Litosferin ayrı-ayrı hissələri litosfer tavaları adlanır:
Onlar daim hərəkətdədir (Vegenerin “Materiklərin dreyfi” nəzəriyyəsi). Litosfer tavalarının toqquşduğu sərhədlər konvergent (cavan qırışıq dağlar, adalar qövsü və dərin okean çökəklikləri yaranır), bir-birindən uzaqlaşdığı sərhədlər isə divergent ( orta okean dağ silsilələri - rift dərələri yaranır) adlanır.
Böyük litosfer tavaları:
- Sakit okean
- Şimali Amerika
- Cənubi Amerika
- Afrika
- Hind-Avstraliya
Kiçik litosfer tavaları:
- Hindistan
- Naska
- Kokos
- Ərəbistan
- Antarktida
- Filippin və s.
Litosferin hərəkətli (mütəhərrik) sahələri geosinklinal adlanır.Qurunun ən böyük geosinklinal qurşaqları:
- Kordilyer-And
- Alp – Himalay;
- Sakit okean odlu qurşağı.
Tektonik hərəkətlər zamanı yer qabığında qırışıqlıqlar (antiklinal və sinklinal) və qırılmalar (qrabenlər və horstlar) meydana çıxır.
Litosferin sabit hissələri platforma adlanır. Platforma iki təbəqədən ibarətdir:
- qranit və metamorfik süxurlardan təşkil olunmuş kristallik bünövrə təbəqəsi;
- çökmə süxurlarla örtülmüş çökmə təbəqəsi.
Platformaların üzərində geniş düzənliklər yerləşir. Arxey vəProterozoy eralarında formalaşan platformalar qədim (Şərq Avropa, Cənubi Amerika , Avstraliya və s.), Paleozoy erasında formalaşan platformalar isə cavan (Turan, Qərbi Sibir və s.) hesab olunur.
Adətən , çökmə süxurların qalın olduğu yerlərdə üzvi mənşəli( neft, təbii qaz , fosforit və s.), kristallik süxurların geniş yayıldığı ərazilərdə isə filiz mənşəli faydalı qazıntılar ( dəmir ,mis və s.) çox olur. Qədim platformalarda kristallik bünövrənin Yer səthinə çıxdığı ərazilər qalxan və ya sipər adlanır.