Antarktida

Antarktida

Sahəsi 14 mln km2 olan Antraktida cənub, şərq və qərb yarımkürələrində yerləşib, Sakit, Hind və Atlantik okeanının suları ilə əhatələnib. Antarktidaya ən yaxın materik C.Amerika olub, ondan Dreyk boğazı vasitəsi ilə ayrılır. Materikin 97%-i qalın buz qatı ilə örtülüb. Buzun orta qalınlığı 2000 m, maksimum qalınlığı 4500 m-dir. Bu səbəbdən o, dünyanın ən hündür materiki sayılır. Bu buz örtüyündə dünyanın bütün şirin sularının 87%-i toplanıb. Buzlaqların yaranmasının əsas səbəbi materikin qütb dairəsində yerləşməsi soyuq okean cərəyanlarının təsiridir. Materikin kənarındakı buzlaqlar hərəkət edərək aysberqləri yaradırlar. Əgər bu buzlaqlar əriyərsə dünya okeanının sahəsi 62 m qalxar.
Antarktida materikiAntarktika-cənub qütb sahəsi olub ,buraya Antarktida, ona yaxın adalar və okeanların təxminən 50-600 c.en dairələrinə qədər olan cənub hissələri aiddir. Antarktidanın sahil xətləri çox parçalanıb.
Dənizləri — Ross, Bellinshauzen, Uedella, Amundsen. Materikdən gələn aysberqlərin əriməsi və buxarlanmasının zəif olması nəticəsində Antraktida sahillərində okean sularının duzluluğu nisbətən azdır.
Adaları — Aleksandr, Beredina, I Pyotr, Cənubi Georgiya, Cənubi Şotlandiya, Kerqelan.
Ucqar nöqtələri. Antarktidanın mərkəzində cənub qütbü yerləşdiyindən onun bütün sahilləri şimala doğru yönəlmiş olaçaq. Bu səbəbdən Antraktidanın ucqar cənub, şərq və qərb nöqtələri yoxdur. Yeganə ucqar şimal nöqtəsi-Antarktika yarmadasındadır.
Kəşfi. Antarktida ən gec kəşf edilmiş materikdir. Hələ qədim alimlər cənub qütbündə materikin olduğunu söyləmişdir. C.Kuk bu materiki tapmaq istəsə də buna nail ola bilmədi.
1820-ci il yanvarın 28-də Lazarev və Bellinshauzen bu materiki kəşf etdilər. 1909-çu ildə ingilis səyyahı Şeklton cənub maqnit qütbünü, 1911-çi ildə Amundsen, 1912-çi ildə isə Skott cənub qütbünü kəşf etdilər.
Antarktida hec bir dövlətə mənsub deyil. Beynəlxalq sazişə əsasən onun ərazisində hərbi xarakterli tədbirlərin görülməsi, silahların və nüvə partlayışlarının keçirilməsi qadağandır. Hazırda burada 16 dövlətin alimləri tədqiqat aparır.

Antarktidanın relyefi


Antarktidanın əsas hissəsi Antarktida platforması üzərindədir. Materik səthinin 1/3-i okean səviyyəsindən aşağıda yerləşir. Buzlaqların altında dağ silsilələri aşkar edilib. Uedella dənizindən Ross dənizinədək Transantarktida dağları yerləşib.
Antarkida yarımadası və materikin qərb kənarı ilə uzanan dağlar C.Amerikadakı And dağlarının davamıdır. Burada Antarktidanın ən hündür zirvəsi Vinson (5140 m) və ən dərin cökəkliyi Meri-Berd (-2555 m) yerləşir. Antarktida qədim Qondvana materikinin bir hissəsidir. Burada fəaliyyətdə olan Erebus vulkanı, materikdə dağəmələgəlmə prosesinin getdiyini sübut edir.
Antarktida da neft, qaz, kömür, dəmir filizi, almaz, uran, qızıl və s yataqlar var.

Antarktidanın Iqlimi


Antarktida dünyanın ən soyuq materikidir. Bunun səbəbləri –
a) çox yüksəkdə yerləşməsi,
b) qütb ətrafında yerləşməsi,
c) qalın buzla örtülməsi,
d) yüksək təzyiqin hakim olmasıdır. Dünyanın ən aşağı temperaturu -89,20C Vostok stansiyasında qeydə alınıb. Yayda Antarktida ekvatorial qurşağa nisbətən daha çox istilik alsa da, bunun 90%-i buz və qaz örtüyü tərəfində əks olunur. Nəticədə materik üzərində soyuq hava kütləsi yaranır. Antarktida ən az yağıntı olan materik olsa da, Günəş tərəfindən zəif qızması nəticəsində burada rütubətlənmə əmsalı vahiddən böyükdür. Materikin əsas hissəsi antarktik iqlim qurşağındadır. Burada ilboyu soyuq və quru antarktik hava kütləsi hakimdir. Materikin kənar hissəsi 3 okean suları ilə əhatə olunan subantraktik iqlim qurşağında yerləşir. Materik və okeana arasında kəskin təzyiq fərqi olduğundan Antarktidada dünyada ən güclü küləklər (84 m/san) yaranır. Materikin mərkəzindən kənarlara doğru temperatur və yağıntının miqdarı artır. Yağıntı əsasən qar halında düşür.

Bitki və heyvanlar aləmi çox kasıbdır. Sahil boyunda mamır, şibyə, yosunlar bitir. Materikin əsas hissəsini antarkit səhra- təbii zonası tutur. Yayda buzlaqdan azad olan ərazi vahə adlanır. Vahələrdə yosunlar bitir.
Dünyanın ən iri heyvanı mavi balina, habelə kaşalot morjlar sahil ərazisində yaşayır. Antarktidanın daimi sakini pinqvindir.
Antarktidada 4 qütb- coğrafi, maqnit, küləklər və soyuqluq qütbləri yerləşir.
Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili texniki cəhətdən dünyanın ən böyük səhrasıdır.
Bu gün üçün Antarktidanın hüquqi və beynəlxalq statusunu 1959-cu ildə 12 ölkə tərəfindən imzalanmış və indi 45 iştirakçı tərəfə malik Antarktika müqaviləsi müəyyən edir. Müqaviləyə əsasən materikdə hərbi sınaqlar keçirmək və faydalı qazıntıların hasilatı ilə məşğul olmaq qadağandır və Antarktida üzərində heç bir ölkə suverenliyə malik ola bilməz. Hal-hazırda müxtəlif ölkələrdən 4 mindən çox tədqiqatçı Antarktida ilə bağlı tədqiqatlara cəlb olunub.
Top