Yerin təbəqələri

Yerin təbəqələri

Yerin 4 xarici (atmosfer, biosfer, litosfer və hidrosfer) və 3 daxili (yer qabığı, mantiya, nüvə) təbəqəsi var.
Yerin mərkəzində radiusun 3500 km-ə yaxın olan çox yüksək temperatura (35000 C) və təzyiqə malik nüvə yerləşir. Nüvənin dəmir və nikeldən ibarət olması güman olunur. Nüvənin üzəri qalınlığı 2900 km olan mantiya (latınca örtük deməkdir) ilə örtülüb. Mantiya əsasən ərimiş, lakin yüksək təzyiq nəticəsində bərk hal almış maddədən ibarətdir. Lakin mantiyanın Yer səthinə yaxın hissəsində bu maddələr bəzən maye halına yaxınlaşırlar.
Yerin daxili quruluşuMəhz bu zonada bütün vulkan ocaqları və ən dərin zəlzələlər baş verir. Mantiyanın üzəri Yer qabığı ilə örtülüb, onun qalınlığı 5-90 km-ə qədərdir. Yer qabığı 3 süxur qatından çökmə, qranit və bazaltdan ibarətdir. Qranit və bazalt arasındakı sərhəddi Konrad sərhədi adlandırırlar. Okeanın dibində qranit qatı yoxdur. Materiklərdə isə qranit təbəqəsinin üzərində çökmə, altında isə bazalt təbəqəsi yerləşir. Bu səbəbdən Yer qabığının qalınlığı materiklərdə çox (90 km-ə qədər), okeanlarda isə azdır. Yer qabığının qalınlığı okean dibində daha nazik olduğundan burada materiklərə nəzər daha çox vulkan və zəlzələlər baş verir. Yer qabığının ən qalın yeri mərkəzi Asiyadakı Hindiquş və Himalay dağlarında, ən az qalınlığı isə Sakin okeandakı Marean çökəkliyindədir.
Yerin daxili quruluşu (mantiya,nüvə,Yer Qabığı)Yer qabığı dünyanın ən bərk təbəqəsidir. Burada dərinliyə doğru getdikcə temperatur hər 33 m-dən bir 10 C artır ki buna geotermik pillə deyilir. Hər 100 m dərinlikdə temperaturun dəyişməsinə isə geotermik qradiyent deyilir. Yerin daxilində temperaturun artmasının səbəbi radioaktiv maddələrin parçalanması və təzyiqin artmasıdır. Yerin ən ağır və ən sıx maddələri aşağı mantiya və nüvədə yerləşir. Yerin ümumi kütləsinin 80%-ini məhz onlar təşkil edir.
Yerin qatlarıYer qabığını yuxarı mantiyadan ayıran sərhədə Moxoroviçiç (qısa Moxo) sərhəddi adlandırırlar. Mantiyanın yuxarı hissəsi və Yer qabığından ibarət təbəqəyə litosfer (daş təbəqə deməkdir) deyilir. Onun qalınlığı 90-250 km-dir.

UPD. Fransa geofiziklərinin fikrincə, Yer kürəsinin nüvəsi simmetrik deyil və orada kristallaşma prosesi davam etməkdədir. Mütəxəssislər planetimizin Şimal yarımkürəsi, təxminən Rusiya və Çin əraziləri altında nüvənin tədricən əridiyini, Qərb yarımkürəsində isə bərkidiyini bildirirlər. Buna əsas olaraq son 30 il müddətində baş vermiş 100 böyük zəlzələ, seysmik aktivliyin yüksəlməsi göstərilir.
Alimlər toplanan məlumatların təməlində Yer nüvəsinin formasını qurub, tərkibini müəyyənləşdiriblər. Nüvə əsasən dəmirdən ibarətdir və özəkdə bərk, periferiyada (özək ətrafı çevrədə) maye haldadır.

Top