Səndədir qəzəli

Səndədir qəzəli

Səndədir

Ey özündən bixəbər, gəl haqqı tanı, səndədir,
Gəl vicdan şəhrinə seyr et, gör anı səndədir.

Qandadır deyü nə sərgərdan gəzərsən zənn ilən,
Gəzməgil hər mənzili çün can məkanı səndədir.

Mən nə vəch ilən deyəm haqqı ki, səndən ayrıdır,
Çün gözümlə görmüşəm haqqın nişanı səndədir.

Bülbüli-qüdsi isən ayrı gülüstan gözləmə,
Seyrə çıx, ruhul-əminin gülüstanı səndədir.

Yeddi müshəfdir yüzün, iştə qiraətlən tamam,
Alim ol ol səbadan, çün səbagani səndədir.

Sürətü nitqin kəlami-layəzali ta əbəd,
Xalqa təfsir eylə çün şəhru bəyanı səndədir.

Ey Nəsimi, məntiqut-teyrin bəyanın eylə kim,
Bilələr simurği-Qafın aşiyanı səndədir.


Kitab: İmadəddin Nəsimi

Mən bu cahana sığmazam.
Top