TÜRKƏ TÜRK OLDUĞUNU ANLADAN HÖKMDAR
Göytürk xaqanlığını quran Kutluk Kağanın böyük oğlu olan Bilgə xaqan atası öləndən sonra qardaşı Kül Təkinlə birgə əmisi Kapağan xaqanın yanında vəzir Tonyukukun himayəsi altında böyüdü. 14 yaşında ikən əmisi tərəfindən şah təyin edilən Bilgə xaqan vəzir Tonyukukun komandanlığı altında olan Göytürk dövlətinin Qərb orduları komandanlığına göndərildi. İnal xaqanla birgə Altayları aşaraq Qərbdəki bir çox əraziləri dövlətin ərazisinə qatan Bilgə xaqan bu səfərləri zamanı özünü ən bacarıqlı bir sərkərdə kimi göstərdi. Demək olar ki, bütün döyüş səfərlərində qardaşı Kül Təkin də onunla idi. Müsəlmanlığı qəbul etmiş türklər və digər Asiya xalqları ilə Bilgə xaqanın ilk görüşü isə 701-ci ildə baş verdi.
Qərb ordularının önündəki ən döyüşkən hərbi hissələrdən birinə komandanlıq edən Bilgə xaqan Çinin 50 minlik ordusu ilə döyüşdə özünün mahir bir sərkərdə olduğunu nümayiş etdirdi. Türklər sayca çinlilərdən xeyli az idilər. Buna baxmayaraq, Bilgə xaqanın hazırladığı xüsusi döyüş planı əsasında düşmənə gözlənilməz yerlərdən ağır zərbələr endirildi. Bu da 50 minlik Çin ordusunun darmadağın edilməsinə səbəb oldu. Həmin döyüşdə 16 yaşlı Kül Təkin düşmən ordusunun ən bacarıqlı sərkərdələrindən biri olan general Onqla açıq döyüşə girərək onu məğlub etmiş, ancaq əsl türk xarakteri nümayiş etdirərək düşmənini öldürməmişdi və onu əsir alaraq əmisi Kapağan xaqana təhvil vermişdi.
Ona görə də hər iki qardaş ordunun, xalqın sevimlisinə çevrilmişdi. 716-cı ildə Göytürklərin hökmdarı Kapağan xaqan xəyanətin qurbanı oldu. 22 iyul 716-cı ildə çinlilərlə əlbir olaraq himayəsində olduğu Göytürk dövlətinə xəyanət edən Bayurkular Kapağan xaqana tələ qurdular. Çinlilərlə növbəti döyüşə hazırlaşan Kapağan xaqan Bayurkuların təklifi ilə düşmən üzərinə səfərə təhrik edildi. Səfərə çıxarkən Bayurkuların çoxsaylı əsgərləri tərəfindən Kapağan xaqanın azsaylı mühafizi üzərinə qəfil hücum edildi. Bu hücumda Göytürklər qəhrəmanlıqla vuruşsalar da, düşmənin üstün qüvvələri tərəfindən məğlub edildilər.
Bu qanlı döyüşdə əlində qılınc, döyüşün ən ağır yerində vuruşan Kapağan xaqan qəhrəmancasına həlak oldu. Onun döyüşdə həlak olmasını və Bayurkuların xəyanətini eşidən türklər düşmən üzərinə yeridilər və onları darmadağın etdilər. Kapağan xaqanın həlak olmasından sonra onun yerinə varisi İnal Böqü keçdi. Lakin İnal Böqü Kapağan xaqan qədər ölkəni ağılla idarə edə biləcək bir hökmdar ola bilmədi. Dövlət get-gedə zəifləməyə başladı. Bundan istifadə edən bir çox xalqlar dövlətin əleyhinə qiyamlar qaldırmağa başladılar. Dövlətin zəifləməsini isə xalq arasında hakimiyyətin əsl varisə Bilgə xaqana verilməməsilə izah etməyə başladılar. İş orasındadır ki, Bilgə xaqan həddi-büluğa çatdıqdan sonra əmisi Kapağan xaqan hakimiyyəti o dövrün saray qanunlarına əsasən, Bilgə xaqana verməli idi. Amma Kapağan xaqan buna əməl etmədi. O, özü ölkəni təkbaşına idarə etməyə başladı. Təbii ki, o, döyüşdə həlak olduqdan sonra da onun yerinə varisi İnal Böqü keçdi.
Bilgə xaqan və Kül Təkin, bəlkə də, buna məhəl qoymazdılar. Ancaq İnal Böqünün dövləti idarə edə bilməməsi və ölkənin dağılmağa doğru getməsi qardaşları hərəkətə gəlməyə məcbur etdi. Onlar İnal Böqüdən hakimiyyətin əsl varisə verilməsini tələb etdilər. Xalq da onları müdafiə etdi. Belə olduğu halda, İnal Böqü hakimiyyətdən getməyəcəyini bildirdi və varisin yalnız özü olduğunu ordu və saray əyanları qarşısında bəyan etdi. Bunu görən Bilgə xaqan və Kül Təkin İnal Böqünü hakimiyyətdən uzaqlaşdırmaq barədə qərar qəbul etdilər. Bu plana əsasən, Bilgə xaqan və Kül Təkin gözlənilməz zərbə ilə onu və tərəfdarlarını aradan qaldıraraq hakimiyyəti ələ aldılar.
Bilgə xaqan müəyyən məsələləri, o cümlədən, qardaşı Kül Təkinin böyük hərbi sərkərdəlik qabiliyyətini nəzərə alaraq, onun hökmdar təyin olunmasını istədi. Lakin Kül Təkin bunu istəmədi və bildirdi ki, qanunla ölkə başçısı böyük qardaş olmalıdır və bu ənənə pozulsa, gələcəkdə hakimiyyət çəkişmələri ara verməyəcək və ölkə dağılacaq. Uzun və israrlı xahişlərdən sonra Bilgə xaqan dövlət başçısı olmağa razılıq verdi. Bilgə xaqan hakimiyyətə keçən kimi o dövr üçün çox uzaqgörən bir qərar qəbul etdi. O, müəllimi olan Tonyukuku baş vəzir təyin etdi. Tonyukuk isə o dövrdə olduqca təmkinli və uzaqgörən bir dövlət xadimi sayılırdı.
Tonyukukun məsləhəti ilə Bilgə xaqan və qardaşı Kül Təkin dövlətə qarşı qiyam qaldıran doqquz tatarlar tayfasını və oğuzların üzərinə qoşun yeritdi. Oğuzlar və doqquz tatarlar məğlub oldular və Bilgə xaqanın hökmranlığını qəbul etdilər. Az sonra ölkədə siyasi və iqtisadi islahatlar həyata keçirən Bilgə xaqan əhalinin maddi rifahının yüksəlməsinə nail oldu. Çinlə bir sıra savaşlardan sonra Göytürk dövlətinin xeyrinə olan müqavilə imzalayan Bilgə xaqan, Kul Təkin və vəzir Tonyukuk türk millə-tinin türk olmaq şərəfini ən yüksəklərə ucaltdılar.
Həmin dövrdə Göytürklər həm siyasi, həm mədəni, həm də iqtisadi cəhətdən çox inkişaf etmişdilər. Təsadüfi deyil ki, Çin Göytürk dövlətinin bu uğurlarından çox təşvişə düşmüşdü. Çin saraylarında Göytürklərlə bağlı toplantılardan birində imperator Huangsunki belə demişdi: «Göytürklərin nə zaman nə edəcəklərini heç kəs bilməz. Bilgə xaqan millətini sevən qeyrətli bir insandır. Türklər də çox məmnundurlar. Kül Təkin hərb sənətinin dahisidir, ona qarşı çıxacaq, onu məğlub edəcək qüvvə yoxdur. Tonyukuk isə çox ağıllı və uzaqgörən bir dövlət xadimidir. Bu üç „barbar“ nə qədər ki, bir yerdədir, onlarla bacarmaq olmayacaq».
Bilgə xaqanın xarici siyasətində Çin həmişə diqqət mərkəzində idi. Çünki Çin hər vasitə ilə türkləri əzərək yox etməyə çalışırdı. Ona görə də o, çinlilərlə isti münasibət qurmağa və yeri gəldikcə, onlardan yavaş-yavaş qədim türk torpaqlarını geri almağa çalışırdı. Çinlilər də boş dayanmırdılar. Onlar arabir Bilgə xaqana güc nümayiş etdirir, hansısa əraziyə hücum edərək oranı tuturdular. Lakin Kül Təkinin başçılığı altında qoşun gəldiyini görən kimi tələm-tələsik tutduqları əraziləri buraxaraq çıxıb gedirdilər. Tədricən gücünü artıran Bilgə xaqanın məğlubedilməz bir qüvvəyə çevrildiyini görən çinlilər ondan asılılığı qəbul etməyə məcbur oldular. Göytürklərin qoşunlarını öz ərazilərinə buraxmamaq üçün Çin imperatoru Bilgə xaqana hər il tonlarla ipək, qızıl və digər zinət əşyaları göndərir, onun hər əmrini dərhal yerinə yetirirdi.
Tonyukuk və Kül Təkinin ölümü
Bir sözlə, Mete xandan təxminən 700 il sonra Göytürklər yenidən Çini özlərinə tabe etdilər. Çinliləri çox yaxşı tanıyan və vaxtilə bu ölkəyə qarşı döyüşlərdə iştirak edən, düşmənin yenilməsində böyük xidmətləri olan Kutluk (Iltəriş) xaqan düşmənin hər bir fitnəsinin dərhal cavabını verir və onları sərt şəkildə cəzalandırırdı. Çinin çarəsi yalnız Göytürk dövlətini idarə edənlərin ölümünü gözləməyə qalmışdı. Ölüm isə gözlənildiyindən də tez gəldi. Bilgə xaqan 725-ci ildə qayınatası və türklərin müdriki sayılan Tonyukuku itirdi. Onun ölümünə çinlilər çox sevinmişdilər.
İmperatorun sarayında Tonyukukun ölüm xəbərini alan kimi dərhal şadlıq mərasimi başlanmışdı. Və sarayda türk dünyasının bu böyük oğlunun ölümü 40 gün bayram kimi qeyd olundu. Çin sarayında belə düşünürdülər ki, Tonyukukun ölümündən sonra Göytürklərin daxilində çəkişmələr başlanacaq. Amma belə olmadı.
731-ci ildə Bilgə xaqan daha bir itkinin ağrısını yaşamalı oldu. Belə ki, 47 yaşlı Kül Təkin vəfat etdi. Onun ölümü, həqiqətən də, türk dünyası üçün ən ağır itki oldu. Orxon kitabələrində Kül Təkinin vəfat etməsi Bilgə xaqanın dili ilə belə təsvir edilir: «Kiçik qardaşım Kül Təkin öldü, ölən kimi də görən gözüm görməz oldu. Hər şeyi bilən idim, bilməz oldum, qardaşım öldü, belim əyildi. Amma hər şey Tanrının əlindədir, insanlar ölmək üçün yaradılmışlar. Mən bu ölümdən sarsıldım və hər şeyi özbaşına buraxdım. Gözdən yaş axıdaraq, ürəkdən fəryad edərək yanıb-yaxıldım».
Türklərin əbədiyyət salnaməsi
Digər tərəfdən də, həmin dövrdə Göytürk dövlətində elm və mədəniyyət yüksək səviyyədə inkişaf etmişdi. Bu iki böyük insanın (Tonyukuk və Kül Təkin) ölümündən sonra onların xatirəsini əbədiləşdirmək məqsədilə Bilgə xaqan sal qaya parçaları üzərində türk dünyasının əbədiyyət salnaməsinin yazılması barədə göstəriş verdi. Tarixə yüz illər sonra tapıldığı yerin adı ilə Orhun (Orxon) abidələri adı ilə düşən bu daş kitabələr türk dünyasının şərəf və əzəmətini, kədər və yanğılarını günümüzə qədər gətirib çıxarıb. Bilgə xaqan sal qayalar üzərinə Göytürklərin tarixini, mədəniyyətini və dünyagörüşünü əks etdirməklə o dövrdə özlərinin dünyanın ən sivil və mədəni xalqı olduqlarını sübuta yetirmiş oldu. Bilgə xaqanın bu uzaqgörənliyi türkləri köçəri həyat tərzi keçirən və sivil inkişafdan geri qalan xalq hesab edənlərə tutarlı bir cavab, türkə böhtan atanlara tərsinə vurulan bir sillə oldu.
Bilgə xaqanın sonuncu zəfər döyüşü
Müdriklər müdriki vəzir Tonyukukun və qəhrəmanlar qəhrəmanı Kül Təkinin vəfatından sonra çinlilər Göytürklərin daxilində parçalanma salmaq məqsədi ilə bəzi cəhdlərə baş vurdular. Çin imperatoru elçilərini Göytürklərin hakimiyyəti altında yaşayan kitanların və tatarların yanma göndərərək, onları üsyan qaldırmağa sövq etdi. Imperatorun elçisi onların başbilənlərinə bildirmişdi ki, Tonyukuk və Kül Təkin öləndən sonra türklər zəifləyiblər və onları məğlub etmək çətin olmayacaq. Həm də imperator üsyan qaldıranlara hərbi yardım göstərəcəyini vəd etmişdi. Bundan cəsarətə gələn kitanlar və tatarlar açıq şəkildə Göytürklərə meydan oxumağa, onlara vergi verməməyə başladılar.
Bunu görən Bilgə xaqan dərhal ordunu hərəkətə gətirərək kitanların və tatarların üzərinə yeritdi. Töngəz dağında qanlı döyüş oldu. Bu döyüşdə tatarlar və kitanlar məğlub edildilər və onlar yenidən Göytürklərdən asılılığı qəbul etməyə məcbur oldular. Bu, Bilgə xaqanın zəfərlə başa vurduğu sonuncu döyüşü oldu.
Bilgə xaqanın səhvi və türk ellərinin kədəri...
Tonyukuk kimi müdrik vəzirini və qayınatasını, həmçinin, Kül Təkin kimi qəhrəman sərkərdəsini və qardaşını itirən Bilgə xaqa-nın beli artıq əyilmişdi. Bu itkilərin üzüntüsünü həzm edə bilməyən Bilgə xaqan ömrünün sonlarına yaxın bir səhv buraxdı. Belə ki, xaqan təsəlli məqsədilə ağıllı, gözəlliyi və geniş biliyi ilə məşhur olan Çin imperatorunun qızı ilə evlənmək fikrinə düşdü. İmperator onun bu istəyindən dərhal istifadə etmək qərarına gəldi. Göytürk sarayına yol tapan Çin casusları Bilgə xaqanın yeməyinə zəhər qatdı. Nəticədə, Göytürklərin böyük oğlu zəhərlənərək vəfat etdi. Beləliklə, 734-cü il noyabr ayının 25-də türk dünyası kədərə və yasa batdı. 50 yaşında ikən çinlilər tərəfindən hazırlanan sui-qəsdin qurbanı olan Bilgə xaqan böyük mərasimlə dəfn edildi. Bilgə xaqanın ölümü bütün Göytürkləri sarsıtmışdı və onun vəfat etməsi türk ellərinin hamısında üzüntüyə səbəb oldu.
Onun ölümündən sonra xatirəsini əbədiləşdirmək üçün Baykal (Bəy göl) gölünün cənubunda, Orhun çayı vadisində, Koşo Tsaydam gölü yaxınlığında Bilgə xaqan abidəsi ucaldıldı. Daş abidəni Bilgə xaqanın yaxın qohumu Yolluq Təkin 34 günün içində hazırlatdı. Daş abidə üzərindəki yazılar da Yolluq Təkinə aiddir.
Kitabələrdən də göründüyü kimi, Bilgə xaqan millətini ürəkdən sevirdi. O, millətinin yolunda canını fəda etməyə hazır olan hökmdar, sərkərdə, uzaqgörən dövlət başçısı idi. Bununla belə, o həm də dindar idi. Lakin Bilgə xaqanın dindarlığı o dövrdə Çində geniş yayılan buddist dini ilə sıx bağlıdır. Bilgə xaqanın dövründə Islam dini Orta Asiya türklərinə yenicə öz qucağını açmışdı. Bəlkə də, Bilgə xaqana İslamın mahiyyətini izah edən olsaydı, o, tərəddüd etmədən bu dini qəbul edərdi.
Bilgə xaqan öz idarəsi altında olduğu şəhərlərdə və kəndlərdə buddist məbədlərinin tikilməsi barədə göstərişlər vermişdi. Amma müdriklər müdriki vəzir Tonyukuk onu bu işdən çəkindirməyə çalışdı. Tonyukuk Bilgə xaqana məsələ ilə bağlı belə demişdi: «Ey ulu xaqan, sənin əcdadların, ulu babaların, ulu babalarının babaları çinlilərlə min illər yanaşı yaşadılar. Amma heç vaxt onların ağaclardan və daşlardan olan bütlərinə itaət etnıədilər. Çünki onlar bilirdilər ki, çinlilərin dinini qəbul etmək tədricən onların köləsinə çevrilmək demək olacaq. Əcdadların hər şeyin yaradıcısı olan Göy Tanrıya itaət etdilər, yerdəki cansız ağac və daş bütlərə yox. Göy Tanrı birdir, hər şeyin yaradıcısıdır, həyat verən və həyat alandır. Bütlər isə nə həyat alan, nə də həyat verəndir. Tanrımız hər şeyə qadir və əbədiyaşar olduğu halda, biz nə üçün çinlilərin cansız bütlərinə sitayiş etməli, özümüzü və əcdadlarımızı alçaltmalı, təhqir etməliyik? Türkün hər şeyə qadir bir Göy Tanrısı var, ondan üz döndərib bütlərə sitayiş etsək, millət kimi yer üzündən silinib gedəcəyik». Məhz bundan sonra Bilgə xaqan buddist məbədləri tikilməsi barədə verdiyi əmri geri götürdü.
Bilgə xaqan əmisinin planlarını həyata keçirir
Çin əsarətindən qurtarmaq istəyi və tək olan Tanrıya sitayiş etmələri Bilgə xaqandan sonra gələnlərin İslamı qəbul etmələri üçün əlverişli bir zəmin hazırladı. Bilgə xaqanın türk millətinin şərəfini və şanını göylərə ucaltması və bunun üçün canından belə keçməyə hazır olması təsadüfi deyil. Bilgə xaqandan əvvəl türk millətinə türk olmaq qürurunu aşılayan və öyrədən Kutluk xaqan və onun uşaqları olmuşdular. Kutluk xaqanın ölümündən sonra onun yerinə Kapağan (Kapgan) keçmişdi. O da hakimiyyəti dövründə türklük şərəfini daha da yüksəklərə qaldırmaq üçün əlindən gələni əsirgəməmişdi. O, türkün bir olarsa əbədiyyətə qədər möhtəşəm millət kimi qalması məqsədilə bəzi planlar hazırlamışdı. Lakin faciəli bir şəkildə öldürülməsi ona bu niyyətlərini həyata keçirməyə imkan vermədi. Onun yerinə keçən oğulları isə ataları qədər qeyrətli ola bilmədilər. Nəticədə, Bilgə xaqan onlarla dava etmək məcburiyyəti qarşısında qaldı və hakimiyyəti ələ aldı. Hakimiyyətə yiyələnən Bilgə xaqanın əsas vəzifələrindən biri əmisi Kapağan xaqanın türk milləti ilə bağlı planlarını həyata keçirmək oldu. Onun ürəyindən xəbər verən əmisinin planları aşağıdakılardan ibarət idi:
Çini daim təzyiq altında saxlamaq. Bunda məqsəd türk dövlətinin əmin-amanlığını qorumaq və xalqa lazım olan qədər məhsul əldə etmək, əkin əkmək, mal-qaranın otlaq sahələrini genişləndirmək və onların sülh şəraitində yaşamalarını təmin etmək idi.
Çində dağınıq halında yaşayan türkləri ana vətənlərinə Ötükənə qaytarmaq və onları düşmən basqınından birdəfəlik qorumaq. Burada da o, iki məqsəd güdürdü: türklərin düşmən əsarəti altında yaşamalarına və onların assimilyasiya olunmasına imkan verməmək, onlardan ölkənin siyasi, hərbi və iqtisadi həyatında istifadə etmək, onlara türk olmağın qürurunu yaşatmaq.
Asiyada nə qədər türk varsa, onları türk bayrağı altında birləşdirmək və vahid türk dövləti qurmaq.
Əfsuslar olsun ki, Kapağan xaqanın xaincəsinə öldürülməsindən sonra onun övladları atalarına layiq varis ola bilmədilər. Türklərin daxilində savaş başladı və millət məhv olmaq təhlükəsi ilə üzləşdi. Yalnız bundan sonra əmisi oğlanlarına qarşı savaş açan Bilgə xaqan əmisinin taxtında oturdu və onun müqəddəs ideallarını həyata keçirməyə başladı. Ömrü savaş meydanlarında keçən Bilgə xaqan Sakit okean sahillərindən (indiki Vladivostok da daxil olmaqla Uzaq Şərq) Balkanlara, Hindistana qədər uzanan böyük bir ərazidə türkləri vahid dövlət altında birləşdirmişdi. Kitabələrdə Bilgə xaqanın hakimiyyəti altında olan ərazilər belə təsvir edilir: "Şərqdə gündoğana, Qərbdə günbatana, Şimalda gecə ilə gündüzün qovuşduğu və aylarla gecə və gündüz olan yerlərə qədər olan ərazilər Bilgə xaqanın tabeliyində idi". Biz Bilgə xaqanın türk millətinə vəsiyyəti və çağırışı barədə ayrıca bəhs edəcəyik. Hələlik isə, türk millətinə türklük şərəfini yaşadan və öyrədən Bilgə xaqana yardım edən Kül Təkin barədə danışmaq istəyirik.
Kül Təkin — qeyrət və mərdlik timsalı, tarixlərə örnək qəhrəman
Kül Təkin Kutluk xaqanın kiçik oğlu idi. Uşaq ikən qəhrəmanlığı ilə ad-san qazanmışdı. Hələ gənc yaşlarından onun igidliyi dillərdə dastan idi. O, düşmənin üstünə ovunun üzərinə şığıyan dağ şahini kimi şığıyırdı. Ölümündən qorxmurdu və döyüşün ən qızğın yerinə atılırdı. Onun adı gələndə çinlilər vahiməyə düşürdülər. Bir dəfə döyüşlərdən birində 100-dən artıq düşmənin mühasirəsinə düşmüşdü. Təkbaşına heç bir igid bu qədər adamın öhdəsindən gələ bilməzdi. Amma o, atını düşmən üzərinə elə cəsarətlə sürdü ki, onlar çaş-baş qaldılar. Özlərinə gələnə kimi isə Kül Təkin 30-dan artıq düşməni qılıncdan keçirdi. Bunu görən düşmənlər vahiməyə düşərək qaçmağa başladılar. Bundan sonra onun adı gələndə çinlilər döyüşmədən savaş meydanmı tərk edərək qaçırdılar.
Kül Təkinin də həyatı keşməkeşli keçib. O, atası öləndə 7 yaşında idi. Türk adət-ənənəsinə görə, ata öləndə onun yerinə böyük oğlu keçirdi. Atasının var-dövləti və ordusuna komandanlıq etmək isə kiçik oğula tapşırılırdı. Amma Kül Təkin kiçik qardaş olsa da, böyük olduğunu döyüş meydanında qılıncı ilə sübuta yetirdi.
Bu savaşdan sonra Yır Bayurku bəyi Uluq Erkin Göytürklərə müharibə elan etdi, amma Türgi Yarqun gölünün yanındakı savaşda məğlub oldu. Kül Təkin 26 yaşında keçilməz qarlı dağlar hesab edilən Kögmən dağlarını aşaraq qırğızların ölkəsinə daxil oldu. O, qırğızlarla döyüşdə onların xaqanını öldürərək, onları Göytürklərə tabe etdi. Sonra Kül Təkin Turkeşlər üzərinə səfər etdi və onlar da Göytürklərin hakimiyyətini qəbul etməyə məcbur oldular. Bundan sonra da Kül Təkinin qəhrəmanlıqlarla dolu döyüş yolu davam edib.
Kül Təkinin ölümü və...
Olkəyə tabe olmaqdan boyun qaçıran ve müstəqillik həvəsinə düşən Göytürklərin qan qardaşları olan oğuzların üzərinə yeriyən Kül Tekin qızğın müqavimətlə qarşılaşdı. Göytürklər bu döyüşdə böyük itkilər verdilər. Yalnız Kül Təkinin qəhrəmanlığı onları məğlubiyyətdən xilas etdi. Bu döyüşdə də oğuzlar məğlub edildilər və Göytürklərin hakimiyyətini tanımağa məcbur oldular. Ömrünü qanlı döyüşlərdə keçirən Kül Təkin 731-ci ilin fevral ayının 27-də vəfat etdi. Kül Təkinin ölümü ilə Göytürklərin sıra-larında sanki bir boşluq əmələ gəldi. Bilgə xaqanın ölümündən sonra isə Göytürklərin hakimiyyəti zəifləməyə başladı.
Göytürk dövləti necə parçalandı?
Bilgə xaqanın vəfatından sonra onun yerinə, əvvəlcə, Türk Bilgə xaqan, sonra isə Tenqir xaqan keçdi. Amma onların hər ikisi də çox gənc idi və dövləti idarə etməkdə bir o qədər təcrübələri yox idi. Hakimiyyəti faktiki olaraq, Tonyukukun qızı olan anaları idarə edirdi. Belə bir vəziyyet isə hakimiyyət uğrunda ölkədaxili mübarizənin qızışmasına gətirib çıxardı. Bundan da düşmənlər dərhal istifadə etdilər.
Göytürklərə qarşı ayağa qalxan basmillər, karluqlar və uyğurlar birləşərək Göytürklərin dövlət başçısını hakimiyyətdən kənarlaşdırdılar. Onun yerinə isə Aşina ailəsindən olan Basmil xaqan gətirildi. Az sonra hakimiyyət uğrunda savaşan tayfalar Basmil xaqanı da taxtdan salaraq, onun yerinə uyğurların başçısı Kutluk Bilgə Külü gətirdilər. Beləliklə, Göytürklərin hakimiyyətinə tamamilə son qoyuldu. Faktiki olaraq, Göytürklərin hakimiyyətini uyğurlar əvəz etdilər və bu dövlət Uyğur dövləti adlandırılmağa başlandı. Bu dövlətdə Tonyukukun soyundan olanlar və Göytürklərin məşhur dövlət xadimləri də yüksək vəzifələr tuturdular. Ancaq onların səyləri də dövlətin parçalanmasının qarşısını almağa kifayət etmədi. Nəticədə, 745-ci ildə Göytürk dövləti parçalandı. Onun ərazisində uyğurların və müxtəlif türk soylarının dövlətləri əmələ gəldi.
Orxon abidələrində əbədi yaşayan Göytürklər
Göytürklərin türk dünyası tarixində özlərindən sonra qoyub getdikləri ən böyük əbədiyaşar bir zirvəsi var. Onlar böyük və məğlubedilməz bir imperiya qurdular. Bu imperiyanın ömrü uzun olmasa da, onlar özlərindən min illər sonra yaşayacaq və heç bir qüvvənin məğlub edə bilməyəcəyi bir yadigar qoyub getdilər. Həmin yadigar onların özlərindən sonra gələn nəsillərə vəsiyyətləri olan daş üzərindəki səslənişləridir. Türk adı millət adı kimi bu daşlarda türkcə yazılan mətnlərdə əbədiləşdirilmişdir.Tapıldığı yerin adı ilə Orxon (Orhun) adını almış bu daş üzərindəki abidələrin türkün, türk adının eramızdan min illər əvvəllər də mövcud olduğunu sübuta yetirir. Bu abidələr türkcə yazılan ilk mətnlər hesab edilsə də, tədqiqatçılar belə abidələrin eramızdan əvvəllərdə də mövcud olduğu qənaətindədirlər. Sadəcə, olaraq bu abidələr hansısa gözdən uzaq məkanlarda tədqiqatçısını gözləməkdədir. Orxon abidələri türk dünyasına Göytürklərin vurduğu sivilizasiya, qəhrəmanlıq, millətsevərlik damğasıdır. Göytürklərin türk dünyasına yadigar olaraq qoyub getdikləri yazılı daşlar (Azərbaycanda, adətən, onları bəngüdaşlar adlandırırlar) 13 ədəddir. Bunlardan ən məşhurları baş vəzir Tonyukuk, Kül Təkin və Bilgə xaqan üçün olanlarıdır.
Monqolustandan gələn lal haraylar
Qeyd etdiyimiz kimi, Tonyukuk, Kül Təkin və Bilgə xaqan bəngüdaşları bugünkü Monqolustanda, Baykal gölünün güneyində, Orxon şəhəri vadisində, Koco Saydam gölü yaxınlığında 48 en və 107 uzunluq dairəsi arasında yerləşir. Bəngüdaşların olduqları yerdə çoxlu sayda insan heykəlləri, daş yollar, su kanalları, qoç və tısbağa heykəlləri tapılmışdır. Heykəllər arasında Kül Təkinə aid bir büst də tapılıb. Büst olduqca yaxşı bir vəziyyətdə günümüzə qədər gəlib çatıb. Kül Təkinin bu büstündəki sifətinin təsvirləri tipik bir türk sifətinin təsviridir. Kül Təkinin abidəsi tısbağa şəklində düzəldilmiş daş bünövrə üzərində qurulub. Tədqiqatçılar onu 1889-cu ildə aşkar ediblər. Hündürlüyü 3,75 metr olan abidə bünövrənin yanında çevrilmiş bir vəziyyətdə dururdu. Onun bu abidəsinin yanında digər abidələr də aşkar edilib. Amma naməlum adamlar tərəfindən həmin heykəllərin əksəriyyəti məhv edilib. Yalnız gövdəsi qalan bir abidənin Kül Təkinin xanımına aid olduğu güman edilir. Bilgə xaqanın da abidəsi Kül Təkinin abidəsini xatırladır. Amma onun abidəsi Kül Təkinin abidəsindən bir kilometr uzaqlıqda yerləşir. Onun abidəsindəki yazılar Kül Təkininki ilə müqayisədə daha çox hücuma məruz qalıb. Bu abidədəki yazıları hansısa pis niyyətli adamlar pozmuşlar. Tonyukuk üçün də qoyulan iki abidə aşkar edilib. Onlardan birində 35, ikincisində isə 37 sətir yazı var. Tonyukuk bəngüdaşı türkün tarixini anlamaqda əvəzsizdir.
Bilgə xaqanın vəsiyyətini həyəcansız oxumaq mümkün deyil. Onun hər sözündə, hər kəlməsində millətinə məhəbbət, odlu və tükənməz bir sevgi hiss edilir. Bu vəsiyyət daha çox gələcək nəsillər üçün ömrünü şam kimi yandıran bir dövlət xadiminin ürək yanğısıdır.
Başınız heç zaman əyilməsin, türk bəyləri!
Bilgə xaqanın millətinə sevgisinin əbədiyaşarlığını diqqətə çatdırmaq məqsədi ilə onun vəsiyyətinin bəzi hissələri ilə oxucularımızı tanış etmək istəyirik. Bilgə xaqan deyir: «Mən millətimin yaxşı vaxtında ona xaqan olmadım. Türk millətinin, türk dövlətinin ad-sanı yox olmasın deyə, gecələr belə uyumadım, gündüzlər oturmadım, ölənə qədər çalışdım, az milləti çox, ac milləti tox etdim. Yoxsul milləti zəngin, dustaq milləti hakim millət etdim. Bütün soyum, millətim, sağdakı Şadabit bəylər, soldakı Tarkanlar, buyruq bəyləri! Doqquz tatar, doqquz oğuz bəyləri, sözlərimi yaxşıca eşidin, diqqətlə dinləyin! Doğuda (Şərqdə) gün-doğuşuna, Batıda (Qərbdə) günbatısına, quzeydə (Şimalda) gecə-yarısına qədər olan yerlər içində yaşayan millətlər mənə bağlıdır. Bu yerlərdə artıq özbaşınalıq, qarışıqlıq yoxdur. Hər yerdə qanun-qayda qoydum. Türk xaqanı Otükən ormanında oturarsa, eldə sıxıntı və üzüntü olmayacaq».
O, yenidən Tibetə, Dəmirqapıya qədər olan ərazilərdə türk millətinin adını və şanını yüksəltdiyini şövqlə vurğulayaraq deyir: "Ötükən ormanlarında yadlar yoxdur". Yəni mənim torpağım millətimə, xalqıma məxsusdur. Bu, əslində, onun oxuduğu türk millətinin qürur və şərəf nəğməsidir. Bundan sonra Bilgə xaqanın millətinə olan sevgisindən doğan narahatçılığı və millətini ayıq-sayıq olmağa çağıran vəsiyyəti gəlir: «Altın, gümüş, ipək… bu qədər dadlı şeyləri səxavətlə verən Çin millətinin sözü dadlı, qumaşı yumşaq, hədiyyələri cazibəlidir. Çinlilər bu dadlı dilləri və cəlbedici hədiyyələri ilə millətləri şirnikləndirib öz tərəflərinə çəkirlər. Sonra da onların içərilərinə fitnə və fəsad toxumu səpərək məhv edirlər. Ey türk milləti! Çinlilərin dadlı sözlərinə, şirin hədiyyələrinə aldandınız və ona görə də çoxlarınız məhv oldu Siz yenə də onların şirin sözlərinə və cəlbedici hədiyyələrinə al-danaraq, yurd-yuvalarınızı tərk edərək Çoqay ormanına, Töqültün düzənliyinə gedib orada yerləşsəniz, məhv olacaqsınız, ey türk milləti!» Bilgə xaqan uzaqgörən dövlət xadimi kimi elindən-vətənindən ayrılıb gedənlərin düşmənin hiyləsinə rast gələrək məhv olacaqlarını millətinə xatırladır.
Bəngüdaşlan gələcək nəsillərə türk millətinin kimliyini çatdırmaq üçün yazdırdığını, onlara türklərin yenilməz və qəhrəman bir xalq olduğunu bildirən Bilgə xaqan atalarının hünər və qəhrəmanlıqlarını, böyük mədəniyyətə malik olduqlarını belə təsvir edir: «Ustdə mavi göy, altda əsmər yer qaldıqda onlar arasında insan oğlu yaradılmışdır. Insan oğullarını idarə etmək üçün atalarım Bumin xaqan, İstəmi xaqan taxta oturmuşlar. Onlar taxta oturanda da türk millətinə, elinə, nəslinə atalıq etmiş, onları güclü və varlı etmişlər. O zamanlar türklərin dörd tərəfi düşmən imiş və düşmən türkün qanma susayıbmış. Atalarım dörd tərəfdəki düşmən üzərinə qoşun yeritmiş və onlara qalib gələrək özlərinə bağlamışlar (tabe etmişlər). Başlıya baş əydirmiş, dizliyə diz çökdürmüşlər. Xaqan atalarım bilgə (elmli) imiş, igid imiş. Bəyləri də, milləti də doğru (həqiqəti, düzlüyü sevən) imiş. Onun üçün də eli qorumuş və igid nəsillər yetişdirmişlər. Onlar vaxtı gələndə əcəlləri ilə ölmüşlər. Dörd tərəfdən çoxlu millətlər yasa gəlmiş, yas tutmuş xaqanlarına ağlamışlar».
Bütün bunlardan sonra Bilgə xaqan ürək ağrısı ilə qeyd edir ki, kiçik qardaşlar taxta çıxıb, ancaq böyük qardaşları kimi bacarıqlı və qətiyyətli olmadıqları üçün millətlərinə sahiblik edə bilməmişlər. Bilgə xaqan bu ağır vəziyyəti ürək ağrısı ilə belə nəql edir: «Bəylər (yəni türk millətini idarə edənlər) yalançı olduqları üçün xalq da onlara bənzəmişdir». Bu sözlər necə də günümüzlə səsləşir. Bilgə xaqan ürək yanğısı ilə qeyd edir ki, bundan istifadə edən çinlilər türkləri bir-birinə qarşı qaldırmış, qardaşı qardaşla, milləti millətlə savaşdırmışlar. Nəticədə, türklərin zəifləməsindən istifadə edərək, onları doğma torpaqlarından qovmuş və çoxunu məhv etmişlər. Bilmirəm, nə üçünsə, mən Bilgə xaqanın daş üzərinə həkk etdirdiyi bu sözləri oxuyarkən istər-istəməz türk millətinin son 150-200 ildə düşdüyü ağır vəziyyətini xatırladım. Fikir verin: təxminən 1200-1270 il bundan əvvəl Bilgə xaqanın daş üzərinə həkk etdirdiyi bu sözlərlə 19-20-ci əsrlərdə türk millətinin başına gətirilənlər arasında nə qədər yaxınlıq var.
Bu yaxınlığı və tale oxşarlığını müqayisə etmək üçün çinlilərlə bağlı Bilgə xaqanın dediklərini olduğu kimi oxucularımıza çatdırırıq. Bilgə xaqan deyir: "Çin milləti qardaşı qardaşla, milləti bir-birilə düşmən etmişdir. Bu tələyə düşən türk millətinin torpağı əlindən çıxmış, başındakı xaqanlarını itirmişlər. Soylu, şanlı türk oğulları Çin millətinə kölə, gənc qızlar cariyə olmuşdur. Bəzi türk bəyləri vəzifə üçün millətindən üz döndərmiş, çincə adlar alaraq xalqlarını, millətlərini satmış və çinlilərin nökəri olmuşlar.
Başsız qalan türk milləti belə yanılıb-yaxılırmış: Elli-obalı mil-ət idim, elim hanı? Kimə el qazanıram? Xaqanlı millət idim, xaqanım hanı? Hansı xaqanın hökmü ilə oturub-duracağam? Bunu deyib Çin xaqanına düşmən olmuşlar. Amma igid başçı tapmayınca düşmənlə üz-üzə gələndə uğur əldə edə bilməmiş və düşmənə yenidən təslim olmuşlar. Çin xaqanı da türkləri yox etmək üçün mənfur planlar qurur və türk milləti yox olmağa doğru gedirmiş… O zaman üstdə Türk Tanrısı türkün uğuru, türk milləti məhv olmasın deyə ona atam Eltəriş xaqanı və anam El Bilgə xatunu göndərmişdir. Atam xaqan xalqı Çin əsarətindən qurtarmaq üçün 17 ər igidlə şəhərdən çıxmışdır. Bunu görən əsarətdəki türklər də onların ardınca dağlara üz tutmuşlar. Dağdakılar da onlara qoşulmuş və 70 igid olmuşlar.Tanrı güc verdiyi üçün bu igidlər döyüşlərdə yenilməzdilər".
Bəzi tədqiqatçıların fikrincə, qədim türk əlifbasının izləri eramızdan 4-5 min il bundan əvvəllərə Şumer sivilizasiyası dövrünə gedib çıxır. Fəqət bu ehtimalı, hələlik, təsdiq edən hər hansı bir fakt tapmaq mümkün olmayıb. Son illərdə Avropanın tanınmış türkoloqlarının bir çoxu latın əlifbası ilə qədim türk əlifbasını müqayisə edərək, latın əlifbasının qədim türk əlifbası əsasında hazırlandığı qənaətine gəlmişlər. Təəssüf ki, Avropada bu məsələnin üstündən sükutla keçirlər. Çünki latın əlifbasının qədim türk əlifbası əsasında hazırlanmasını təsdiq etməsi Qərbin türklər qədim sivilizasiyaya malik olmalarının təsdiqi demək olacaq Türklərə düşmənçilik və nifrət ruhu üzərində köklənən Qərb bunu qəbul etməyi özünə sığışdıra bilmir.
Yeri gəlmişkən, onu da deyək ki, məşhur qazax yazıçısı və türkoloq alimi Oljas Süleymanov da qədim mənbələrə istinad edərək, latın və eləcə də qədim və müasir rus əlifbalarındakı hərflərin əksəriyyətinin əski türk əlifbasının eyni olduğunu elmi surətdə sübut edib. Bir neçə il bundan əvvəl «Zaman-Azərbaycan» qəzetinə vahid türk əlifbası ilə bağlı verdiyi müsahibədə Süleymanov bu əlifbanın Göytürk əlifbası əsasında yaradılmasını təklif etmişdi. O bildirmişdi ki, latın və rus əlifbasındakı hərflərin böyük əksəriyyəti qədim türk əlifbasından götürülüb. Aydın məsələdir ki, müasir türk mədəniyyətinin ən böyük şəxsiyyətlərindən biri olan Oljas Süleymenov əlində, tutarlı fakt olmadan belə bir fikir söyləməyə özündə cəsarət tapmazdı.
Nə isə, mətləbdən uzaq düşmədən onu da deyək ki, 1970-ci il-də Qazaxıstandakı Esik kurqanından tapılan və eramızdan əvvəl 6-5-ci əsrlərə aid edilən gümüş bir tabağın üzərində iki sətir yazı olduğu müəyyən edildi. Həmin yazılan tədqiq edərkən onların eramızdan əvvəlki 5-ci yüzillikdə qələmə alındığı məlum oldu. Bu yazılarda işlənən hərflər Göytürk əlifbasında istifadə edilən hərflərlə eyni idi. Məsələ ilə bağlı digər bir faktı da xatırlamaq yerinə düşərdi. Belə ki, Göytürklərdən öncəki dövrə aid edilən Yenisey (Yeni su) yazıları da eyni əlifba ilə yazılmışdır. Eramızdan əvvəlki 4-cü əsrə aid edilən «Altun geyimli Adam» dövrünün yazıları da cüzi dəyişikliklərlə Göytürk əlifbası ilə yazılıb. Qədim türklərin istifadə etdikləri əlifbanın heç bir hərfi hansısa digər əlifbadan götürülməyib və yalnız onların özlərinə məxsusdur. Məsələn, ox olaraq oxunan hərf ox, yay olaraq oxunan hərf isə yaya bənzəyir. «T» olaraq oxunan hərf dağı (tağ), ev olaraq oxunan hərf evi (çadırı) xatırladır. Onu da demək lazımdır ki, Göytürklərin istifadə etdikləri əlifbada hərflərin sayı özlərindəkindən əvvəlki əlifba ilə müqayisədə daha azdır. Göytürklər qədim türk əlifbasındakı bəzi hərflərin yazılışını asanlaşdırmaq məqsədi ilə səsləri birləşdirmişlər. Lakin bu, əlifbanın əsasının pozulmasına gətirib çıxarmayıb. Göytürk əlifbasındakı bir özünəməxsusluq da ondakı hərflərin sayı ilə bağlıdır. Göytürk əlifbasında 38 hərf var. Onlardan 34-ü samit, 4-ü isə sait səsi bildirir. Göytürk əlifbasında hərflər bir-birinə birləşdirilmir. Yazı sağdan sola, istəniləndə isə yuxarıdan aşağıya yazılır. Qeyd edək ki, Orxon abidələrində sətirlər yuxarıdan aşağıya doğru yazılmış və sağdan sola doğru yerləşdirilmişdir.
Göytürklərdə saylar
Göytürklər zamanında işlədilən say adları ilə bugünkü say adları arasında, demək olar ki, heç bir fərq yoxdur. Amma Göytürklərdə on ədədindən sonra gələn ədədlərin deyilişi ilə bugünkü deyiliş arasında fərq mövcud idi. Məsələn, Göytürklərdə on altıya 6 iyirmi, on ikiye iki iyirmi, 24-ə dörd otuz deyilirdi. Amma saylar arasında ara-sıra artuk (artıq) ifadəsi də işlədilirdi. Məsələn, iyirmi artuk 6 (26), otuz artuk yeddi (37). Zaman keçdikce artuk ifadəsi tədricən aradan çıxdı və saylar dilimizdə bu gün işlənən kimi (otuz altı, iyirmi beş və sair) işlənməyə başlandı.
Göytürklərin dili bugünkü dilə çox oxşayır. Göytürk dövründə işlənən dillə bu gün işlənən müasir türklərin dilini, belə demək mümkünsə, yalnız ləhcə, sözlərin fərqli deyilişi ayırır. Göytürkcə qələmə alınan yazının bir cümləsinə diqqət edək. Göytürkcə: «Tokuz Oğuz menmq budunum ərpş» Bugünkü deyimdə isə bu cümlə belə səslənir: «Doqquz Oğuz mənim budunum (millətim) idi». Digər bir ifadə; Göytürkcə: «Bir yılka tört yoli sünqüştüm». Bugünkü deyimdə: «Bir ildə dörd yol (dəfə) süngüləşdim (savaşdım).
Göytürklərdə şifahi ədəbiyyat
Göytürklərdə dildən-dilə keçən və maraqla dinlənilən dinləmələr də vardı. Bu dinləmələri xüsusi adamlar aparır və onlar əcdadlarının qəhrəmanlığının şəninə dastanlar qoşaraq danışırdılar. Ona görə də Göytürklərə aid edilən dastanlar və əfsanələr meydana çıxdı. Həmin dastan və əfsanələrin əksəriyyətində qurdlara məhəbbət önə çəkilirdi. Çünki qədim türklər özlərinin qurd soyundan əmələ gəldikləri qənaətindədirlər. Əlbəttə, qurdun xilaskar olması və dara düşəndə türkə arxa olması, onu ən çətin anlarda xilas etməsinə dastan və əfsanələrdə geniş yer verilməsi təsadüfi deyildi.
Tarix boyu çöllərdə yaşayan türklər gözlərini açandan qurdu görürdülər. Ona görə də onlar qurdu özlərinin totemi seçmişdilər. Göytürklərlə əlaqəli olan „Bozqurd“ əfsanəsi Çin qaynaqlarında qələmə alınıb. Bu əfsanələrin geniş şərhini verməkdən uzağıq. Amma onu deyək ki, adıçəkilən əfsanə ilə bağlı birinci rəvayətdə Hun soyundan olan 16 qardaşdan birinin anasının qurd olduğu bildirilir. Düşmənlər 16 qardaşdan 15-ni yox edirlər. Ancaq anası qurd olan oğlan xilas ola bilir. Guya türklər bu uşaqdan əmələ gəlmişlər. Digər rəvayətdə isə Göytürkləri düşmənlərin qırdığı, ancaq bir uşağı qurdun xilas etdiyi və onu südü ilə bəslədiyindən danışılır. Göytürklərin də bu uşağın soyundan əmələ gəldiyi əfsanədə bildirilir. Bu əfsanələrin hamısında qurd bir totem kimi çıxış edir ki, bu da türklərin keçirdikləri çöl həyatı ilə bağlıdır. Amma Göytürklərin əsl dastanı „Ərgənəkon“ dastanıdır.
Bu dastanda da qurdun vasitəsilə düşməndən xilas olan bir uşaqdan danışılır. Bu uşaqdan isə indiki türklərin nəsli əmələ gəlir. Göytürk dastanlarında Vətən, xalq məhəbbəti kifayət qədər güclüdür. Bu da yüz illər üstündən ötəndən sonra belə bu dastanların maraqla oxunmasma gətirib çıxarıb. Beləliklə, Göytürklər özlərindən sonra ölməz bir qəhrəmanlıq zirvəsi və böyük bir sivilizasiya qoyub getmişlər. Bu sivilizasiya və qəhrəmanlıq, Vətən, el, yurd sevgisi Türkün tarix boyu yeni qəhrəmanlıqları üçün bir səbəb olub və olmaqda davam edəcək.
Mənbə Dr. Reha Yılmaz Tariximizdə iz qoyanlar kitabından,tərcümə Aytən Mabudova