Mən e-kitaba keçməkdə nisbətən gecikdim. Beş il əvvəl “Kindle” aldım, çünki o vaxt bir tərəfdən uşaq əmizdirirkən, bir tərəfdən də 600 səhifəlik “Uyğun oğlan” kitabını oxumağın asan olmadığını gördüm.
Az qala, sadəcə e-mütaliəyə ayrılmış, çılğınlıqla keçən bir aydan sonra bir neçə səbəbdən ənənəvi kağız kitablara qayıtdım: ekran yorğunluğu, səhifə kənarlarına qeyd yazmaq meyli, uşaqların məni mütaliə edərkən görməsini istəməyim və kitab dükanlarının, kitab satıcılarının böyük dəstəkçisi olmağım. “Hachette Livre” şirkətinin CEO-su Arno Nurri yaxın vaxtlarda e-kitabların “axmaqca” olduğunu dedi, amma bu kitablar ötən yaz mənim həyatımı dəyişdirdi.
Təcavüzə şahid olan bir cütlüyün psixoloji gərginliyindən bəhs edən “Kişi deyir/qadın deyir” romanım “Sunday Times”ın bestselleri olmuşdu, ama üç aydan sonra cildli kitab satışları düşməyi başladı. “Kindle”dan e-kitab versiyası isə yaz boyu 99 paunda satılmağa başlayanda, etiraf edim ki, qorxdum. Amma birincilik taxtımı Nil Geymana ötürdüyüm bir neçə günü çıxsaq, altı həftə ərzində siyahının birincisiydim, hətta ailəmi ilk dəfə okean o tayına tətilə apara bildim. Həmişə konkret oxucu kütləm var idi, amma bu dəfəkilər başqa cürə idi.
Satılan kitablarım və siyahımın sonrakı yüksəlişi isə xoş gəldin sürprizi idi. Oxucular mənə heç olmadığı qədər çox tərif, tənqid və müzakirə ediləcək şeylər yazırdılar. O biri kitablarımı da e-kitab kimi aldıqlarını yazırdılar. Bu zəhmətsiz mütaliə silsiləsinə fiziki kitabla çatmaq çətin məsələdir.
Çox az yazıçı bir kitab evinə, ya da supermarketə gedib bütün külliyatının satışda olduğundan əmin ola bilər. “Kişi deyir/qadın deyir” romanımın e-kitabı digər kitablarıma olan marağı yenidən canlandırdı, mədəni şəkildə desək, çap olunduğu dövrdə “aşağı satış performansı” göstərən kitabımlarıma yeni oxucular gətirdi. Bunun üçün minnətdaram. Satılan kitablar siyahısının naşir üçün havayı olduğunu nəzərə alsaq, Nurrinin e-kitabları rədd etməyinə təəccübləndim.
Əlbəttə, müəyyən etirazlar var: “Amazon”un bazardakı monopoliyası narahatlıq yaradır, deyəsən biz get-gedə rəqabət yaradan qiymətləndirmə qazanc əmsallarının önəmsizləşdiyi və dibə doğru yarışa çevrildiyi daşma nöqtəsinə çatmışıq. Amma bu axmaqlıqdır? Filip Pulmanın “Qaranlıq başlanğıclar” trilogiyası kimi ağıllı kitabların səviyyəsi elektron variantda da düşmədi. “Liranın Oksfordu” romanı e-kitab variantında da kağız kitab qədər maraq doğurmuşdu.
Nurri deyir: “Bu kağız kitabla tamam eyni şeydir, yeganə fərqi elektronik olmasıdır. Heç bir yaradıcılıq yoxdur, proqres yoxdur, rəqəmsal bir təcrübə kimi bir yenilik yoxdur.” Yalan xəbərdi! Vill Selfin heyranları üçün sabit, bir bələdçi lüğət, bir nemət kimi. Bir yazıçı kimi mən də e-kitabların bizə qazandırdığı oxucuların altından xətt çəkdiyi cümlələri görmək imkanı qarşısında sehirləndim. Bir xeyli insana təsir edən bir cümlənin özəlliyi nədir? Bu, yazıçı fantaziyasının əsla gedib çıxa bilməyəcəyi bir yerə getməkdir: oxucuların zehninə illeqal ani bir nəzər yetirmək. “Kindle”ın “Whispersync” funksiyası oxucunun mütaliə etməklə qulaq asmaq arasında növbəli şəkildə gəzişməsinə imkan yaradır. Bütün bunlar mütaliə təcrübəsinə gətirilən yeniliklər deyilmi? Bir də sadə və önəmli bir yenilik var: e-kitabda mətni böyüdə bilirsiniz. Bu zatən özlüyündə sakit bir inqilabdır.
E-kitabları ciddiyə almayan vərəqpərəstlər özləri də bilmədən ayrı-seçkilik edirlər. On illər boyunca korlar kitabxanaların kağız kitabla zəngin bölmələrinə, bestseller kitablara həsrət qaldılar. Daha balaca yazıçılar dəyər görmədi, müstəqil naşirlər büdcə tapa bilmədi. Mətni inkişaf etdirmə bu deməkdir: bir xeyli oxucu fərqli səslərdən, tərcümə romanlardan, eksperimental hekayə kolleksiyalarından, ya da istədikləri hər hansı şeydən keçən illər ərzində ilk dəfədir ləzzət alırlar.
E-kitablar onlara uzun müddət əvvəl itirdikləri bir zövqə çatmaq imkanı verir. Eyni zamanda, yüklənəbilən kitabxanalar evdə oxumağa bağlı kitabsevərlər üçün xilasedici kəndir uzatmış olur. E-oxucuların kitablara çatımlılığının artması yenilik yox, möcüzədir. Son olaraq, Nurri rəqəmsal təcrübə deyə bir şeyin olmadığını iddia edir. Məsələ də elə bu deyilmi? Əgər içində qrafiklər, səslər, ya da animasiyalar varsa, o artıq kitab deyil, kompüter oyunu, yaxud filmdir. Eynilə mənim internetə bağlanmadan, sakitlikdə yazı yazdığım kimi, kitablarımın da başqa şeylərlə məşğul olmasını istəmirəm. Rəqəmsal səs-küy dünyasında kitabların gözəlliyi ötürdükləri təcrübənin saflığı və sadəliyidir. Və bu qətiyyəna axmaqlıq deyil.
Guardian
Tərcümə: Qismət