Valideynləri narahat edən məsələlərdən biri də “Kiçik matorikanın”- barmaqların hərəkətliliyinin asta olmasıdır. Amma bu narahatlıq əsassızdır. Çünki bunu müəyyən tapşırıqlarla bərpa etmək mümükündür. Kiçik matorikanın inkişafı həm də nitqin inkişafına da təsir edir. Kiçik matorikaya aid oyunlar və tapşırıqlar nitqin inkişafına stimullaşdırıcı təsir göstərir. Bu tapşırıqlar və oyunlar tonusun saxlanılmasına və beyin qabığının iş qabiliyyətinə güclü təsir göstərir.
Uşaqlarda kiçik matorikanın inkişafı diqqəti yaxşılaşdırır, yaddaş, eşitmə və vizual görmə, səbir, oyun və praktik fəaliyyət formalaşdırılır. Barmaqlarda böyük miqdarda resoptorlar var. Həmin reseptorlar insanın mərkəzi sinir sisteminə impulsları yollayır. Barmaqların masajı güclü təsirə malikdir. Hər bir barmağın özünəməxsus xüsusiyyətləri var. Böyük barmaq beynin funksionallığını , fəallığını yüksəldir. Şəhadət barmağının masajı mədənin vəziyyətinə təsir edir. Orta barmaq bağırsaqlara, adsız barmaq qaraciyərə və böyrəklərə, çeçələ barmaq ürəyin fəaliyyətinə kömək edir. Sübut edilmişdir ki, əllərin manipulyasiyaları əsəb fəaliyyətinə güclü təsir edir. Əllərin sadə hərəkətləri əqli yorgunluğu aradan götürür, çox səslərin tələffüzünü yaxşılaşdırır, uşağın nitqini inkişaf etdirir. Əlin hər barmağının qabığında kifayət qədər sinir nöqtələri var. Əllərin, barmaqların incə hərəkətlərinin inkişafı hecaların artikulyasiyanın yaranmasına səbəb olur.
Valideynlərə məsləhət; Uşaqda kiçik matorikanın zəif olmasını aşkar etdikdə ,məyus olmayın. Barmaq gimnastikası edin. Bütün tapşırıqları yavaş yavaş tempdə , əvvə bir əl, sonra digər əli masaj etmək və gimnastikaları bir neçə dəqiqə ərzində yerinə yetirin.
Əziz valideynlər, kiçik matorikanın inkişafı nitqin inkişafı ilə birbaşa bağlıdır. Uşaqların kiçik matorikanın inkişafına aid olan tapşırıqların xeyrini gəcələkdə görəcəksiniz.
Müəllif: Defektoloq — Loqoped Ə. Səbin
Mənbə: geleceknesil.az