1-ci ayın axırında uşaq yeməkdən əvvəl heç vaxt qışqırmır.
4-cü ayın axırında körpə onunla danışanda heç qımıldanmır və gülmür.5-ci ayın axırında körpə adamları axtarmır, musiqiyə qulaq asmır.
7-ci ayda yaxınlarının səsini tanımır, tələffüzə düzgün reaksiya vermir, musiqili oyuncaqlara üstünlük vermir. Uşağı müraciət edəndə, hətta onu adı ilə çağıranda reaksiya vermir, lakin başqa çox sakit səsləri eşidir.
9-cu ayın axırında körpənin qığıltısı yoxdursa və o böyüklərin ardınca müxtəlif səsləri ve hecaları təkrarlaya bilmirsə, danışanın intonasiyasını (tələffüz) yamsılamaq istəmirsə.
10-cu ayın axırında körpə etiraz əlaməti olaraq başını tərpətmirsə və yaxud sağollaşmaq üçün əlini yelləmirsə.
1 yaşında körpə bir söz də deyə bilmir, sadə bir xahişi “məsələn gətir, göstər” yerinə yetirə bilmirsə.
1 yaş 4 aylığında o, sərbəst olaraq Məsələn: “ana” və “ata” sözünü deyə bilmirsə.
2 yaşında körpə böyüklərin ona başa saldıqları bədən hissələrini göstərə bilmir, çətin bir xahişi, məs: “Get mətbəxə və fincanı gətir” yerinə yetirə bilmir. Yaxınlarını şəkillərdə tanıya bilmirsə.
2 yaş yarımda “Böyük və kiçik” sözlər arasında fərqi başa düşmür.
3 yaşında qısa şerləri, hekayələri, nağılları başa düşmür, onları danışmağa çalışmır, ən uzun xətti gostərə bilmir, onun adı və soyadı necədir sualına cavab verə bilmir, sözlərin qarşısında artıq səslərdən (a, i) istifadə edirsə.
4 yaşında çiçəklərin adını bilmir, uzun nağıllara qulaq asmır, bir şer də olsun danışa bilmir.
5 yaşında nitqi ətrafdakılar üçün anlaşılmaz və başa düşülməzdir.
6 yaşında ötən günün hadisələrini, baxdığı cizgi filmini, oxuduğu hekayəni danışa bilmirsə.
Əziz valideynlər: yuxarıda göstərilən parametrlərdən bir və ya bir neçəsini uşağınızda müşahidə etmisinizsə, loqopedə müraciət etməniz vacibdir. Vaxtında həll olunan problem gələcək fəsadların qarşısın alır.
Mənbə: geleceknesil.az