Yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir (360°: 24 = 15°). Nəticədə hər biri 15°-dən ibarət olan 24 saat qurşağı ayrılır. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. 1924-cü il beynəlxalq sazişinə əsasən, ortasından Qrinviç meridianı keçən saat qurşağı sıfırıncı (eyni zamanda XXIV) saat qurşağı qəbul olunmuşdur. Yer kürəsi qərbdən şərqə doğru fırlandığına görə saat qurşaqlarının sırası da şərqə doğru artır.
Saat qurşaqlarının sərhədi əksər hallarda meridianlar üzrə aparılmır. Dövlət və ya vilayət daxilində vaxtdan səmərəli istifadə məqsədilə qurşaqlar sərhədi müvafiq dövlətlər və ya vilayətlərin inzibati sərhədinə əsasən çəkilir.
Qonşu qurşaqlar arasında vaxt fərqi 1 saatdır. Şərqdə yerləşən qurşaq qərbdəkindən 1 saat irəli olur. Saat qurşaqlarının sərhədi qurşağın ortasından keçən (bu meridianlar 15-ə tam bölünən rəqəmlərlə ifadə olunur) orta meridiandan şərqə və qərbə doğru 7°30' arasında olur.
XII saat qurşağının ortasından keçən 180°-lik meridian üzrə beynəlxalq təqvim vaxtının dəyişilməsi xətti (a) keçir.
Saat qurşaqlarına əsasən orta meridianı təyin etmək üçün saat qurşağının nömrəsi 15-ə vurulur. Cavab 180°-dən böyük olarsa, məntəqə Qərb yarımkürəsində yerləşir. Məntəqənin yerləşdiyi coğrafi uzunluğu müəyyən etmək üçün alınan rəqəm 360°- dən çıxılır.
Məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzunluğu 15°-yə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur. Məsələn, Bakı şəhəri 50° ş.u.-da yerləşir. Bakının hansı saat qurşağında yerləşməsini müəyyən etmək üçün: 50°: 15° = 3. Qalıq 7,5°-dən az olduğuna görə Bakı şəhəri III saat qurşağındadır.
Məntəqə Qərb yarımkürəsində yerləşirsə, onun coğrafi uzunluğu 15°-ə bölünür. Əgər qalıq 7,5°-dən çox olarsa, cavabın üzərinə 1 əlavə olunur və alınan cavab 24-dən çıxılır.
Məsələn, A məntəqəsinin coğrafi koordinatları 35° c.e. və 83° q.u.-dur. Məntəqənin hansı saat qurşağında olduğunu təyin etmək üçün 83°: 15° = 5. Qalıq 7,5°-dən çox (8) olduğuna görə 5 + 1 = 6. A məntəqəsi Qərb yarımkürəsində yerləşdiyinə görə 24 – 6 = 18. A məntəqəsi XVIII saat qurşağındadır.
A mәntәqәsi III, B mәntәqәsi isə XX saat qurşağının orta meridianı üzərində yerləşir.
Müәyyәn edin: – A və B məntəqələri hansı coğrafi uzunluqda yerləşir?
İzahı: Saat qurşaqlarına əsasən məntəqənin coğrafi uzunluqlarını təyin etmək üçün yerləşdiyi saat qurşağını 15°-yə vurmaq tələb olunur. Alınan cavab 180°-dən böyük olduqda, rəqəm 360°-dən çıxılır və məntəqənin Qərb yarımkürəsində yerləşməsi qeyd olunur.
Hәlli:
– A mәntәqәsinin yerləşdiyi coğrafi uzunluq: 3 × 15 = 45° ş.u
– B mәntәqәsinin yerləşdiyi coğrafi uzunluq: 20 × 15 = 300; 360 – 300 = 60° q.u.
2 A mәntәqәsindә saat 10:00-dır. Məntəqə III saat qurşağında yerləşir. B mәntәqәsi isə IX saat qurşağındadır. B məntəqəsində saat neçədir?
İzahı: Qurşaqlar arasında vaxt fərqini təyin etmək üçün saat qurşaqlarının nömrələri arasında fərq müəyyən edilir. Məntəqələr eyni yarımkürədə olarsa, onların yerləşdiyi saat qurşaqlarının nömrələri çıxılır, müxtəlif yarımkürələrdə olduqda isə toplanır. Məntəqələr fərqli yarımkürələrdə olduğu halda Qərb yarımkürəsindəki saat qurşağının nömrəsi 24-dən çıxılır və şərqdəki ilə toplanır.
Hәlli:
1. Saat qurşaqları arasındaki fərq: 9 – 3 = 6 saat
2. B məntəqəsi A-dan şərqdə yerləşdiyinə görə B-də vaxt irəlidir: 10 + 6 = 16 saat.
3 K mәntәqәsindә saat 15:00-dır. Məntəqə V saat qurşağında yerləşir. D mәntәqәsi isə XXI saat qurşağındadır. Məntəqələr arasında qurşaq vaxtı fərqini və D məntəqəsində günün vaxtını tapın:
1. Saat qurşaqları arasındakı fərq: (24 – 21) + 5 = 8.
2. D məntəqəsi qərbdə olduğuna görə orada vaxt daha geridədir: 15 – 8 = 7 saat.
Hәlli: T məntəqəsinin yerləşdiyi saat qurşağı:
70°: 15° = 4 (qalıq 10) 4 + 1 = 5. (V)
K məntəqəsinin yerləşdiyi saat qurşağı: 95°: 15° = 6; 24 – 6 = 18°. (XVIII)
Saat qurşaqları arasındakı fərq: (24 – 18) + 5 = 11.
K məntəqəsində vaxt: 16 – 11 = 500 saat.
Mənbə: Coğrafiya – 9. Ümumtəhsil məktəbləri üçün dərslik.
Müəlliflər: Elbrus Əlizadə, Nərminə Seyfullayeva, İrkən Aktoprak, Yelena Şabanova