Qotfrid Vilhelm Leybniç 1646-cı il iyun ayının 21-də Almaniyanın Leypsiq şəhərində anadan olub. O, erkən yaşlarından vaxtının çoxunu atasının kitabxanasında keçirib. Qotfridin 6 yaşı tamam olanda, atası dünyasını dəyişib.
Leybniç 10 yaşınadək Siseron, Pliniy, Heredot, Ksenofon və Platonun kitablarını öyrənib. Daha yetkin yaşda o, qədim yazıçıların onun dünyagörüşünə böyük təsir göstərdiyini təsdiq etmişdi. Hələ uşaqlıqda o, özü üçün 2 qayda müəyyən etmişdi:
1) fikrin dəqiqliyi və aydınlığı 2) başlanmış işin sona çatdırılması.
Bu 2 qayda onu məntiqin (bütün həyatının maraqlarından biri) öyrənilməsinə gətirib çıxardır.
Leybniç artıq 15 yaşında Leypsiq Universitetinə daxil olmağa hazır idi. 8 yaşından latın dilini və 12 yaşından yunan dilini öyrənərək, o başa düşür ki, klassik təlim daha onu təmin etmir və məntiqlə məşğul olmağa başlayır.
Qotfrid Leybniç Leypsiq Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olur. Hüququ öyrənməklə yanaşı, o, Kepler, Qaliley, Dekart və Lulliy kimi filosofların yazılarını oxumağa vaxt tapır.
Leybniç 17 yaşında bakalavr dərəcəsi alır. 1666-cı ildə artıq hüquqşünaslıq doktoru dərəcəsini almağa tam hazır olan Leybniç universiteti tərk etmək qərarına gəlir. Fakültədə hamı çaşıb qalmışdı. Çünki axı 20 yaşlı Leybniç hüquqşünaslıq sahəsində öz müəllimlərindən daha çox bilirdi. Leypsiqdə təhsili yarımçıq qoyan Leybniç Nürnberqə gedir. O, növbəti ilə burda Altdorfa Universitetində hüquqşünaslıq metoduna görə doktor dərəcəsi alır. Beləliklə, o həm elmi dərəcə alır, həm də cəmiyyət tərəfindən tanınır. Universitet ondan hüquqşünaslıq professoru vəzifəsini tutmağı xahiş edir, Leybniç isə naməlum səbəblərdən bundan imtina edir.
Leybniç elmi dərəcə aldıqdan sonra Frankfurt və Mayntsdan keçərək Hollandiyaya səyahət edir. Bu səyahət onun qarşısında böyük dünya açır. Burada Leybniç özünün yeni hüquqşünaslıq təlimi metodu ilə hamını təəccübləndirir və baron fon Boyneburq ilə tanışlıqdan sonra ona müxtəlif diplomatik tapşırıqlar həvalə olunur.
1672-ci ildə, 26 yaşında yeni metodunun izahı üçün Leybniçi Parisə — Avropa alimlərinin görüş yerinə dəvət edirlər. Burada onun ilk möhtəşəm ideyaları yaranır.
Leybniç simvolik məntiqi zənginləşdirmiş, məntiqi toplama və vurmanın prinsipial xüsusiyyətlərini, inkar və oxşarlığı formalaşdırıb. Lakin yalnız 2 yüzillikdən sonra ingilis riyaziyyatçısı Corc Bul istənilən məntiqi hərəkət və dəyişikliyin bilavasitə cəbr sahəsinə aid olması nəticəsinə gəlib.
Leybniç və Bulun işləri sayəsində bugünkü kompyuterlər bütün məntiqi əməliyyatları yerinə yetirir. Leybniç müasir hesablamalarda mühüm rol oynayan simvolik məntiqdən savayı, həmçinin lazımi hesab hərəkətlərinin ən sadə formaya gətirilməsində ikili say sisteminin üstünlüyünü görürdü.
Fransız riyaziyyatçısı Pyer Simon Laplas 100 il sonra yazırdı:«Leybniç ikili hesabda yaradılma təsvirini görürdü».
1676-cı ildə Leybniç Hannover şəhərində kürfürüst (feodal Almaniyada: imperator seçmək hüququna malik olan nüfuzlu knyaz) olur. O, kiçik şəhərdə müxtəlif məşğuliyyətlərlə məşğul olur. Leybniç kinetik enerji anlayışının təcrübi və nəzəri tədqiqatı ilə yanaşı, həmçinin texniki layihələr (1678-ci il) üzərində işləyir. Onlardan biri – “Qarsda yel dəyirmanlarının köməyilə suyun mədənlərdən çıxarılması” layihəsi uğursuz olur.
Nəhayət, 1694-cü ildə Leybniç hesab maşını yaradır. Leybniçin hesab maşını O zaman Leybniç Tomas Barnetə yazmışdı:«Mənə Paskalın maşınından tamamilə fərqli hesab maşını yaratmaq nəsib olub. Belə ki, bu maşın böyük ədədlər üzərində vurma və bölmə əməliyyatını bir anda yerinə yetirməyə icazə verir.» Leybniçin hesab maşını dünyada 4 hesab əməliyyatının icra edilməsi üçün təyin olunmuş ilk maşın idi. Bu maşın üzərində o, hələ 70-ci illərdə işləməyə başlamışdı. Leybniç «hesab aləti»nin ilk təsvirini 1670-ci ildə verib; 2 ildən sonra o, yeni eskiz təsviri hazırlayır. Onun əsasında alimin 1673-cü ilin fevral ayında London Kral cəmiyyətinin iclasında nümayiş etdirdiyi nüsxə hazırlanır. O, alətin qeyri-mükəmməl olduğunu təsdiq edir və Parisə qayıdan kimi onu təkmilləşdirməyə söz verir.
Həqiqətən o, 1674-1676-cı illərdə maşında əhəmiyyətli təkmilləşdirmələr edir, lakin maşının son variantı 1694-cü ildə hazırlanır. Leybniçin köhnə maşınlarından biri Leybniç əvvəlcə Paskalın maşınını təkmilləşdirmək istəyirdi. Lakin vurma və bölmə əməliyyatlarının icrası üçün tamamilə başqa prinsip lazım olduğunu başa düşür. Elə bir üsul ki, vurulanı sayğaca ötürücü qələmin eyni hərəkəti ilə daxil etmək mümkün olsun. O, bu məsələni müvəffəqiyyətlə həll edir: paralel olaraq yaranan yan səthdə müxtəlif uzunluqlu 9 pillə yerləşən silindrdən istifadə etməyi təklif edir. Bu silindr sonralar «pilləli val» adlandırıldı.
Leybniçin “pilləli val” ideyası XX yüzilliyə kimi sonrakı mexaniki hesablayıcıların hazırlanmasında istifadə olunub. Maraqlıdır ki, Leybniç hesab alətinin ilk nüsxələrindən birini Ι Pyotra hədiyyə etmək fikrində idi, lakin maşın nasaz olur, alimin mexaniki isə onu qısa müddət ərzində təmir edə bilmir. O, uzaq Moskvanın gənc çarını olduqca maraqlı insan və görkəmli islahatçı hesab edirdi. Pyotr Leybniç ilə görüşür və əlaqə saxlayırdı. Pyotr onunla Peterburqda “Elmlər Akademiyası” təşkilatının layihəsini və Rusiyada təhsil sisteminin inkişafını müzakirə etmişdi. Leybniç hesab maşını üzərində işlədiyi müddətdə, həmçinin ikili say sistemi ilə məşğul olmağa davam edir. 1679-cu il 15 mart tarixinə imzalanmış latın dilində olan əlyazmada Leybniç ikili say sistemində hesablamaları necə etməyi izah edir. Sonra ümumi şəkildə ikili say sistemində işləyən hesablama maşınının layihəsini hazırlayır.
Sonralar hesablama maşınlarında Leybniçin ikili say sistemindən istifadə edilməsi ideyasını 250 il unutdular və yalnız 1931-ci ildə Fransada R.Valta 8 mövqeli (23=8) rəqəmli dişli çarxı patentləşdirir. O, 1936-cı ildə ikili say sistemi ilə işləyən qurğuların üstünlüyünü göstərir. Valtadan sonra eyni addımı Fransada L.Kuffinyal və İngiltərədə E.Fillips həyata keçirir.
O, elmin müxtəlif sahələrində bu qədər şeyi etməyə necə vaxt tapıb? Sadəcə, Leybniç istənilən yerdə, istənilən vaxt və istənilən şəraitdə işləmək qabiliyyətinə malik idi. O, yeməyi rejim üzrə qəbul etmirdi, lakin məşğuliyyəti gedişində imkan yaranan kimi yemək yeyirdi. O, fəaliyyətsiz az qalardı, gecələri tez-tez kresloda keçirərdi. Hərçənd ki bu, ona böyük iş görməyə imkan verirdi, lakin həm də xəstəliyə doğru aparırdı.
Onun fantastik erudisiyası Leybniçin müasirlərini heyrətləndirirdi. Lakin onun dahiliyini bu keyfiyyətlər müəyyən etmirdi. Onun istənilən problemdə əsas mahiyyəti təşkil edən tərəfi əsası görmək bacarığı idi. Hesab maşını yaratdıqdan sonra Leybniç 1675-ci ildə yenidən riyaziyyatın öyrənilməsinə davam edir və bütün boş vaxtını differensial və inteqral hesablama əsaslarının yaranmasına həsr edir. O, Brunsvik “Alman evi”ndə tarixçi, kitabxanaçı və əsas məsləhətçi kimi xidmət etməyə başlayır.
1687-1690-cı illərdə tarixi tədqiqatlar onu Avstriya və İtaliyaya aparıb çıxardır. Leybniç İtaliyada olduğu vaxt Romaya gedir və Roma Papası tərəfindən Vatikanda kitabxanaçı vəzifəsinə dəvət olunur. Bu vəzifə katolik dininin qəbulunu tələb etdiyindən o, Papanın təklifindən imtina edir. Əvəzində hələ yüzilliyin əvvəllərində ayrılan protestant və katolik kilsələrini birləşdirmək cəhdi edir. Lakin bəzi cəhdlərdən sonra Leybniç bu layihəni unutmağa məcbur olur.
O, qoca vaxtında fəlsəfə ilə məşğul olur və onun son fəlsəfə əsəri «Monodologiya» olur. Onun həyatındakı son əhəmiyyətli hadisə 1700-ci ildə Berlin şəhərində Elmlər Akademiyasının əsasını qoyması olub. Onun son illəri xəstəlik və ətrafındakıları anlamaması ilə kədərlidir. Belə ki, o, podaqradan əziyyət çəkirdi. 1716-cı il noyabr ayının 14-də 70 yaşında vəfat edib.
Leybniçin ölümü London və Berlində hiss olunmur və onu son mənzilə qədər ötürən yeganə şəxs katibi olub. Harada dəfn olunduğu isə bilinmir. Lakin gələcək nəsillər Leybniçin xidmətlərini layiqincə qiymətləndirdilər. Bu gün, əlbəttə ki, Leybniç dedikdə göz önünə öz dövrünün ən böyük ağıl sahibi gəlir