Yağışlı havalarda gördüyümüz göy qurşağı günəş şüalarının yağış damcılarında və ya dumanda əks olunması və sınması ilə meydana gələn, işıq spektri rənglərinin yay formasında göründüyü meteoroloji hadisədir. Göy üzündəki bu möhtəşəm rəng nümayişi əslində Günəşin güzgü rolu oynayan su damcıları tərəfindən əks etdirilən görüntüsüdür. Çünki ağ rəngdə gördüyümüz günəş şüaları əslində rənglidir. Göy qurşağı qırmızı, narıncı, sarı, yaşıl, açıq mavi, tünd mavi və bənövşəyi kimi əsas rənglərdən ibarət olur. Bu rənglər günəş şüası prizma rolu oynayan su damcılarının içində keçdikdə meydana gəlir. Çünki su işığı sındırır. Suyun işığı sındırmasının təsiri ilə rənglər müxtəlifləşir. Ayrılan rənglər yağış damcısının arxasında əks olunur və damcının içindən keçərək digər tərəfə əyilərək çıxırlar.
İşıq: göy qurşağının əmələ gəlməsi üçün lazımi ilkin şərt işıqdır. Ona görə, əvvəlcə, Günəşdən gələn şüalar rəng əmələ gətirmək üçün müəyyən dalğa uzunluğunda olmalıdırlar. Günəşin yaydığı bütün şüaların içindən ancaq “görünən işıq” adlandırılan bu işığın yer üzünə gəlmə ehtimalı 1025-də 1-dir. Bu inanılmaz ehtimal reallaşır və göy qurşağının rənglərinin əmələ gəlməsi üçün lazımi şüalar Günəşdən Yerə çatır.
Zərərli şüaları süzən atmosfer: Günəşdən gəlib kosmosa yayılan işıq, əslində, göz üçün zərərli xüsusiyyətlərə malikdir. Odur ki, Yerə çatan işığı gözün rahatlıqla qavraması və zərər çəkməməyi şərtdir. Bunun üçün də şüalar süzgəcdən süzülməlidir. Bu nəhəng süzgəc Yeri əhatə edən atmosferdir.
Günəşlə üfüqün kəsişmə bucağı: Günəş zenitdə olduqda göy qurşağını görmək olmaz. Çünki göy qurşağının görünməsi üçün Günəşlə üfüqün kəsişmə bucağı ən az 42º olmalıdır.
Su damcıları: atmosferdən keçən işıq su damcılarının içinə girir. Ancaq damcılar bu işığı əks etdirməlidir. Ona görə, damcı içinə girən işığı udmayıb əks etdirən xüsusiyyətdə olmalıdır. Bunun üçün su damcılarının quruluşu da şüa ilə rəng meydana gətirəcək şəkildə işığa uyğun olmalıdır. Bu şərt də reallaşarsa,
Günəşdən gələn işığı sındıran su damcıları asanlıqla yeni işıq spektrini əks etdirər.
İşığın su damcıları içində müxtəlif bucaq altında sınması: göy qurşağı rənglərinin son mərhələsi isə gələn işıq şüalarının kürəvi formada olan su damcılarının içində sınaraq bir neçə daxili yansımadan sonra yavaşca istiqamətini dəyişməsi və damcının içindən fərqli istiqamətdə çıxması ilə meydana gəlir. Hər biri fərqli rəngdə olan bu şüaların son istiqaməti kəsişmə bucağı etibarilə ilk işıq şüasından fərqlidir. Günəşdən gələn ağ işıq fərqli dalğa uzunluqlarında bir çox rəngdən ibarət olduğuna görə, damcının içinə girdikdən sonra daxili yansıma ilə damcının içindən çıxdıqda 40.5º-42º arasında dəyişən rənglərə ayrılır, ən içəridə bənövşəyi, ən kənarda qırmızı olmaqla, rənglər sıralanır.
Göründüyü kimi, göy qurşağının əmələ gəlməsi üçün çox dəqiq və bir-birinə bağlı əməliyyatlar lazımdır.
Belə rəng ardıcıllığının və ahəngin təsadüfən əmələgəlmə ehtimalının olmadığı isə çox açıqdır. Belə bir sistemin tədricən meydana gəlməsi də qeyri-mümkündür. Çünki gözləyərək və ya təsadüflərlə rəngli göy qurşağı əsla meydana gəlməz. Bu mükəmməl sistem ancaq xüsusi dizayn nəticəsində ortaya çıxır ki, bu, onun yaradıldığını göstərir.
İşığı əks etdirmə formasına görə bir neçə növ göy qurşağı əmələ gəlir: Allah’ın yaratdığı göy qurşağı müxtəlif formalarda olur. Göy qurşaqları içində ən çox rast gəlinəni yağış damcısında bir işıq şüasının sınması ilə meydana gələnlərdir. Parlaq, aydın rənglərə malik bu göy qurşağı növünə “ilkin göy qurşağı” deyilir. Göy qurşağının bu növündə rənglər bənövşəyi ən içəridə, qırmızı ən kənarda olmaqla sıralanır.
Bəzən işığı daha zəif olan ikinci göy qurşağı əmələ gəlir. İkinci göy qurşağının əmələ gəlməsinə səbəb isə işığın yağış damcısının içində iki dəfə əks olunmasıdır. İşıq daxili səthin ətrafından keçərək gedir və çıxmadan əvvəl ilk girdiyi yerin üzərindən çarpaz keçir. İki dəfə əks etdirilmiş şüalarla ilk işıq spektrinin kəsişmə bucağı 510-540 arasında dəyişir. İşıq spektrləri iki dəfə əks olunduqdan sonra öz yolları üzərindən çarpaz keçdiklərinə görə ikinci göy qurşağının rəngləri içəridə qırmızı, kənarda bənövşəyi olmaqla sıralanır, yəni rənglər birinci göy qurşağının rənglərinin əksinə düzülür. İşıq spektrləri hər dəfə əks olunduqda gücünü bir az itirdiklərinə görə, rənglər ilk göy qurşağındakına nisbətən solğun olur.
Habelə, ancaq dar qırmızı və ya qırmızı-yaşıl rəng zolaqlarından ibarət bəzi kiçik qurşaqlar da əmələ gəlir. Bunlar birinci göy qurşağının daxili tərəfində və ikincinin kənarında görünürlər.
Göy qurşağı hər insan üçün ayrıca tək-tək yaradılan işıq oyunudur: göy qurşağının əmələgəlmə mexanizmi eyni olsa da, görüntüsü hər insan üçün fərqli yaradılır. Bir insanın gördüyü qurşaq günəşdən o insanın gözünə uzanan şüa üzrə su damcılarının içində sınan işıqdır. Bu insanın yanındakı başqa insanın gördüyü zolaq isə həmin insan üçün ayrıca yaradılır. Çünki işıq spektrləri fərqli tərəflərdən əks etdirildiyinə görə, hər insan üçün fərqli göy qurşaqları meydana gəlir. Ona görə göy qurşağı əmələ gəldikdə orada olan adamların sayı 1000 nəfərdirsə, əslində, 1000 fərqli göy qurşağı olur.
Göy qurşağı daima uzaqdadır: göy qurşağının yerlə kəsişdiyi uc hissəsi uzaqdan görünsə də, heç vaxt həmin uc hissəyə çatmaq mümkün deyil. Çünki göy qurşağına doğru yeridikcə o, insandan uzaqlaşır. Bunun səbəbi yağış damcısı ilə günəş şüasının yerlə kəsişmə bucağı arasındakı əlaqədən qaynaqlanır. İnsan göy qurşağına yaxınlaşdığını düşündükcə həmin su damcıları yerdə görünməz olur.
Göy qurşağı halqa formasındadır: Göy qurşağı halqa formasında olmasına baxmayaraq, həmişə yarımdairəvi görünür. Çünki yerdən müşahidə etdikdə Günəş üfüqün üzərində olduğuna görə göy qurşağının alt yarısından da böyük hissəsi yerin üstündə gözdən itir. Gözdən itmə iki cür baş verir. Baxılan nöqtə yerə çox yaxın olduğuna görə, burada kifayət qədər damcı yoxdur, ona görə, görüntü yerdə itir və ya kifayət qədər su damcısı var, ancaq yerin görüntüsü zəif göy qurşağının seçilməsinə mane olur. Lakin göy qurşağına təyyarədən və ya hündür dağın təpəsindən baxdıqda tam dairə formasında görünür.