Böyük mağazaların yaradıcısı - Aristid Busiko

Böyük mağazaların yaradıcısı - Aristid Busiko

“Bon Marşe” əsl qadın xoşbəxtliyinə çevrilmişdi, çünki orda hər şey daha ucuz və daha çox satılırdı… Gəlirlər də artırdı. Bunun üçün bir az fikirləşmək kifayət idi!Aristid Busiko

 İlk “böyük mağaza” Parisdə hələ 3-cü Napoleonun dövründə Bak və De Sevr küçələrinin tinində açılmışdı. O, “Bon Marşe”( «Ucuz olan yer») adlanırdı və məşhur olmayan normand sahibkarı Aristid Busikoya məxsus idi.

 Azens.az saytının məlumatına görə, bir neçə il ərzində orijinal fikir sayəsində o bütün ticarət dünyasını və fransızların iqtisadiyyata olan kifayət qədər məşhur münasibətini alt-üst etdi. Digər məkanlara nisbətdə hər şey daha ucuz satıldığına görə bu mağaza adı işçi xanımlardan tutmuş burjuaziya dünyasının mühüm xanımlarına kimi bütün qadınların diqqətini cəlb edirdi.

 Baş magaza xidmətçisi

 Bellemdə şlyapa ticarəti edən valideynlərindən Aristidə bir su (Fransada frankın iyirmidə birinə bərabər pul) belə miras qalmamışdı, lakin onun bütün dünya qızılına dəyən nadir istedadı – pul qazanmaq bacarığı var idi. 18 yaşında o, adi satıcı kimi yeni məhsulların satıldığı mağazada işləməyə başladı və orada alıcıların adət etmədikləri əşyaları satmağı və sahiblərinin ayrılmaq istəmədiyi əşyaları ucuz almaq qabiliyyətinə yiyələndi. Daha sonra o, Parisdə işə düzəlir və 17 illik məşəqqətli əməkdən sonra vəzifə başına keçir. Həmin dövrdə o, sosial-iqtisadi nöqteyi nəzərdən marşal rütbəsinin ekvivalenti olan baş mağaza xidmətçisi vəzifəsinə keçir.

 20m2

 Məhz həmin vaxtda ona sahəsi20 m2olan kiçik “Bon Marşe” mağazasına ortaq olmaq təklif edilmişdi. On il sonra – 1863-cü ildə böyük enerji sərf edərək və müstəsna fərasəti sayəsində yenidən tikdiyi həmin mağazanın yeganə sahibi olur. Lakin ən əsası odur ki, Busiko çoxdankı arzusunu – “yeni mallar” satan “nümunəvi mağaza” ideyasını reallığa çevirə bilir. Yeni binanın bünövrəsi 9 sentyabr 1869-cu ildə qoyulmuşdu. Aristid tikintinin ən xırda detallarına belə özü nəzarət edirdi və 2 aprel 1872-ci ildə təntənəli açılış mərasimi baş tutdu. Onun uğuru öz gözlədiyindən qat-qat çox oldu.

 Bioqrafiya məlumatları

 Aristid Busiko 4 iyul 1810-cu ildə Bellemdə anadan olmuş, 26 dekabr 1877-ci ildə isə Parisdə vəfat etmişdir, həyat yoldaşı isə Marqarita Qeren (1816-1887) idi.

 Zolya

 Onun 1883-cü ildə yazdığı “Qadın xoşbəxtliyi” romanında Aristid Busikonun qeyri-adi həyatı öz əksini tapır. Lakin buna əks olaraq, “Bon Marşe” romanını təqdim etmək olar.

 Ticarətin yeni metodu

 “Bon Marşe” ideyası öz yolunda inqilabi xarakter daşıyırdı, lakin eyni zamanda “iki vur iki” kimi sadə idi: hər bir şöbə ixtisaslaşmış mağazaya uyğun gəlirdi; gəlirlər sistematik olaraq azalırdı, əmtəələrlə ticarət etmək üçün qiymətlər markalanırdı; hər il hərrac həyata keçirilirdi və nəinki Parisdə, hətta onun əyalətlərində reklamlar aparılırdı… Belə təşkilatçılıq təkcə Busikoya deyil, onun müştərilərinə də xüsusi üstünlük verirdi. Satışların yüksək həcmi maya dəyərini aşağı salmağa və əməyin rentabelliyini artırmağa imkan verirdi.

 Bir neçə mağazanın bir yerdə cəmləşməsi alıcılara geniş çeşid və vaxtlarına qənaət etmək imkanı verirdi (əyalətdən gələnlər bunu çox yüksək qiymətləndirirdilər, belə ki, onlar hər şey bir gün ərzində alıb, axşam qatarı ilə geri qayıda bilərdilər). Ucuz, lakin böyük miqdarda sataraq, Aristid Busiko müasir iqtisadi prinsip yaratdı.

 Busiko

 Daha sonra “Bon Marşe” ideyasını bir çoxları tətbiq etməyə başladılar və “böyük mağaza” ideyası geniş vüsət aldı. 1853-cü ildə Ksave de Rüel “Bazar de l'Hôtel de Ville” (“Bələdiyyə bazarı”) açdı, arxasınca 1855-ci ildə “Luvr”, 1865-ci ildə “Bahar”, 1895-ci ildə isə “Lafayet pasajı” məkanları açıldı.

 Bu rəqabət “Bon Marşe”-nin fəaliyyətinə bir qram da olsa təsir etmədi və heç Buskionu da narahat etmirdi, Busiko digər böyük sərvət sahiblərinə əks olaraq, monopoliya yaratmağa çalışmırdı. Yeni müəssisə sərbəst şəkildə fəaliyyət göstərməyə başlayanda o, idarəetməni öz köməkçilərindən birinə tapşırdı və özünün ikinci marağına olan xeyriyyəçiliyə həsr etdi.

 “Bahar” mağazası –Busikonun keçmiş köməkçisi Jalüzo da reklamdan istifadə etməyə başladı. Elanlardan birində yeni tip ticarət üçün xarakterik şəkildə bildirilirdi: — Yüksək kommersiya baronları heç vaxt adi qadın və ya işçiyə diqqət yetirmirdilər. Onların qayğısına “Bahar” mağaza qalırdı.

 Xeyriyyəçilik

 Öz işçilərinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün Aristid Busiko bir sıra xeyriyyə məqsədləri üçün böyük məbləğdə pullar ayırırdı («yaralı və xəstələrə yardım cəmiyyəti»; «zəbt edilmiş ərazilərin azad edilməsi uğrunda fransız xanımları») və ən əsası firmanın işçiləri üçün sığorta kassasını yaratdı.

 Busikonun ölümündən sonra dul həyat yoldaşı onun həm kommersiya, həm də xeyriyyəçilik fəaliyyətini davam etdirirdi. 1880-1885-ci illərdə o, “Bon Marşe” mağazasına birbaşa rəhbərlik edirdi və ticarəti əhəmiyyətli dərəcədə genişləndirirdi.

 Kanda 1877-ci ildə ömrünün son günlərində xanım Busiko firma işçilərinə səhm fondundan 150 səhm payladı və təqaüd fonduna pullar köçürdü.

 Uşaqları olmadığına görə bütün sərvətini “Bon Marşe” əməkdaşlarına və xeyriyyə cəmiyyətlərinə miras qoydu. Bu günə qədər qalmış Busiko xəstəxanası onun səxavətinin əsas sübutlarından biridir.

Mənbə: azens.az 

Top