Beynəlxalq hüququn təməl xüsusiyyətləri

Beynəlxalq hüququn təməl xüsusiyyətləri

Hər bir dövlətin milli və daxili milli hüququndan fərqli olaraq, beynəlxalq hüquq, hüquqi münasibətlərin xüsusi bir sahəsini, dövlətlər arasındakı suveren münasibətləri, nizama salan bir sahədir. Yəni beynəlxalq hüququn predmetini xüsusi subyektlər arasındakı siyasi, iqtisadi, mədəni və s. qarşılılıqlı münasibətlərin məcmuu təşkil etməlidir. Beynəlxalq hüquq daim inkişaf etdiyinən, onun elmi əsasları da, onun mahiyyətini, elmi anlayışını, onun subyektləri və obyektlərini, mühüm prinsiplərini, norma və institutlarının medana gəlməsini, inkişafını və digər məzmununu öyrənməklə məşğuldur.
Müstəqil siyasi təşkilat olmaq etibarı ilə hər hansı mövcud dövlət öz inkişaf səviyyəsindən, gücündən, güdrətindən, və siyasi arenada qabiliyyətindən asılı olmayaraq, beynəlxalq hüququn subyektləridirlər. Beynəlxalq münasibətlərdə subyekt kimi çıxış edən dövlətlər müəyyən hüquqlardan, xüsusi ilə də suveren hüquqlardan geniş istifadə etməklə yanaşı, müvafiq vəzifələr və beynəlxalq məsuliyyət də daşımalıdırlar. Çox təəssüf ki, bu həmişə belə olmur. Bunun baris nümunəsi fələstinlilərin 60 il, azərbycanlıların isə 20 illik acı həyatlarındakı, hətta erməniazərbaycan münaqişəsini tənzimlənməyi boynuna götürmüş ABŞ, Rusiya və Fransa bu beynləxalq məsuliyyətlərini heç xatırlatmaq belə istəmirlər.
Hüquqi münasibətlərin digər növlərindən fərqli olaraq, beynəlxalq hüququn subyektləri başlıca olaraq dövlətlər və öz müqarattını təyin etmək hüququnu həyata keçirərək, milli dövlət yaratmaqda olan millətlər də sayıla bilər (Kosovo kimi). Lakin, əgər millətin haradasa milli dövləti mövgutdursa (Yuxarı Qarabağ erməniləri kimi) o, subyekt ola bilməz.
Beynəlxalq hüquqi münasibətlərin obyektinə gəldikdə isə, onun subyektliyi ilə sıx əlaqəli olub, beynəlxalq hüququn başlıca xüsusiyyətərindən birini təşkil edir. Bunlardan biri suveren dövlətlərin könüllü sazişə gəlməsi əsasında yaradılan və qarşılıqlı olaraq onların əxlaq qaydalarına zidd olmayan hüquq və vəzifələr də beynəlxalq hüququn obyekti ola bilər. Əslində elə dövlətlərarası və ya hökümətlərəarası rəsmi münasibətləri mühüm orqanlar və dövlət xadimləri, diplomatlar, konsullar və s. kimi vəzifəli şəxslər icra edirlər. Qeyri-rəsmi ictimai təşkilat və cəmiyyətləri isə onların nümayəndələri təmsil edirlər ki, bunların hüquqi vəziyyəti milli qanunlarla, qismən də beynəlxalq sazişlərlə və s. müəyyənləşdirilir.
Beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına əsasən subyektləri suveren olan dövlətlər və öz məzmunu etibarı ilə həmin subyektlər üçün qarşılıqlı hüquq və vəzifələr əmələ gətirən hər şey beynəlxalq hüquq və münasibətlərinin obyektidir. Dövlətlərin suveren hakimiyyəti ilə əlaqədar olaraq, müəyyən qrupa daxil olan fərdlərin hüquqi vəziyyəti və beynəlxalq müdıfiəsi də (məsələn: Ermənistandan faciələr törətməklə qovulan azərbaycan türkləri, müsəlman kürdləri, yunanlar, ruslar və s. kimi) milli azlıqların qorunması, yaxud genosid (məsələn: Xocalı, Bakı, Quba, Zəngəzur, Şamaxı, Xoy və s.) və s. kimi beynəlxalq cinayyətlərə qarşı ümumi mübarizə benynəlxalq hüququn obyekti sayıla bilər.
Beləliklə, beynəlxalq hüququn obyektinin xarakteri və hüquqi təbiəti dövlətlərin suverenliyi, hüquq bərabərliyi və könüllülüyünə əsaslanan beynəlxalq hüququn spesifik xüsusiyyətləri ilə izah və müəyyən edilir. Lakin, həmişə bu prinsiplər söylənilən hüquqi bazaya söykənmir ki, bu da ayrı-ayrı dövlətlər və xalqların narazılıqlarına səbəb olur və bəzən də digər beynəlxalq hüquq pozuntusununu determinantına çevrilir.
Yaşadığımız dövrdə də elmi-texniki tərəqqinin, habelə müxtəlif sahələrdə xalqlar və dövlətlər-arasında beynəlxalq əməkdaşlığın getdikcə inkişaf etməsi (Azərbaycan kimi) nəticəsində müasir beyünəlaxlq hüququn obyektləri genişlənir. Onlardan beynəlxalq hüququn atom enerjisində dinc məqsədlərlə istifadə, atom və nüvə silahının qadağası, kosmik fəzanın, dünya okeanının tədqiqi və istifaləsi, ətraf mühitin, ozon qatının qorunması və s. kimi yeni və hamı üçün vacib olan obyektlərdə yaranmışdır ki, burada da beynəlxalq hüquqa əsaslanan əməkdaşlıq hər bir dövlət və xalq üçün vacibdir.
Benyləxlaq hüquqda hüquqi normaların yaradılması, onun təmin edilməsi və məcburiyyət məsələsi də xüsusi qaydalarla tənzimlənir. Belə ki, beynəlxalq hüquq normaları burada iştirak edən subyektlərindövlətlərin özləri tərəfindən yaradılmalıdır. Yəni dövlətin daxili hüququndan fərqli olaraq, burada nə vahid qanunvericilik hakimiyyəti nə də ki, qanunlar məcəlləsi mövcud deyildir. Elə bu baxımdan da, beynəlxalaq hüquq normalarının hüquqi qüvvəsi dövlətlər arasında qarşılıqlı razılaşma və sazişə gəlmə prinspilərinə, habelə müvafiq öhdəliklərə riayət edilməsində qarşılıqlı könüllülük prinsipinə əsaslanır, söykənir.
Beynəlxalq hüququn normaları dövlətlərin və ya subyektlərin özləri tərəfindən, əsasən müqavilə bağlanması, birtərəfli bəyanat, nota vermək yolu ilə, sazişə gəlmə yolu ilə və s. yaradılır. Onu da bilməliyik ki, beynəlxalq hüquqda beynəlxalq hüquq normalarını təmin etmək üçün xüsusi mərkəzləşmiş məcburiyyət aparatlarından ordu, polis, məhkəmə və s. yoxdur. Bütün bunlara baxmayaraq, hər hansı bir hüquqda olduğu kimi, burada da xüsusi formada özünü göstərən müəyyən məcburiyət vardır. Bax bu məqamdan Azərbaycan istifadə etməklə öz torpaqlarını azad etmək səlahiyyətindədir. Bir sözlə hüquq normalarını yerinə yetirməyə məcbur edə biləcək bir aparat olmadan, hüquq heç bir şeydir. Odur ki, beynəlxalq hüquq normalarının qorunması dövlətlərin fərdi və ya kollektiv formada həyata keçirdikləri məcburiyyət ilə təmin edilə bilər. PKK-ya qarşı mübarizənin özü buna misal ola bilər.lakin indiki zamanda bu məcburiyyət BMT Nizamnaməsi əsasında və ya müvafiq qarşılıqlı yardım müqaviləsi ilə tənzimlənə bilər. Bu da Azərbaycana Yuxarı Qarabağda kimləsə də (dövlətlərlə) öz hüququnu bərpa etməyə hüquqi əsas yaradır. Hazırda kollektiv məcburiyət formalarının biri təcavüzkarlığa qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilməli olan tədbirlərdən ibarətdir. Bu nizamnaməyə əsasən BMT özü ümumi məqsədlərə nail olmaq işində millətlərin razılaşdırılmış birgə fəaliyyəti üçün mərkəz rolunu oynamalıdır. Lakin, çox təəssüflər olsun ki, BMT Nizamnaməsi əsasında sülhün və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulmuş məcburiyət tədbirləri, bəzi hegemon dövlətlərin beynəlxalq meydanda amirlik siyasətinin aləti kimi də istifadə olunmuşdur. Burada da ikili standart fikri özünü neqativcəsinə göstərmişdir.
Hazırda, dövlətlər arası hüquq olan beynəlxalq hüquq, suveren dövlətlərin könüllülüyü, hüquq bərabərliyi əsasında yaradılan əməkdaşlığa əsaslanır, onun normalarının gözlənilməsi isə ya dövlətlərin özlərinin fərdi, yaxud kollektiv «özünəyardımı» formasında tətbiq edilən məcburiyyətlə, yaxud dünya ictimaiyyətinin gücü ilə təmin olunma siyasəti yürüdülür.
Beynəlxalq hüquq, bəhrələndiyi mənbələrinə görə də dövlətlərin daxili hüquqlarından xeyli fərqlidir. Beləki, əsas mənbəyi milli qanunlardan ibarət olan dövlətin daxili hüququndan fərqli olaraq, beynəlxalq hüququn maddi, hüquqi mənbələri özünəməxsus xüsusiyyətləri ilə səciyələnir. Hər bir dövürdə beynəlxalq hüququn hüquqi mənada mənbələri əsasən beynəlxalq müqavilələrdən, beynəlxalq adətlərdən və s. asılı olub, dəyişkəndir.
Beynəlxalq hüququn mənbələri ən çox — geniş maddi mənada və dar çərçivəli hüquqi mənada variatsia edir. Geniş maddi mənada beynəlxalq hüququn mənbəyi digər hüquq sahələrində olduğu kimi, onu meydana gətirən əsas qüvvə ilə, bünövrə ilə səciyələnir.
Maddi mənada beynəlxalq hüququn mənbəyi müasir beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin, xüsusən hakim siniflərinin maddi həyat şəraiti ilə dövlətin maddi marağı, beynəlxalq hüquq normalarında öz ifadəsini tapır.
Bir sözlə dövlətlərin, dövlət orqanlarının, onun nümayəndələrinin «böyük söz sahibi» qruplaşmalarının beynəlxalq meydanda əxlaq qaydalarını nizama salan üsullara, metodlara və formalara beynəlxalq hüququn mənbəyi deyilir. Hazırda beynəlxalq hüquqda məlum olan belə forma və üsullardan beynəlxalq müqaviləni, beynəlxalq adəti və xalqlar, millətlər tərəfindən etiraf edilən hüququn ümumi prinsiplərini misal göstərmək olar. Bu qanunların bütün dövlətlər üçün məcburiyyəti qeyri ciddidir. Elə bu cür boşluqlardan xristian təəsübkeşliyindən, dövlətlərin məxsusi dövlət maraqlarının toqquşmasından istifadə edən ermənilər zəbt etdiyi, xarabazarlığa çevirdiyi Azərbaycan torpaqlarından çıxmaq fikri yoxdur, BMT qərarlarını qulaqardına vururlar.
Beynəlxalq hüququn qeyd etdiyimiz kimi təməl prinsiplərindən çox vacib olanlardan bəlkə də birincisi Beynəlxalq Müqavilədir. Beynəlxalq Müqavilə beynəlxalq hüquqi münasibətlər sahəsində dövlətlərin suveren hakimiyyətinə və hüquqlarına əsasən öz hüquq və vəzifələrinə dair bağladıqları sazişdir ki, müasir beynəlxalq hüququn başlıca və əsas mənbəyi sayılır. Siyasi, iqtisadi və digər münasibətlər sahəsində iki və ya bir neçə dövlət (subyekt) arasında qarşılıqlı hüquq və vəzifələrin yaradılmasına, dəyişdirilməsinə və ləğv edilməsinə dair müəyyən formada tərtib edilmiş saziş beynəlxalq müqavilə hesab edilir. Beynəlxalq müqavilə dövlətlər arasındakı əməkdaşlığın ən geniş yayılmış forması olmaqla, mühüm hüquqi formasıdır. Beynəlxalq müqavilə, iştirakçı tərəflər (dövlətlər) üçün hüquq və vəzifələr yaradan ümumi hüquqi aktdır. Beynəlxalq müqavilə dövlətlərin könüllü sazişidir. Digər tərəfdən beynəlxalq müqavilə müəyyyən dövrdə beynəlxalq aləmdə gedən mübarizə və əməkdaşlıq şəraitində mövcud siyasi qüvvələrin qeyd edilməsinin, möhkəmlənməsinin hüquqi formasıdır.
Beynəlxalq adət də, dövlətlər və xalqlar tərəfindən uzun müddət təcrübədə tətbiq edilərək hüquqi zəruriyət əhəmiyyəti kəsb etmiş əxlaq qaydalırını özündə kəsb etdirir. Beynəlxalq adət də, beynəlxalq hüququn əsas mənbələrindən biridir. BMT Nizamnaməsi və Beynəlxalq Məhkəmənin Statusu üzrə də beynəlxalq adət beynəlxalq hüququn bir norması, bir mənbəyi hesab olunur. Beynəlxalq adətlərin bir qismi uzun müddət təcrübədə etiraf və tətbiq edildiyindən ümumqəbul edilmiş prinsiplərə çevrilir, hətta məcəllələşdirilir. Adət, davamlı bir forma olaraq qalarsa və tətbiq edilərsə, o, müsbət norma — qanun kimi qəbul edilir. Buna misal olaraq müharibə qanun və adətlərini göstərmək olar. Bu qaydalar 1899-cu və 1907-ci illərin sazişlərilə məcəllə formasına salınmışdır. Ancaq, beynəlxalq adət baxımından da ermənilər Türklərə və Azərbaycanlılara qarşı aparılmış müharibələrdə heç bir adət və ya normaya sığışan qaydalara riayət etməmişlər.
Beynəlxalq hüququn yardımçı mənbələri də yetərincədir. Atom silahının, bakterioloji silahın, genosidin qadağan edilməsi, Ümumdünya Sülh Ş urasının qətnamələri və müraciətnamələri də bu sırada olanlardır.
Beynəlxalq hüquq ilə dövlətlərin daxili hüququ arasındakı nisbət məsələsinə isə hər iki hüquq sisteminin vəhdətində və qarşılıqlı əlaqəsində baxılmalıdır, Azərbaycan üçündə bu aktualdır.
Beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin suveren iradəsini ifadə edən milli hüquq sistemi, xüsusiən daha mütərəqqi qanunlar başqa dövlətlərin və xalqların hüquqi görüşlərinə müsbət təsir göstərir. Bu mənada Azərbaycanda da bu məsələyə diqqətlə yanaşılmalıdır, gözləməli deyil ki, hansısa bir beynəlxalq təşkilat, yaxud qüvvə belə qanunları qəbul etməyimizi bizə məcbur və ya tövsiyə etsinlər.
Hazırki beynəlxalq hüquq elminin sistemini qısa xarakterizə etsək görərik ki, beynəlxalq hüququn norma və institutlarının çoxluğuna, müxtəlifliyinə və mürəkkəbliyinə baxmayaraq, onlar yenə də müəyyən bir sistem təşkil edir. Beynəlxalq hüququn sistemi dedikdə, beynəlxalq hüquqa dair qanunların və digər normativ aktların sadəcə olaraq xronoloji qaydada cəmləşdirilməsi deyil, qüvvədə olan beynəlxalq hüquq normalarının təyinatına görə yaxınlığını nəzərə alıb, onları ayrı-ayrı sahələr üzrə vahid bir qaydada sistemləşdirmək daha məqsədyönlüdür. Hər bir hüquq sistemi kimi beynəlxalq hüququn sistemi də müəyyən iqtisadi sistemə və mülkiyyət formasına uyğun olmalıdır.
İqtisadiyyat və ticarətlə əlaqədar olan beynəlxalq xüsusi hüquq dövlətlərlə yanaşı, fiziki və hüquqi şəxslərin də iştirak etdiyi mülki hüquqi münasibətləri nizama salır.
Beynəlxalq hüquqda məcəllələşdirmə prinsipi də xeyli inkişaf etmişdir. Belə ki, BMT və onun orqanlarının fəaliyyəti nəticəsində müasir beynəlxalq hüququn bir sıra qurumları artıq məcəllələşdirilmişdir. Dəniz hüququ (1958-ci ildə), nümayəndəlik və konsulluq hüququ (1961-1963-cü illər), beynəlxalq müqavilə hüququ (1968-1969-cu illər), kosmik fəza hüququ (1963-1969-cu illər), insan hüquqları (1966-cı il), xüsusi missiyalar haqqında saziş (1969-cu il), müharibə vaxtında mədəni sərvətlərin mühafizə edilməsi (1954-cü il) və s. kimi sahələrdə mühüm əhəmiyyətli sənədlər beynəlxalq aləmə çıxarılmışdır.
Azərbaycan Respublikası bu sahədə əlbətdə çox işlər görməlidir. Azərbaycanda nəinki beynəlxalq hüququ. Hətta ölkə daxilində insanlarımız ona konstitutsiya ilə verilmiş hüquqlarını bilmirlər. Bəlkə də, bu hal bəzi başabəla məmurlar üçün sərfəlidir. Bəla orasındadır kı, elə həmin məmurun özü də respublika qanunlarını ya yaxşı bilmir və ya bilmək istəmir, beynəlxalq hüquqdan isə danışmağa dəyməz.
İstər ölkədaxili hüquq qaydalarından, istərsə də beynəlxalq hüquq normalarından insanlarımızın bilməsində və bəhrələnməsində dövlət özü maraqlı olmalıdır. Belə olarsa bir milyondan artıq qaçqın və köçkünlərimiz dünya dövlətlərindən, beynəlxalq hüquqi təşkilatlardan ermənilər tərəfindən onların pozulmuş hüquqlarının ən azı bərpasını tələb edə bilərlər. Biz isə həmişə olduğu kimi hazırda da həm torpağımıza və həm də vətəndaşlarımıza biganəyik.
Top