Corc Vaşinqton ata minməyi sevirdi. Lakin o minəcəyi atın bütünlüklə təmiz olmasını tələb edirdi və Vaşinqton hətta atın dişlərinin təmizliyini də yoxlayırdı.
Tomas Ceferson öz məzar daşının dizaynını özü yaradaraq onun üçün mətn də yazmışdı. Bu mətndə onun prezident olduğu qeyd olunmamışdı.
Con Kvinsi Adams sübh çağı tez-tez Potomak çayında çılpaq halda üzürdü. O demək olar ki, paltarlarını dəyişmirdi və 10 ildən artıq eyni kostyumu geyirdi.
Endryu Cekson sərt duel həvəskarı idi və duellərin birində o sinəsindən güllə yarası aldı. Cərrahlar çox cəhd etsələr də gülləni çıxarmaq mümkün olmadı və Cekson ömrünün sonuna kimi bədənində bu qurğuşun parçası ilə yaşadı.
Martin Van Buren Ağ Evdən getdikdən sonra maraqlı bir memuar yazmışdı və bu memuarda bir dəfə də olsun həyat yoldaşı xatırlanmır.
Uilyam Harrisonun andiçmə mərasimi (1841) həddindən artıq soyuq bir gündə keçirilmişdi və yeni prezident dərhal soyuqladı. Tezliklə onun soyuqdəyməsi sətəlcəmə çevrildi və bu səbəbdən də bir ay sonra o vəfat etdi. Harrison ABŞ-a çox qısa müddətə rəhbərlik etdi.
Con Tayler ABŞ tarixində ən böyük ailəyə sahib prezident hesab olunur. Onun birinci həyat yoldaşından 8, ikinci həyat yoldaşından isə 7 övladı var idi. Taylerin 15-ci övladı dünyaya gəldikdə onun 70 yaşı var idi.
Zaxari Teylor hər zaman və hər yerdə tütün çeynəyirdi. Bütün rəsmi tədbirlər zamanı o ovcunda içi tütünlə dolu tütün qabı saxlayırdı.
Millard Fillmor Oksford Universitetinin nüfuzlu bir şəxsindən mantiya almaqdan imtina etmişdi. Bunu isə o onunla izah etmişdi ki, o elm üçün heç nə etməyib.
ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun 17 yaşı olduqda həkimlər onun öd kisəsini çıxarmışdılar. Həkimlər narkoz kimi konyakdan istifadə etmişlər və ABŞ-ın gələcək prezidentinə çoxlu konyak içirdərək yatırtmışlar.
Ceyms Bukenan ABŞ-ın evli olmayan yeganə prezidentidir. O yalnız bir dəfə nişanlı olsa da, sonradan nişanlısı nişanı qaytarmış və qısa bir müddətdən sonra vəfat etmişdir.
Prezident Avraam Linkoln həmişə başında içərisində məktublar, maliyyə sənədləri, qanun layihələri və qeydlər olan hündür qara silindr ilə gəzirdi.
Endryu Conson heç vaxt məktəbdə təhsil almayıb. Ona oxumağı 17 yaşında gələcək həyat yoldaşı Eliza McCardle öyrətmişdi. Prezident Conson yalnız öz əlləri ilə tikdiyi kostyumları geyinirdi.
Uliss Qrant bütün həyatı boyu hər gün 20 siqaret çəkirdi və sonda boğaz xərçəngindən vəfat etdi.
Prezident Ceyms Qarfild sərbəst şəkildə hər iki əlindən istifadə edə bilirdi və poliqlot idi. O eyni vaxtda bir əli ilə qədim yunan dilində, digər əli ilə latın dilində yazmağı bacarırdı. Nəticədə o barmağını kəsməsi səbəbindən dünyasını dəyişdi. Belə ki, müalicə zamanı onun qanı zəhərlənmişdi.
Çester Arturun qarderobunda 100-ə yaxın şalvar var idi.
Qrover Klivlend gizli cərrahi əməliyyat keçirmişdi və bu əməliyyat zamanı xərçəngin təsirinə məruz qalmış çənəsinin bir hissəsi çıxarılmışdı.
Benjamin Harrison elektik işığına nifrət edirdi və hər dəfə Ağ Evə gəldikdə bütün işıqların söndürülməsini və şamların yandırılmasını tələb edirdi.
Prezident Teodor Ruzvelt ov zamanı ana ayını balası ilə öldürməkdən imtina etmişdi. Bundan sonra yeni “Teddy bear” (“Teddy – Teodor adının qısaldılmış və əzizləmə formasıdır) adlı oyuncaqlar yarandı.
Uilyam Taftın çəkisi 136 kilodan çox idi və Ağ Evdə onun üçün xüsusi ölçüləri genişləndirilmiş vanna düzəldilmişdi.
Uorren Qardinq ən azı həftədə iki dəfə qumar oynayırdı. Bir dəfə hətta o, Ağ Evə məxsus Çin çini dəstini də uduzmuşdu. Qumar masası arxasında Qardinqi müşayiət etdikləri üçün onun məsləhətçilərini “Poker Cabinet” adlandırırdılar. Kalvin Kulicin mədə problemləri var idi. Müalicə məqsədilə o gecələr 10-11 saat yatır, gündüzlər istirahət edirdi. Ağ Evdə o həmçinin iki yenot bəsləyirdi.
Herbert Huver 16-dan çox kitab yazmış və nəşr etmişdir. Onun kitablarından biri “Əyləncə üçün balıq tutmaq və ruhu təmizləmək” adlanırdı.
Franklin Ruzveltin Ağ Evdə 11 sələfi ilə qohumluq əlaqələri var idi.
Harri Trumanın Ağ Evin önündəki qazonda otlayan bir keçisi var idi.
Sərkərdə və prezidentDwight D. Eisenhower böyük həvəskar və yemək ustası idi. O hətta tərəvəz şorbasının reseptini də hazırlamışdı.
Con Kennedi ABŞ tarixində boyscout (izçi oğlan) olan ilk prezident olub.
Lindon Conson öz işçilərinə və ziyarətçilərinə hədiyyələr verməyi sevirdi və o elektrikli diş fırçalarını hədiyyə etməyi sevirdi. Consonun tərcümeyi-halını yazan müəllif 10 il ərzində ondan 12 fırça hədiyyə almışdı.
Riçard Nikson öz otağını qızdırmaq üçün buxarlı qızdırıcıdan imtina edərək buxarıdan istifadə edirdi.
Cerald Fordun 12 yaşı olduqda valideynləri onu övladlığa götürdüklərini etiraf edirlər.
Cimmi Karter ABŞ tarixində tarixi roman (“The Hornet´s Nest”) nəşr edən ilk prezidentdir. Baxmayaraq ki, Karter bu romanı Ağ Evdən getdikdən sonra yazmışdı.
Ronald Reyqan Ağ Evin “20 illik lənət”inin öhdəsindən gəlməsi ilə məşhur oldu. Bu lənətə görə sonu sıfır ilə bitən ildə prezident seçilən şəxs prezidentlik müddəti başa çatmadan həlak olur.
Ata Corc Buş meksikan və çin mətbəxini sevməsi ilə məşhur idi. Lakin buna baxmayaraq o heç vaxt brokoli yeməyib.
Bill Klinton öz pişiyi Soks üçün xüsusi internet sayt açmağı əmr etmişdi.
Oğul Corc Buş və onun yoldaşı Lora öz tanışlıqlarının üçüncü günü ailə həyatı qurmuşlar.
Mənbə:i bankir saytı