Atmosfer təzyiqi və onun ölçülməsi

Atmosfer təzyiqi və onun ölçülməsi

Yeri əhatə edən qaz təbəqəsinin öz ağırlığı olduğuna görə, yerin hər hansı bir nöqtəsinə təzyiq göstərir. Hava öz-özlüyündə çox (sudan 770 dəfə) yüngüldür. Bir kub metr havanın 1,3 kq ağırlığı vardır. Bir litr hava isə 1,3 qr-dır.  Bu rəqəmləri biz, havanın dəniz səthi səviyyəsində, yəni normal təzyiq 760 mm və 0°-li tempe¬raturda çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin onun tutduğu həcminə olan nisbətinə onun sıxlığı deyilir. Bitkilərin inkişafıns və heyvan orqanizminə atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava təzyiqi, hava kütlə¬ləri təzyiq çox olan yerdən onun az olduğu yerə hərəkət etməsilə əlaqədardır.
Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə də¬yişir.
Atmosfer təzyiqinin ölçülməsi
Atmosfer təzyiqinin ölçülməsi böyük əhəmiyyətə malikdir. Dəniz səthi üzə¬rində normal təzyiq 0º-də 760 mm civə sütununa bərabərdir. Atmosfer təzyiqinin öl¬çü vahidləri millimetr (mm) və ya millibarlar (mb) ilə göstərilir. Son zamanlar təzyiqin mütləq vahidi olan millibarlar ilə göstərilir. Bir sm2 səthin üzərinə düşən bir milyon dina təzyiqə bar deyilir. 1000 mb-750 mm-ə bərabərdir. Civə cütununun 1 mm 1,3332 mb, yuvarlaq ədədlə 1,3 mb-a bərabərdir.
Atmosfer təzyiqini ölşmək üçün şkalaları mm, yaxud mb bölünmüş baro-metrlər işlədilir, bunların aşağıdakı növləri yayılmışdır: civəli (kasalı) barometr, aneroid və baroqrafdır.

Kasalı barometrin quruluşu
Bu barometrdə yuxarı tərəfdən lehimlənib civə ilə doldurulmuş şüşə borunun  aşağı ucu, içində civə olan dəmir yaxud mis kasaya salınmışdır. Kasada xaricdən hava keçməsi üçün vintlə bağlanan dəlik vardır. Kasadakı civənin səviyyəsi bu və ya başqa yerdə havanın təzyiqindən asılı olur.
Havanın təzyiqi civə sütununun hündürlüyünə görə təyin edilir. Barometrin şüşə borucuğuna nikellənmiş mis boru geydirilmişdir. Mis borunun içərisində, civə¬nin səthinin müşahidə etmək üçün iki yarıq açılmışdır.
Qabaq yarığın bir tərəfində mis borucuğun üstündə gümüş suyuna çəkilmiş və bölgüləri olan şkala vardır.
Mis borunun bu hissəsinin içində halqa yerləşdirilmişdir: onun qabaq boş¬luğuna, dişli çarx və başcığı olan dişli səttarə vasitəsilə yuxarı və aşağıya hərəkət edən nonius keçirilmişdir. Başlıqdan  aşağı, mis borunun orta hissəsində termometr qoymaq üçün  yer açılmışdır.
Barometr divara möhkəm bərkidilmiş xüsusi şkafdan asılır. Barometr şkafın arxa divarına vintlə bərkidilir və hakqa vasitəsi ilə qayka ilə sıxılan boltdan asılıdır.

Aneroid barometr. Cihazın quruluşu
Bu cihaz havası şıxarılmış metal barometr adlanır. Bunun qəbuledici his-sələri, havası təxminən çıxarılmış və üzvi büzməli metal yaxud da plastik kütlədən qayrılmış qutunun işərisində yerləşir.
Atmosfer təzyiqi girdə metal, yaxud plastik kütlədən qayrılmış qutunun içə¬risində yerləşir. Atmosfer təzyiqi bu qutunu sıxmağa çalışır, lakin ona qutunun içərisində qoyulan və qutunu içəri tərəfdən genişləndirməyə çalışan yay  mane olur.
Girdə qutuda olan yay sisteminin müqaviməti atmosfer təzyiqinin qiymət¬lə¬rinə mavafiqdir.Girdə qutunun şəklinin dəyişməsi linglər sistemi vasitəsi ilə şkalalı siferblat üzərində hərəkət edən əqrəbə təsir edir.
Aneroidin siferblatında termometr yerləşdirilmişdir ki, bunun vasitəsi ilə cihazın özünün və qoyulduğu yerin temperaturunu ölçürlər.
Aneroiddə temperatur artdıqda yayların elastikliyi azalır. Bu zaman qutu yaylara təzyiq edir və şkalada təzyiqin artması müşahidə olunur. Cihazın bu xüsu¬siyyətini nəzərə alaraq, son zamanlar cihaz hazırlanarkən ya aneroid qutusunda mü¬əy¬yən miqdar qaz saxlayırlar, yaxud da bimetal qolcuq düzəldirlər.
Aneroid barometr sırasına deformasion və yüksəklik ölçən barometrlər də daxildir, bunların təzyiq qəbuledicisi membranlı qutudan və ya boru şəkilli yay¬larda ibarət olur.
Yüksəklikölşən barometr daxili quruluşuna görə, aneroid barometrə oxşayır. Bu barometr, aneroiddən yalnız yüksəklik ölşməsi ilə, həm də yüksəkliyi və təzyiqi təyin etmək üçün iki şkalasının olması ilə fərqlənir. Bu cihazla müşahidə aparan zaman, onu üfiqi vəziyyətdə qoyub əvvəlcə temperatur qeyd edilir, sonra isə ane¬roidi örtən xarici şüşə qapama barmaqla yavaşca vurub, hesabat aparmazdan əvvəl onu çərçivə dairəsi ilə birlikdə elə çevirmək lazımdır ki, indeksin iti ucu yeksəkliyi göstərən əqrəblə eyni səviyyədə olsun. Bundan sonra hər iki göstərici əqrəb üzrə hesablanır.

Baroqrafın quruluşu. Cihazən quruluşu
Baroqrafın qəbuledici hissəsini sütuncuq şəklində bir-birinin üstünə bər-ki¬dilmiş aneroid qutuları təşkil edir. Bu sütuncuğun əsası cihazın taxtasına bərki¬dilmişdir.Hava təzyiqinin dəyişməsi nəticəsində sütuncuğun yuxarı ucu yerini də¬yişdirir və bu təsir 40 dəfə artaraq, linglər sistemi vasitəsilə qələmə verilir. Aşağı tərəfdə cihazın dəzgahında olan vinti döndərməklə qələm yuxarı və ya aşağı çə¬kilir. Yazıcı hissənin quruluşu belədir. Cihazın metal lövhəsi üzərinə ox bər¬ki¬dil¬miş¬¬dir, buna saat mexanizmli baraban taxılmışdır. Hərəkəti barabana ötürən dişli çarx öz oxuna möhkəm oturdulmamışdır: o öz oxu ətrafında bir qədər sürtünərək hərlənir. Buna görə biz saat müxanizminə zərər yetirmədən barabanı hər iki tərəfə hərləndirə bilərik.
Barabanın qapağında ortada əsas oxu taxmaq üçün deşik, saat mexanizmini qurmaq üçün açar yeri və saat mexanizminin gedişini düzəltmək üçün yer vardır.
Meteoroloji stansiyalarda gündəlik dövr edən barabanlar daha çox işlədilir. Lent, barabana yay vasitəsilə bənd edilir. Lent, barabanın xüsusiyyətindən asılı olaraq, gündə və ya həftədə bir dəfə dəyişdirilir.
Cihazın qutusunun qapağını açıb qol saatı ilə vaxtı qeyd etdikdən sonra lent qələmlə nişanlanır. Appetirlə birləşdirilmiş ling vasitəsi ilə qələm barabandan kə¬na¬ra çəkilir, baraban oxdan çıxarılır.
Barabandan yayı çəkib, yuxarı tərəfdən lenti nişanladıqdan sonra onu çıxa¬rırlar. Saatı qurmaq vaxtı çatdıqca, onu qururlar. Təzə lent yay vasitəsi ilə silindrə kip yatırdılmalıdır.
Atmosfer təzyiqi artan zaman qələm lentin üzərində yüksək rəqəmləri və ək¬sinə təzyiq azalan zaman aşağı ölşüləri göstərir.
Qeyd etmək lazımdır ki, baroqraf havanın vəziyyətini bir neçə saat qabaq verməkdə yeganə cihaz sayılır, ona görə bu cigazın təsərrüfatda olması vacibdir.
Təzyiqin hündürlüyə görə dəyişməsi. Barik pillə
Barometrlə nivelirləmə zamanı müəyyən yerin digər yerdən nə qədər yüksək olduğunu təzyiq ölçüləri ilə təyin etmək olar.
Barometrlə nivelirləmə vasitəsi ilə əkin sahələrinin mikroiqlim xüsusiyyə-tlərini müəyyənləşdirməklə texniki, meyvə və tərəvəz bitkilərinin becərilməsi üçün uyğun aqrotexniki tədbirlərin səmərəli surətdə seçilməsinə şərait yaratmaq olar.
Barometrlə nivelirləmə aşağıdakı düsturdan istifadə edilir:


Məsələn: tutaq ki, atmosferin təzyiqi 1000 mb, temperaturu 5°C olmuşdur.

Hər 8 m yuxarı qalxdıqca 1 mbar təzyiq aşağı düşür.
Burada: h –iki yerin metr ilə səviyyəsinin fərqi; P – aşağı və yuxarı səviyyəli yerin təzyiqi; 0,004 – havanın genişlənmə əmsalı; t – yuxarı və aşağı səviyyəli yerlərin orta temperaturu; 800 – daimi vyrma rəqəmidir.
 
Bu düsturdan istifadə edərək aşağıdakı üç məsələni həll etmək olar:
1)    iki yerin arasındakı yüksəklik fərqi (metrlə);
2)    havanın təzyiqi 1 mm dəyişən yüksəkliyi;
3)    dəniz səviyyəsində hava təzyiqi.
Birinci məsələni həll etmək üçün aşağı və yuxarı səviyyəli yerlərin hava təzyiqini bilməklə, hər iki yerdə havanın orta temperaturunu da müəyyən etmək lazımdır.
Barometrlə nivelirləmə vasitəsi ilə təsərrüfat sahəsində olan müxtəlif nöqtə¬lərin hündürlüyünü tapdıqdan sonra, xəritə üzərində həmin nöqtələrin bərabər rə¬qəm¬lərini birləşdirməklə müxtəlif hündürlüklərin əyrilərini çəkmək olar.
Bu üsuldan istifadə edərək ərazini xarakterizə edən relyef, yaxud hipso-met¬rik xəritə tərtib etmək olar.
İkinci məsələni həll etmək üçün iki müxtəlif səviyyəli yerdən birinin hava-sının temperaturunu və təzyiqini bilmək lazımdır.
Üçüncü məsələnin həllində, əvvəlcə barometrik pillə müəyyən edilir, yəni 10,7 m yuxarı qalxdıqda təzyiq 1 mm azalacaq və əksinə 10,7 m aşağı düşdükdə, təzyiq 1 mm artacaqdır. Barometrik pilləni yuxarıda göstərilən düstur vasitəsi ilə həll etməz olar.
Barometrik pillə müəyyən olandan sonra  olan yüksəklikdə yerin səviyyəsi ilə dəniz səviyəsindəki təzyiq fərqi və sonra dəniz səviyyəsində təzyiq hesablanır.
Atmosfer təzyiqinin paylanması
Atmosfer təzyiqi qanunauyğun olaraq, aşağıdan-yuxarıya doğru qalxdıqca azalmağa başlayır, orta hesabla hər 100 m yuxarıya qalxdıqca 10-11 mm azalır. At¬mosfer təzyiqi yer kürəsinin səthində də hər yerdə eyni deyildir. Hava xəritələrində təzyiqin yayılması izobarlarla işarə edilir. İqlim, yaxud hava xəritələrində atmosfer təzyiqi bərabər olan nöqtələri birləşdirən xətt çəkilir ki, buna da izobar xətti deyilir. İzobar xətləri dünya, yaxud müəyyən nöqtənin xəritəsində dəniz səviyyəsində atmosfer təzyiqinin paylanmasını göstərir.
Yer kürəsi üzərində atmosfer təzyiqi paylanmasının iki əsas növü var. Birinci növ təzyiq sistemi mərkəzində ən az təzyiq olan, ətrafa getdikcə təzyiq get-gedə artan sahədir.
İkinci növ təzyiq sistemi isə mərkəzində ən çox təzyiq olan, ətrafa getdikcə təzyiq get-gedə azalan sahədir.
Top