Atmosferdə su buxarının kondensasiyası və sublimasiyası məhsullarının toplanmasına bulud deyilir. Formasına görə buludlar 3 cür olur:
Buludlar haqqında daha bir video(əvvəli lazımsızdır,30-cu saniyədən baxın):
Buludlu günlər ən çox qütb qurşağında və ekvatorda, ən az isə quraqlıq rayonlarında və səhralarda olur. Yağıntı və ya atmosfer çöküntüsü atmosferdən Yer səthinə tökülən maye və ya bərk sudur. Yağıntı həm buluddan, həm də havadan tökülür.
1. Laylı buludlar - 2 km hündürlükdə yaranan buludlardır. Bu buludlar göy üzünü tam örtə bilərlər. Əsasən qışda üstünlük təşkil edir.
2. Topa buludlar - qızmar rütubətli havanın sürətlə yuxarı qalxması nəticəsində 8-10 km hündürlükdə yaranır.
3. Lələkvari buludlar - daha hündürdə (10-12 km) əmələ gəlir. 0°C temperaturdan aşağı bir şəraitdə yarandığından buz kristallarından ibarət olur. Əsasən qışda formalaşır.
Buludun yaranması üçün ən əsas şərtlərdən biri atmosferdə asılı vəziyyətdə olan bərk (bitki sporları, dənizdən daxil olan duzlar) maddələrdir. Onlar buludun yaranması üçün nüvə rolunu oynayırlar.
Buludluluq faizlə və ya 10 ballıq sistem üzrə ölçülür. 1 bal səmanın görünən sahəsinin l/10-nə və ya 10%-nə bərabərdir. Əgər göy üzü tam buludla örtülərsə, buludluluq 10 bal səmada bulud yoxdursa, 0 bala bərabərdir.
Tərkibinə görə buludlar sulu. buzlu və qarışıq olurlar.
Buludluluğun əhəmiyyəti; - qışda yeri soyumaqdan, yayda qızdırmaqdan qoruyur. Düz radiasiyanın qiymətini azaldır. Fiziki aşınmanı zəiflədir.
Buludluluq havanın qalxan hərəkətində, alçaq təzyiq sahəsində, sahil boyunda daha çox olur. Sahildən materikin içərisinə doğru buludluluq azalır. Yüksək təzyiqdə, havanın enən hərəkətli rayonlarında, materikin daxili hissəsində buludsuzluq hökm sürür. Nəticədə aydın hava, yüksək sutkalıq temperatur amplitudu, fiziki aşınma hökm sürür.Yağıntılar
I. Havadan tökülən yağıntı (duman, şeh, qırov, sırsıra)
1. Duman - Yer səthinə yaxın hava qatında mikroskopik su damcılarının və ya buz kristallarının toplanmasıdır. Duman da bulud kimi su buxarının kondensasiyası nəticəsində yaranır. Lakin duman Yer səthinə yaxın, bulud isə Yer səthindən yüksəkdə formalaşır.
2. Şeh - gecə açıq, buludsuz, sakit havada Yer səthinin soyuması nəticəsində 0° C-dən yuxarı temperaturda su buxarının kondensasiyalaşmasıdır. Əsasən yayda yaranır.
3. Qırov - Əgər Yer səthinin soyuması mənfi temperatura qədər davam edirsə, onda sublimasiya nəticəsində qırov yaranır. Qırov yazın əvvəli və payızın sonu daha çox olur.
4. Sırsıra - qışda şaxtalı, sakit havada sublimasiya nəticəsində ağac, məftil və s. üzərində yaranan ağ rəngli, yüngül buz kristallarıdır.
II. Buluddan tökülən yağıntı (yağış, dolu, qar)
1. Yağış - ölçüsü 0,1-7 mm arasında olur.
2. Dolu - yayda isti havada yuxarı sürətlə qalxan su buxarı sublimasiya nəticəsində buz dənələrinə çevrilərək sürətlə yerə tökülür. Əgər bu buz dənələri yerə çatınca əriməyə imkan tapmırsa, dolu yağır. Dolu subtropik və mülayim qurşaqlar üçün səciyyəvidir. Təsərrüfata güclü ziyan vurur.
3. Qar – temperatur 0°C-dən aşağı olduqda laylı və lələkli buludlardan tökülən altı üzlü buz kristallarıdır. Subtropik, mülayim, subarktik və arktik iqlim qurşaqları üçün səciyyəvidir.
Yağıntı yağıntıölçən cihazı ilə ölçülür. Yağıntılar Yer səthində qeyri-bərabər paylanır. Xəritədə eyni yağıntıya malik məntəqələri birləşdirən xəttlərə izogiyetlər deyilir. Yağıntının miqdarı aşağıdakı amillərdən asılıdır:
1. Coğrafi enlikdən - sahildən materikin daxilinə doğru yağıntı azalır;
2. Dəniz və okeanlara yaxınlıqdan isti okean cərəyanları sahildə rütubət, soyuq cərəyanlar isə quraqlıq (səhra) yaradır:
3. Relyefdən - ən bol yağıntı dağ yamaclarına düşür. Yüksəklik artdıqca yağıntı azalır.
4. Hakim küləklərin istiqamətindən:
5. Təzyiq sahəsindən - alçaq təzyiq sahəsində yağıntı çox, yüksək təzyiq sahəsində isə az düşür:
6. Ərazinin yerləşməsindən - ətrafında sıra dağların, okeanın, düzənliyin və s. olmasından.
Dünyada 4 yağıntı qurşağı var:
1. Ekvatorial - dünyada yağan yağıntının yarısı bura düşür. Buna səbəb bu zonada alçaq təzyiqin və havanın qalxan hərəkətli olmasıdır. Ekvatorial zonaya il boyu 2000 mm yağıntı düşür;
2. Tropik - yüksək təzyiqin və havanın enən hərəkətli olmasından bura yağıntı az düşür (200-500 mm):
3. Mülayim - alçaq təzyiqin və havanın qalxan hərəkətli olmasından yağıntının miqdarı artır (700-800 mm);
4. Qütb -yüksək təzyiq olduğundan yağıntı çox az miqdarda və yalnız qar şəklində düşür (100-200 mm).
Yer səthində orta illik yağıntı 1120 mm-dir. Maksimum yağıntı Hindistanın Çerrapunci məntəqəsinə 12-13 min mm (bəzən 23 min mm) düşür. Buna səbəb Hind okeanından əsən rütubətli musson küləklərinin Himalay dağları tərəfindən qarşısının alınmasıdır. Dünyada 2-ci rütubətli yer Havay (ABŞ-da) adalarıdır. Dünyada ən az yağıntı Misirin Asuan məntəqəsinə və Atakama səhrasına (0 mm) düşür.