq xüsusi hüquq dövlətlərlə yanaşı, fiziki və hüquqi şəxslərin də iştirak etdiyi mülki hüquqi məsələləri nizamlayır.
Top