Yunanıstanda ritorika
Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır — sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi. Bu əsərlər sırasında ritorikanın elmi əsaslarını sistemləşdirən, onu nəzəri cəhətdən sabitləşdirən (e ə. V əsr) Koraksın şagirdi Siciliyalı Gorqi idi. Amma əslində Yunanıstanda ritorika VI-III əsrdə çiçəklənmə dövrü keçirən yunan ədəbiyyatı fonunda və onun təsiri ilə yaranırdı. Belə ki, Hesiodun «Zəhmətlər və günlər», Ezopun təmsilləri, Esxilin «Safoklan», Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyaları, Herodotun, Fukididin, Ksenofonrun tarixşünaslığa dair əsərləri, bəlağətli nitqin meydana gəlməsinə çox kömək edirdi. Bu dövrdə teatr sənəti, memarlıq misli görünməmiş dərəcədə inkişaf edir və bu sahədə dünya mədəniyyəti inciləri yaranırdı. Bu dövrdə yunan fəlsəfəsi də formalaşmağa başlamışdı: Sokrat (469-399), Əflatun (430/427-347), Aristotel (384-322) bir-birinin şagirdi olaraq dünya fəlsəfi-humanitar elmlərin inçilərini yaradırdılar. Bu vaxtlar yaranan ritorika həm incəsənət, həm də elm kimi diqqəti cəlb edirdi. Sirakuza, Attika, Afina kimi şəhərlərdə ritorika təlimi olduğu üçün bu şəhərlərdə bəlağətli nitqə dair əsəliər də yaranırdı. Burada ritorika kursları 14 il (7 yaşından 21 yaşınadək) davam edirdi. Belə məktəblərdə fəlsəfə, məntiq, ədəbiyyat, dil, riyaziyyat keçilsə də, ritorika aparıcı mövqedə dururdu. Bu fənlərə aid dərslikləri — elmi əsərləri də həmin fənləri tədiris edənlər yazırdı. Bu dövrdəki Ellin ənənəsi ritorikanı söz ustalığı ilə inandırmaq elmi hesab edirdi. Elmin ənənəsinə görə ritorikanın 3 əsası vardır:
Əxlaqlılıq, müdriklik və artistlik. Bundan sonra savadlılıq ritorun əsas əlaməti hesab edilirdi.
Qədim və ya kanonik (kanon — yunanca kanon sözündən olub, norma, qayda-normalar və qaydalar məcmusu deməkdir) ritorikanı 5 əsas hissəyə, mərhələyə bölürdülər.
Pafos — həqiqəti üzə çıxarma, tərəflərinə münasibətini aydınlaşdırma idi. Kim dolu pafosla danışsa, o haqlı ola bilər.
Loqos — hər şeyi dillə dəqiq şəkildə ifadə etmək kimin dili zəngin olsa, o dövlət qalib gələ bilər.
Qədim yunan alimi Aristotel öz müəllimləri Əflatun və Sokratı qabaqlayaraq ritorikanın bütöv fundamental elm sistemini yaratmışdı. Onun «Metafizika», «Məntiq», «Siyasət», «Poetika», «Analitika» əsərləri, xüsusilə heç vaxt əhəmiyyətini itirməyən, 3 kitabdan ibarət olan «Ritorika» əsərləri insan idrakının yüksək pilləşinə qalxa bilmişdi. Müasir elm hələ Aristotelin elmi idrakının məhsulu olan bu əsərlərdən çox bəhrələnə biləcəkdir.
Yunan mədəniyyətindən, yunan natiqlik sənətindəndanı-şarkən Aristotelin yaşıdı, görkəmli siyasi xadim və ritor Demos-fenin (e-ə. 384-322) adını çəkməmək olmaz. Aristotel ilə bir ildə anadan olub, eyni ildə vəfat edən Demosfen ritorikanın bəzi incəliklərini kəşf etməklə öz dahi müasirinin kölgəsindən çıxa bilmiş, öz adını yunan mədəniyyəti və ritorikası tarixinə əbədi həkk edə bilmişdi. Demosfenin düzgün tələffüz və lazımsız əl-qol hərəkətini aradan qaldırmaq üçün kəşf etdiyi xüsusi üsullar indi də əhəmiyyətini itirməmişdir. Demosfen siyasi xadim olaraq anti — Makedoniya hərəkatına rəhbərlik etmiş, ölkəsi makedoniyalılar tərəfindən işğal olunduqdan sonra zəhərlənib ölmüşdür.
Roma Yunanıstanı işğal etsə də, humanitar elmlər sahəsində ondan çox şey götürməli oldu. Ellin mədəniyyətini qəbul etməli olan Roma qrammatikanı, poetikanı, habelə ritorikanı da yunanlardan qəbul etməyə məcbur oldu. Bununla belə, bir sıra elmlər məhz Romada inkişaf edib təkmilləşdi. Mark Tuli Sisseron (e.ə. 106-43), Yuli Sezar (e.ə. 102 /100-44), Mark Yuni Brut (e.ə. 8542) və s kimi alim və ictimai xadimlər Roma natiqlik sənətinin abədi şöhrəti olmuşlar. Y.Sezar alim, dövlət xadimi, şair, ritorika üzrə məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi ritorik çıxışı stenoqramlaşdırılıb indi də saxlanmaqdadır.
Yuli Sezar Pompeyə qalib gəlmiş amansız bir diktator olmuşdur. Bununla belə, elmlə məşğul olmuş, «Hall müharibəsi haqqında qeydlər» və «Vətəndaş müharibələri haqqında qeydlər» adlı elmi əsərlərini yazmışdı. Yuli təqvimi islahatını da o keçirmişdir. Onun ritorik istedadı onun adını bu sahəyə həmişəlik yazmışdır.
Qədim Roma ritorikasından danışanda Mark Yuni Brutun da adını çəkməmək olmaz. O, demokratik fikirli siyasi xadim, habelə görkəmli natiq olmuşdur. Natiqlik sənətini mükəmməl şəkildə mənimsəmiş M.Y.Brut, Y.Sezara qarşı təşkil edilən mübarizənin önündə getmiş, diktatorun qətlə yetirilməsində şəxsən iştirak etmişdir.
Əslində yeni eraya həm Yunanıstan, həm də Roma ən məşhur natiq kimi M.F.Kvintilian (35-96) ilə daxil olmuşdur. Yəni nə Yunanıstanda, nə də Romada M. Kvintiliana bərəbər məşhur natiq yox idi. O, natiqlik sənətınin bütün incəliklərini əks etdirən, 12 kitabdan ibarət —Natiqin təhsili (formalaşması) haqqında” həmişəyaşar əsər yazmışdır. Bu əsər aşağıdakı kitablardan ibarətdir:
«Mədəniyyətin başqa sahələrində olduğu kimi, antik ritorik sənət də Roma imperiyasına daxil olan ölkələrə Romadan keçmişdi. Belə ki, İspaniya, Italiya, Vizantiya, Fransa, müəyyən qədər İngiltərə və Almaniya antik mədəniyyətin bütün növlərini Roma vasitəsilə almışdılar. XIII-XIX əsrlərdə Avropanın mədəni ölkələrində akademik ritorikaya xüsusi önəm verilirdi. Məsələn, XII əsrdə İngiltərənin Oksford, XIII əsrdə Fransanın Sarboniya universitetində ritorikaya aid mühazirələr oxunurdu. Avropa ölkələri içərisində ritorikaya ən böyük önəm verən Fransa idi.
Fransada bəlağətli nitqin aşağıdakı mərhələləri qeyd olunur.
Şərq ölkələrində: Çində, Hindistanda, Ərəbistanda ritorikanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini kitabların şərhini xüsusi bəlağətlə dinləyicilərə çatdırırdılar. Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında yaranmışdır. VII əsrin axırlarında Xəlil İbn Əhməd Əl Fəraidi ərəb poeziyası üçün ritmik-melodik modellər kəşf etdi. Həmin modellər əsasında “Qurani-Kərimin”in ayələrini xüsusi avazla oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində inkişaf etdi. Ümumiyyətlə götürdükdə, İslam dininin VII əsrdə meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan verdi. Ərəb ədəbiyyatı, ərəb musiqisi, ərəb elmi misli görünməmiş şəkildə inkişaf etməyə başladı. Bütün dini xütbələr ərəb dilində aparılırdı. Bu dövrün görkəmli natiqlərindən heç şübhəsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd etmək lazım gəlir. Məhəmməd(əs) məclislərdə oxuduğu xütbələrə qədər özünə gələn vəhyləri adamlara çatdırır və onları Allahın birliyinə inanmaqda — möminliyə çağırırdı. İstər qüreyşlərin birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) gözəl nitqi qarşısında həsəd və paxıllıqdan törənən ədavət də yaranırdı. Məhəmməd(əs.) Mədinəyə köçdükdən sonra müsəlmanlara özü İslam dini, Allahın əmrləri, Quranın hökmləri, öz şəriəti haqqında güclü bir natiq kimi çıxış edirdi.Koto Lombun yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş.
XI əsrin sonları XII əsrin əvvəllərinıdə Azərbaycanda artıq ərəb nüfuzu zəifləmiş, fars nüfuzu güclənmişdi. Bu dövrdə yaşayan Azərbaycan alimləri, mütəfəkkirləri və siyasət adamları mahir ritor-lar idilər. Təəssüf ki, türk dili saraylara yol tapa bilmədiyi üçün Nizamül-Mülk, Nəsrəddin Tusi, Məhəmməd Hinduşah Naxçıvani, Fəxrəddin İbn Məhəmməd Hinduşah Naxçıvani, habelə görkəmli sözustası Nizami Gəncəvi, Əbülüla Gəncəvi, Xaqani Şirvani və başqaları öz əsərlərini farsca yazmışlar. Nizamül-Mülk (10171092) səlcuq sarayının elə ağıllı vəziri olmuşdur ki, onun məsləhətləri həmişə hörmətlə qarşılanmışdır. Əvvəlcə (1063-cü ildə) Alp Arslanın, sonra isə Məlik şahın vəziri olmuş Nizamül-Mülk öz tövsiyə və çıxışlarını «Siyasətnamə» adlı kitabda vermişdir. Bunu biz Nizamül-Mülkü «Siyasətnamə» əsərinin 148-150-ci səhifəsindəki rəvayətdən bir hissəyə diqqət yetirək.Rəvayət:
Hadisədə deyilir ki, xəstəlik peyğəmbər ə.s elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı, camaat namazının vaxtı çatmışdı, əshabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib, camaat namazını qılsın.
Aişə və Həfsə peyğəmbərin başı üstündə oturmuşdular. Aişə peyğəmbər ə.s. dedi: «Ey Allahın peyğəmbəri, namaz vaxtı çatmış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Cammaatın qabağında durub imamlıq etməyi kimə tapşırırsan?» Dedi: «Əbubəkirə». Bir də soruşdu «Kimə tapşırır-san?» Dedi: «Əbubəkirə».Aişə Həfsəyə dedi: «Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkir zəif və ürəyiyuxa adamdır, əshabələrinin hamısından çox o səni istəyir, namaza durub, sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz, imamlığı o etsin, ziyanı olmaz».
Aişə və Həfsə peyğəmbər ə.s. belə dedilər. Peyğəmbərin qəzəbi tutdu, üzü qızardı və dedi: «Siz Yusif Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkirə deyin, camaat namazını başlasın». Aişənin (Allah ondan razı olsun) bu qədər elmli, mömin və pak olmağına baxmayaraq, peyğəmbər ə.s. Aişənin istədiyinin əksini etməyi buyurdu. İndi görünüz, başqa arvadların bilik və məsləhətləri nə dərəcədə olar. Yusif və Kərsif haqqında hekayə isə başqa cürdür...
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə