Yerin daxili quruluşunu Geologiya elmi öyrənir. Yerin daxili təbəqələri aşağıdakılardır:
- Yer qabığı;
- Mantiya ;
- Nüvə .
Yer qabığı bərk maddələrdən ibarət olub materik və okean tiplərinə bölünür. Onun qalınlığı 5-90 km (maksimal qalınlıq Hindquş dağlarında minimal qalınlıq isə Marian çökəkliyindədir) arasında dəyişir.
Materik tipli yer qabığı çökmə, qranit və bazalt qatlarından, okean tipli yer qabığı isə süxurların çökmə və bazalt qatlarından ibarətdir. Yer qabığı ilə mantiya arasında sərhəd Moxoroviçiç (Moxo) adlanır.Yerin dərinliyinə doğru getdikcə temperatur ,təzyiq və sıxlıq artır.
Yer qabığı altında yerləşən mantiyanın (yu nanca “örtük ) qalınlığı 2800- 2900 km-dir. Mantiya ərimiş maddələrdən ibarət olub üst və alt mantiyaya bölünür.
Yerin mərkəzində yerləşən nüvə təbəqəsinin radiusu 3500 km-dir. Nüvədə temperaturun ərzində 500000 C, təzyiqin isə 3 mln atmosfer olduğu güman olunur. Nüvə iki hissədən ibarətdir: xarici və daxili nüvə.
Yer qabığı və mantiyanın üst hissəsi birlikdə litosfer (yunanca “daş təbəqə”) adlanır. Onun qalınlığı 90-50km arasındadır. Litosferin altında maddələrin əridiyi və kipliyinin azaldığı təbəqə astenosfer, astenosferlə litosfer birlikdə tektonosfer adlanır.Yer qabığına təsir göstərən tektonik proseslər(vulkanlar,zəlzələlər,dag əmələ Litosferin ayrı-ayrı hissələri litosfer tavaları gəlmə və s.) bu qatda baş verir.
Süxurların təsnifatı
Yer qabığında olan müxtəlif daşlar süxurlar adlanir. Onlar müxtəlif tərkibli mineralların birləşməsindən əmələ gəlir. Mənşələrinə görə sü xurlar üç əsas qrupa bölünür:
- Maqmatik süxurlar –üst mantiyada ərimiş olan maqmanın (yunanca “qatı maz”) çatlar vasitəsilə yer qabığına çıxaraq soyunmasından yaranır.Yer qabığında bərkiyən maqmatik süxurlar intruziv ( məsaməsiz ,bərk və ağır olur), yer səthinə çıxan maqmatik süxurlar isə, effuziv (məsaməli və yüngül olur) adlanır. İntruziv süxurlara qraniti, qabbronu və effuziv süxurlara isə vulkan küllərini, tufları və pemzanı misal göstərmək olar.
- Çökmə süxurlar — Yer səthində olan parçalanması və sonradan çökdürülməsi nəticəsində əmələ gəlir. Çökmə süxurlar mənşələrinə görə iki qrupa bölünür.
Qeyri-üzvi çökmə süxurlar:
* qırıntı: çay daşı, çınqıl və s;
* kimyəvi: gips, əhəng daşı, xörək duzu və s.
Üzvi çökmə süxurlar bitki və heyvan qalıqlarından yaranır. Məsələn, daş kömür , qonur kömür, torf, neft və s. - Metamorfik süxurlar – uzun müddət yüksək temperatur və təzyiq şəraitində və çökmə süxurların dəyişməsindən (yunanca “metamorfoz”- çevrilmə” deməkdir) əmələ Məsələn: əhəng daşı –mərmər, qum daş- kvarsit,qranit –qneys və s.