sorğu

sorğu

Sorğu keçirməyi qərara aldıq. Əlimizdəki qələmi onlara göstərir:
— Xanım, bu qələm nə rəngdədir? (Qələm göy rəngdədir).
— Bilmirəm, mənə nə?
— Qəşəng qız, bu qələm nə rəngdədir?
Bir qədər laqeydcəsinə:
— Bəlkə də göydür. Amma qara da yaza bilər. Bilmirəm qırmızıya da bənzəyir. Yəni fərqi var ki?

Ortayaşlı bir qadın (gülümsəyərək):
— Desəm nə verərsiniz mənə?

Cavan oğlan :
— Əşıı, əcəb sualdı verirlər. Mənə bir faydası var ki?

Daha bir şəxs:
— Bala, işin-gücün yoxdur, bəyəm?

Budur, heç kəs özünə aid olmayan qələmlə maraqlanmadı. Məgər söhbət bir «qələm»dənmi gedir?! Qələm olmasın, kitab olsun, dəftər ya hər hansı futbol topu. Məsələ burasındadır ki, heç kəs özünə aidiyyatı olmayan bir işlə maraqlanmır. Daim gözləyir ki,, ona nəsə etsinlər. Bir anlıq özünüzə sual verin: " Mən başqası üçün nə etmişəm?". Çoxları nəyinki özünə bu sualı verməyəcək. Hələ bir ədəb-ərkanla " nəsə etməliyəm ki?" — deyə öz təəccübünü bildirəcək. Nə isə...  Bu da bir qələmin taleyi. Amma unutmayın ki, hər şey elə əlimizdəki «qələm»dən başlayır.

Müəllif: Zeynalova Vüsalə. M
Top