Əzələlər

Əzələlər

Əzələlərin anatomik strukturlarına və iş xüsusiyyətlərinə görə üç növü mövcuddur.
  • Eninəzolaqlı və ya sklet əzələ;
  • Saya əzələ;
  • Ürək əzələsi.
Eninəzolaqlı əzələlər
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. İşi iradidir.Bu əzələrin fəaliyyəti zamanı müəyyən hərəkətlər yaranır. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülaların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miozin (tünd) dir.Bunlar sayəsində əzələlər yığılır. Eninəzolaqlı əzələ toxumasının inkişafı rüşeymi həyatın erkən mərhələlərində başlayır  mezodermadan inkişaf edir.Əzələlər vətərlər vasitəsi ilə sümüyə bağlanır.
Saya əzələlər ƏzələlərDüz əzələ hüceyrələri mərmi şəklində olub, avtonom sinir sisteminin idarəsində, qeyri iradi çalışarlar. Sıxılmaları yavaş və nizamlıdır,gec oyanır,ləng işləyirlər.Uzun müddət yığılmış vəziyyətdə qalırlar. Hər hüceyrədə bir dənə  çubuqəkilli nüvə mövcuddur.Saya əzlənin yığılması daxili orqanlarınhəcminin dəyişməsinə səbəb olur.Daxili orqanların divarının 98% təşkil edirlər.

Ürək əzələsi (miokard)Ürəyin əzələ qişası miokard — (lat. myocardium) ürəyin qalın, qüvvətli və əhəmiyyətli qişasıdır. Miokard miofibrillərin xüsusiyyətlərinə görə eninə zolaqlı əzələlərdən hesab olunmasına baxmayaraq, quruluş və fizioloji cəhətcə onlardan (sklet əzələlərindən) tamamilə ayrılır. Miokard sklet əzələlərindəki kimi dəstələr əmələ gətirməyib, əksinə şaxələnirlər və bir-birilə birləşirlər; odur ki, ürək əzələsi ümumiyyətlə, top (simplast) şəklini alır.Fizioloji cəhətcə ürək əzələsi qeyri-iradidir və ritmik yığılma qabiliyyətinə malikdir.Yəni qurluşuna görə skelet əzələsinə iş prinsipinə görə saya əzələyə bənzəyir.Miokard ürək divarı qalınlığının 7/10-ni təşkil edir.

Qulaqcıqların əzələsiQulaqcıqların əzələ qişası iki qatdan təşkil olunmuşdur: səthi və dərin.Qulaqcıqlar sistola etdikdə həlqəvi liflər yığılaraq, büzücü əzələ kimi, venaların ağzını möhkəm sıxırlar və nəticədə qulaqcığın sistolası zamanı qanın venalara qayıtmasına mane olurlar.qulaqcıqların vəzifəsi ağciyərlərdən və bədəndən qanı alıb mədəciklərə ötürməkdir.

Mədəciklərin əzələsiMədəciklərin əzələ qişası üç qatdan ibarətdir: səthi-boylama, orta-həlqəvi və dərin boylama qat. Bunların gördüyü iş qulaqcıqlarınkından olduqca artıqdır; ;sağ mədəciyin vəzifəsi onlara gələn qanı kiçik qan dövranına, sol mədəciyin vəzifəsi isə — böyük qan dövranına verməkdir. Sol mədəciyin divarı soğ mədəciyin divarından üç dəfə qalındır (sol mədəciyin divarının qalınlığı 10-15 mm, sağ mədəciyin isə 3-5 mm-ə bərabərdir). Bunun səbəbi mədəciklərin vəzifəsi ilə əlaqədardır. Sol mədəcik qanı böyük dövrana (uzaq məsafəyə) və sağ mədəcik kiçik dövrana (yaxın məsafəyə) yeritdiyi üçün, təbii ki, sol mədəcik sağdan qüvvətlidir.

Əzələ hüceyrəsiƏzələlərin qurluş və funksional vahidi miofibril adlanır.
Əzələ hüceyrəsi=əzələ lifi=miofibril
Əzələrin rəngi
Əzələ lifinin membranı=sarkolemma=əzələ qışası
Əzələrlər sarkoplazmadakı piqmentlərin  nəticəsində 2 rəngdə olur .
Qırmızı-Miohematin piqmentinin çox olması hesabına -gec yığılır,gec yorulur, davamlı olur.
Ağ-Miohematin piqmentinin az olması hesabına ağ görünürlər

Əzələ qrupları
  • Başın-mimiki və çeynəmə əzələləri
  • Govdənin əzlələri-boyun ,döş,qarın və arxa əzlələri
  • Yuxarı ətrafın əzələləri-çiyin bazu,said,əl
  • Aşağı ətrafın əzələləri-çanaq,bud,baldır,ayaq
İnsanda 640 əzələ var .Yetkin şəxslərin bədən kütləsinin 35-40% əzələlər təşkil edir.İnsanın təkcə üzündə 60(40-60) artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır. Başqa heç bir canlının üzündə bu sayda əzələ yoxdur.
İnsanın ən hərəkətli əzələləri göz əzələləridir. Göz əzələləri gündə təxminən 100.000 dəfə sıxılır. Gülümsəmək üçün 20,qaşqaldırmaq üçün 40,1adım atmaq üçün 54,1kəlmə söz danışmaq üçün 72 əzələ çalışır.
Ən güclü əzələlər dil əzələsi(çənə),
Ən böyük əzələlər isə Bud (qalça)(glutes) əzələləridir.
Ən kiçik əzələ  quladadadır(stadeus).
Ən üzün əzələ budu bükən və xaricə doğru itələyən (saritorius)dur.
Əzələlər bizim bədənimizin hissələrini hərəkətə gətirir. Əzələlərin 2 müxtəlif tipi var
1..Birinci tip əzələlər ancaq sizin beyniniz əmr edəndə işləyir.Siz stulu qaldıranda beyniniz sizin əllərinizdə və ayaqlarınızda olan əzələlərə siqnal göndərir.Bütün bu əzələlər bir yerdə işləyirlər və siz stulu qaldıra bilirsiniz.
2.İkinci qrupu isə hətta siz yatanda belə işləyir.Mədənizin əzələləri qidanı həzm edir,ürəyinizin əzələləri isə qanı damarlara qovmaqda davam edir.

Əzələlərin formaları
  • Uzun-hərəkət edən orqanlarda -ətraflarda çox olur.
  • Enli-gövdənin əzlələri-qarın əzələləri
  • Qısa-hərəkətaz tələb olan yerlərdə-fəqərələrdə
  • Dairəvi-təbii dəliklərin ətrafında-ağızətrafı,göz ətrafı

Əzələlərin işi və yorulmasıYığılma zamanı əzələlər müəyyən iş görür.Əzələlərin işi karbohidratların parçalanması nəticəsində ayrılan enerji hesabına baş verir.Uzun müddət fiziki işlə məşğul olduqda orqanizmin müvəqqəti olaraq iş qabliyyətinin aşağı düçməsinə və nəticədə  fizioloji yorulmaya səbəb olur.Yorulma mərkəzi sinir sistemi ilə bağlıdır,İlk dəfə olaraq sinir sisteminin yorulma prosessinə təsirini İ,M.Seçenov öyrənib.

QeydMimiki əzələrin  vətəri olur,dairəvi əzələlərin isə olmur.
Bazunun ikibaşlı əzləsi bükücü,3 baçlı əzləsi açıcıdır.
Budun 2başlı əzələsi bükücü,4başlı əzələsi açıcıdır.
Açıcı və büzücü əzlələr bir birinin əksinə (antoqonist) fəaliyyət göstərirlər


Mənbə: sirrler.blogspot.com/
Top