Vladimir Ulyanov Leninin əkiz qardaşı olub

Vladimir Ulyanov Leninin əkiz qardaşı olub

Sovet dövlətinin qurucusu olan Vladimir Ulyanov – Leninin Serqey adında doğma əkiz qardaşı olub.
O zamanlar bu haqda yalnız Leninin ən yaxın sirdaşları bilirmiş və Leninin özü də bu haqda gizli saxlayırdı.
Bu yaxınlarda tarixçilərin əlinə keçən Vladimir və Serqey Ulyanovların foto şəkili bir daha sübut etmişdir ki, Leninin əkiz qardaşının olması şaiyə deyil, həqiqət imiş. Serqey də Vladimir kimi ailənin sevimli övladlarından olub. Amma Serqeyin xasiyyəti və dünyaya baxışı Vladimirdən (Lenin) fərqli idi. O, heyvanları çox sevərmiş, bu səbəbdən də vegetarian olub. Yəni – heç vaxt heyvan, quş və balıq əti yeməyib. Həddi – buluğa çatanda əkiz qardaşların xasiyyətlərindəki və dünyaya baxışlarındakı fərq və ailədəki inqilabçı əhval–ruhiyyə onu ailədən ayrı salıb.
Serqey diplom aldıqdan sonra (16 yaşında) Ufa quberniyasına (Başqırdıstan) yollanır, orada yaşayır və Zöhrə adlı gözəl bir qızla evlənir. Valideynləri və əkiz qardaşı (Lenin) o zamanlar hər yana yayılmış yoluxucu xəstəlikləri əsas (bəhanə) gətirərək toya gəlmirlər.
Serqey 30 yaşında ikən mum alverindən böyük kapital əldə etmiş və 3 dəfə evlənmişdi. Ufa quberniyası isə onun doğma yerinə çevrilmişdi.
1905-ci il üsyanından sonra kommunist ideyalılar üçün həm maddi, həm də mənəvi cəhətdən çox çətin vaxtlar başlayır. 1906-cı ildə Vladimir İliç imkanlı qardaşı Seyqeyə belə bir məktub yazır: “ Əgər maddi vəsait olmasa, inqilab məhv olar. Inqilabın yaşaması üçün maddi köməyini əsirgəmə...” Bu məktubdan sonra Serqey özünün mum ehtiyatının hamısını sataraq böyük miqdarda pul əldə edir və həmin pulları da götürüb, Petroqrada qardaşı Vladimirin (Lenin) yanına yollanır. Serqey də inqilaba qoşulur. Həmin vaxtlar Vladımir qarşıda (1917-ci il) böyük inqilaba hazırlaşırdı.

Böyük Oktyabr Sosialist İnqilabı zamanı Serqey və Vladimir qardaşları birlikdə çiyin-çiyinə idilər. Vladimir həmişə qardaşının məsləhətlərinə diqqətlə qulaq asar və həmişə də deyərdi: “ – Biz bir yerdə olanda – böyük bir gücük...” Bu haqda Nadejda Konstaninovna Krupskaya da öz xatirələrində dəfələrlə qeyd etmişdir.
Əkiz qardaşlar – Serqey və Vladimirlə(Lenin) bağlı məzəli əhvalatlar da az olmayıb. Belə ki, bir dəfə Serqey Kremlə buraxılış vəsiqəsi düzəltdirərkən onun şəkilinə baxıb Lenin olduğunu zənn edərək, onun vəsiqəsinə səhvən “Lenin V.İ.” yazıblarmış. Həmin vəsiqə hal-hazırda “İnqilab Müzeyi”ndə saxlanılır.

Oktyabr İnqilabının tam qələbəsindən və Sovet İttifaqı yaranandan sonra Sergey Ulyanov yenidən Ufa quberniyasına qayıdır və orada maarifçilik işləri ilə məşğul olur.
Leninin vəfatından, Stalinin hakimiyyətə gəlməsindən sonra Lenin həmfikirlərinin “ov”una başlandı. Bu “ov”a ilk olaraq Serqey Ulyanov tuş gəlir. Serqey Stalinin bu planından duyuq düşür və repressiya qurbanı olmamaq üçün Sovet Ölkəsini tərk etmək məcburiyyətində qalır. O, gizli olaraq ölkəni tərk edərək Litvaya qaçır. Sonra oradan Rumıniyaya, oradan da İsveçrəyə keçir.

Serqey İliç Ulyanov Isveçrədə olarkən öz gündəliyində belə yazmışdır: “ – Mən repressiyanın qurbanı olmamaq üçün ölkəmi tərk etmək məcburiyyətində qaldım. Ölkəmə lazımınca qulluq edə bilmədim və qardaşımın başladığı işləri davam etdirə bilmədim...”
Sonralar bir çox ölkələrdə və bir neçə dildə Serqey İliç Ulyanovun gündəlik və xatirələri əsasında tərtib olunmuş kitablar çap edilərək oxucuların ixtiyarına verilmişdir.
Sonralar bu məlumatların yalan və şəkillərin düzəldilmə olduğu qeyd edildi.
Top